Media
KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Seymur Kazımov Müasir dövrdə media siyasi konfliktlərin əsasını təşkil edir, lap dəqiq ifadə etsək, onları yaradır. Bunun üçün ilk növbədə ictimai rəyin işlədiyi cəmiyyətlər olmalıdır. Harada ki, bu cür rəy yoxdur, siyasətçilərin, fikir adamlarının cəmiyyət qarşısında öhdəliyi, məsuliyyəti də yoxdur...
Ezop dili və yayınan hədəf
Hikmət Nazim Jurnalistin işi həm də şübhə etməkdir. Yəni çalışdığı redaksiyaya daxil olan xəbərə şəkk-şübhəsiz inanmaq yox, xəbərin gəldiyi ilkin mənbəyə, ayrı-ayrı ekspertlərə, qurumlara sual ünvanlamaqdır. Hadisə dalınca qaçmaq əvəzinə ofisə qapanıb qalmış müxbir heç olmasa bunu etməlidir. Təəssüf...
Yüksək oxu sayına güvənmək olarmı?
Hikmət Nazim Danimarkalı professor Kim Kristian Şöder 2018-ci ildə Röyter Jurnalistika Tədqiqatları İnstitutunda İngiltərənin Oksford bölgəsində yaşayan və heç bir media qurumuna bağlılığı olmayan fərqli yaş qruplarından 24 nəfərin mövzu seçimini analiz edib. Aydın olub ki, əksəriyyət özü və ya aldı...
Əminənin qətlində türk seriallarının payı
Hikmət Nazim Bir neçə gün öncə keçmiş həyat yoldaşı tərəfindən azyaşlı qızının gözü qarşısında boğazı kəsilərək öldürülmüş Əminə Buludun qanı axa-axa çırpındığı, balaca qızının “Ana, ölmə!”, özünün isə “Ölmək istəmirəm!” sözləri ilə fəryad etdiyi video Türkiyəni ayağa qaldırıb. Azərbaycanda da geniş...
“Zombiləşmiş” müxbirlər
Hikmət Nazim Baş redaktorun yası düşdü – xəbər. Müxbirin yaxın qohumunun dayısı qızının eltisinin anası öldü – xəbər. Sayt rəhbərinin uzaq qohumunun dayısı nəvəsinin sinif yoldaşının xalası vəfat etdi – xəbər… Yəqin fikir vermisiniz, son dövr saytlar ancaq qohum-əqrəbaya işləyir. İndi dəqiq yadımda ...
Media və ikili standart
Hikmət Nazim Bir müddət əvvəl Türkiyə mətbuatında təbii fəlakətlərə dünya mediasının ikili standart tətbiq etdiyini oxumuşdum. Yazı müəllifi Amerikanın Texas ştatında 50 insanın dünyasını dəyişdiyi, 7 milyona yaxın insanın təsirləndiyi, 185 min evin qəzalı vəziyyətə düşdüyü, 9 mininin tamamilə uçduğ...
Efir ehtirası…
Hikmət Nazim Azərbaycan elə ölkədir ki, burada tənqidçinin tənqid hədəfi olması bir göz qırpımında baş verir. Gözünü açıb-yumursan ki, seksistləri top atəşinə tutan şəxs özü cinsi ayrı-seçkiliklə məşğul olur, homofobları qınayan şəxs özü eyni ritorikadan istifadə edir. Yəni burada sabah kimin nə cür...
Manipulyasiya – jurnalistikanın gizli funksiyası
Seymur Kazımov Pis jurnalistika təkcə saxtakarlıqla məşğul olmur, həm də insanların duyğu və hissləri ilə manipulyasiya edir. Məlumat birtərəfli verilir, yalnız müsbət tərəflər təqdim olunur, eyni məhsul təkrar-təkrar dərc edilir, “inkişafı” xarakterizə edən bol və nəhəng rəqəmli infoqrafikalar baş ...
Mətbuat günümüz və bu günün reallığı
Seymur Kazımov Jurnalistikanı tez-tez incəsənətlə səhv salırlar, yəni onu yaradıcılıq sahəsi hesab edirlər, üstəlik, yazı-pozunun ilahi istedad olduğunu da deyirlər. Jurnalistikanın yaradıcılıqla əlaqəsi yoxdur. O, dəqiq elm olmasa da, zərgər dəqiqliyi tələb edən peşədir. Bir az da dərinə getsək, ju...
Televiziyalar niyə hələ də var?
Hikmət Nazim Yəqin siz də nə vaxtsa elə düşünmüsünüz ki, artıq televiziyalar internet resursları ilə müqayisədə rəqabətə dözümsüzdür, onlar tarixə qovuşmalıdır. Şəxsən məni çox maraqlandırır ki, xəbər blokunu gündəlik informasiya portallarında yayımlanan xəbərlərin suyunun suyu şəklində təqdim edən ...
İntihar haqda necə yazmalı?
Ruzanna Rəşidqızı Bəlkə heç yazmamalı? Məsələn, “Assoşieyted Press” (Associated Press) agentliyi intihar xəbərini heç vermirmiş. Yalnız ölən tanınan və nüfuzlu şəxsdirsə, xəbəri yayımlayır, ancaq ölüm səbəbini heç bir halda başlığa çıxarmırmış. Niyə? Dünya Səhiyyə Təşkilatının 2018-ci il statistikas...
Bir cümlədə üç xəta
Hikmət Nazim Müdafiə Nazirliyinin atəşkəsin pozulması ilə bağlı yaydığı gündəlik xəbərləri tirajlayanda “mövqelərimiz” və “ordumuzun mövqeləri” kimi ifadələri redaktə edib “Azərbaycan mövqeləri”, “Azərbaycan ordusunun mövqeləri” ilə əvəzləmək bəlkə də ...
Zamanla ayaqlaşmaq
Hikmət Nazim Təxminən iki ay qabaq rayonlardan birində “Gender bərabərliyi və media” mövzusunda tədbirə qatılmışdım. Peşəkar jurnalistlərdən və media ekspertlərindən təşkil olunmuş təlimçilərin sayəsində bildiklərimizi təkrarladıq, bilmədiklərimizi qeyd dəftərçəmizə yazdıq ki, daha ətraf...
Menyuda iki yemək var
Ruzanna Rəşidqızı Baxdığımız yeganə Azərbaycan telekanalı – “Mədəniyyət TV” danışır. Neyləməli, uşaqlar hərdən Azərbaycan ədəbi dilini də eşitməlidirlər, ya yox? Həm də maraqlı danışır, söhbət xalçaçılıqdan, araşdırılmamış sahələrdən – Şəmkir kəndlərinin xalçaçılıq sənətindən gedir. “Heç yerid...
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər
Seymur Kazımov Azərbaycanın dövlət qurumlarının əksəriyyətinin media və ictimaiyyətlə münasibətləri peşəkarlıqdan çox uzaqdır. Bu vəziyyəti özləri yaradıblar. Mətbuatdan qaçmaqla, jurnalistlər arasında ayrı-seçkilik etməklə, bəsit bir suala cavab verməmək üçün süründürməçiliklə məşğul olmaqla…...
Moskva razılaşması haqqında bir neçə söz
Hikmət Nazim Aprelin 15-i Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in Min...
Susdurmağa çalışanlar, ya da özünüsenzuranın yeni növü
Emin Hüseynzadə “Feysbuk”da bir “barışmazlar” qrupu var, müxtəlif dəyərlərin müdafiəçisidirlər. Bu dəyərləri müdafiə etməkləri adi məsələdir, amma son bir il ərzində onlar barışmaz müdafiəçilikdən hücumçuya çevriliblər. Bu keçid radikallığın artmasının göstəricisidir. Hansısa sahədə hər şeyin pis ol...
Bölgələrdən niyə xəbər yoxdur?
Hikmət Nazim Bugünlərdə Novator.az-da Emin Hüseynzadənin “Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz” adlı polemika xarakterli yazısını oxudum. Müəllif “Bölgələrdən niyə xəbər yoxdur” sualına cavab axtaranlara maraqlı bir səyahət təklif edib: “İstənilən rayona gedin və jurnalist olduğunuzu d...
Casus jurnalistlər, hərbi zavodlar və bölgələrimiz
Emin Hüseynzadə “Bölgələrdən niyə xəbər yoxdur?” deyənlərə kiçik səyahət təklif edirəm. İstənilən rayona gedin və jurnalist olduğunuzu deyin. Bazarda, çayxanada, görüşdə, yolu soraqlayanda… Xəbər qıtlığının, ya da yalnız bəzi bölgələrdən xəbər almağınızın səbəbini onda biləcəksiniz. Ölkəmizin ...
Müxbiri müsahibin ayağına verənlər…
Hikmət Nazim Bir jurnalistlə dərdləşirdik, söhbət onun kənar müəllif kimi müsahibələr, reportajlar hazırlayıb yolladığı saytın ortaya qoyduğu siyasi mövqeyə gəlib çıxanda saytdan uzaqlaşmaq istədiyini bildirdi. Hazırladığı reportaj və müsahibələrin yayımlandığı saytın dərc etdiyi materialları ara-sı...