• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Mətbuat günümüz və bu günün reallığı

  • 24 İyul 2019
0
SHARES
FacebookTwitterPinterest

Seymur Kazımov

Jurnalistikanı tez-tez incəsənətlə səhv salırlar, yəni onu yaradıcılıq sahəsi hesab edirlər, üstəlik, yazı-pozunun ilahi istedad olduğunu da deyirlər.

Jurnalistikanın yaradıcılıqla əlaqəsi yoxdur. O, dəqiq elm olmasa da, zərgər dəqiqliyi tələb edən peşədir. Bir az da dərinə getsək, jurnalistikanı idmana bənzədə bilərik; nə qədər nəfəsimiz çatır, orqanizm ağrıya, əzaba, təzyiqə… fiziki, mənəvi, psixoloji zərbələrə tab gətirir – işləyə bilərik.

İdmandakı ədalətsiz hakim anlayışı jurnalistikada da var. Onlar da imkan versə, işləyirik.

Azərbaycanda jurnalistika ildə bir dəfə yada düşür – iyulun 22-də. Həsən bəy Zərdabinin 1875-ci ilin 22 iyulunda əsasını qoyduğu “Əkinçi” qəzetinin cəmi 56 nömrəsi nəşr olunsa da, onun Azərbaycan ictimai fikrinin inkişafındakı xidmətləri əvəzsizdir.

Müasir Azərbaycan mətbuatına baxdıqda isə onun “Əkinçi”nin deyil, sovet-kommunist jurnalistikasının davamçısı olduğu aydın nəzərə çarpır.

Hakimiyyət media ilə sıx əlaqənin, işbirliyinin tərəfdarı olduğunu deyir. İstər “Əkinçi”nin zamanında, istər Sovet İttifaqı vaxtı, istərsə də müstəqilliyin ilk illərində və ikinci onilliyində Azərbaycan mətbuatı azad olmayıb. Vəziyyət o qədər qəlizdir ki, bayramı da jurnalistlərə məhz hakimiyyət keçirir.

Jurnalistika çox paradoksal peşədir – həm xalqın xidmətçisi deyirlər, eyni zamanda dördüncü hakimiyyət adlandırırlar. Jurnalistika xidmətçisi olduğu insanların ağıl və hisslərinin hakimidir. Yəni normalda belə olmalıdır. Azərbaycanda isə media zorla sovet dövrünə ilişdirilib – manipulyasiya etmək, təbliğat-təşviqat işləri, düşmən-qəhrəman obrazlarının yaradılması. Azərbaycanda media siyasi qərarlara tabedir, odur ki, xalqın deyil, “bir qrupun” xidmətçisidir.

Azad KİV yalnız konkret dövlətlərin yox, bütün bəşəriyyətin universal dəyəridir. Azad medianın mövcudluğu ölkənin və onun vətəndaşlarının potensialını ortaya qoyan ən vacib aktordur. Azad media inkişafın təməlidir.

1643-cü ildə İngiltərə parlamenti senzura haqqında qərar qəbul etdi. Buna ilk qarşı çıxan dövrün publisisti, ictimai xadimi Con Milton oldu. Milton “Aeropaqitika” sərlövhəli məqaləsində senzuranın qısa zamanda ləğvinə çağırır, onun törədəcəyi fəsadları, insanların kütləvi savadsızlığa düçar olacaqlarını elmi əsaslarla sübut edirdi.

ABŞ Konstitusiyasına ilk düzəliş həm də jurnalistlərin azad fəaliyyət göstərmələrinə təkan verdi: “Konqres söz və mətbuat azadlığını məhdudlaşdıracaq qanun qəbul edə bilməz”.

Almaniya, Fransa kimi ölkələrin mətbuat tarixinə nəzər salsaq, onları bugünkü inkişafa gətirən əsas amillərdən biri kimi azad medianın yaranmasını görə bilərik.

Qədim Samuray Kodeksində yazılıb ki, hər gün özünüzü ölü kimi təsəvvür edin. Təsəvvür edin ki, sizi qılıncla doğrayırlar, vəhşi heyvanlar sizi didib-parçalayır və s.

Müasir jurnalistika da belə təsəvvürlərə yol açır. Çünki işimiz “ən təhlükəli peşələr” arasında hər il öz “layiqli” yerini tutur. Amerikalı siyasi xadim Horas Grili belə deyib: “Jurnalistika sizi öldürə bilər. Amma həyatda qalmısınızsa, siz bu peşəyə minnətdar olmalısınız”.

22 iyul Azərbaycan mətbuatının yaranmasının növbəti ildönümüdür. Hər il olduğu kimi bu il də təmtəraqlıdır: banketlər, ziyafətlər, sertifikatlar, diplomlar, pul mükafatları, tortlar, gül buketləri, başqa qiymətli hədiyyələr…

İllər öncə bir qrup baş redaktoru Türkiyəyə istirahətə də aparırdılar. Metropoliten bir dəfə jurnalistlərin yolunu Batumidən də salmışdı. Belə “parlaq” günlər də olub.

Ev hədiyyəsi bu il yoxdur, amma söz veriblər ki, gələn il mütləq olacaq.

Bayramımız mübarək!

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Rəsmi işsizlər üzrə lider bölgələr

  • 24 İyul 2019

Rusiyada uşaq pulu artır

  • 24 İyul 2019

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
ManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
Dünyanın səsiManşetXəbər

NATO 32 yolunda

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə nə qədər xəstə var?

comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetXəbər

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

comments
ManşetXəbər

Dotasiya alan və almayan bölgələr

comments
ManşetXəbər

Büdcə zərfi, icra qanunu

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
ManşetXəbər

Kəlbəcərdə çıxış

comments
ManşetXəbər

26 iyun səfəri

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda