• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

  • 28 Sentyabr 2017
31
SHARES
FacebookTwitterPinterest

Seymur KAZIMOV

1997-ci ildə kütləvi informasiya vasitələrinə təzyiqlərdən və mediaya inamın cəmiyyətdə azalmasından narahat olan bir qrup amerikalı jurnalist, naşir, media rəhbəri və akademik Qayğılı Jurnalistlər Komitəsini (Committe of Concerned Journalists) yaratdı. Komitə apardığı çoxsaylı araşdırmalardan və müzakirələrdən sonra medianin 10 prinsipini müəyyən etdi.

9-cu prinsip bilavasitə insan faktoru ilə bağlıdır. Əslində, bu, təkcə jurnalistlərə deyil, bütün peşə və sənət sahiblərinə aiddir: “Jurnalist peşə fəalyyəti zamanı öz vicdanının diktəsi ilə hərəkət etməlidir”.

“Hər bir jurnalistin etik duyğuları və məsuliyyəti onun mənəvi kompası olmalıdır. Hər birimiz ədalət və dəqiqlik naminə istər redaksiyada, istərsə də hadisə yerində həmkarlarımızın düşüncələrindən fərqli olan fikirlərimizi səsləndirməyə hazır olmalıyıq. Xəbər redaksiyaları fərdləri öz düşüncələrini deməyə təşviq etməklə onların müstəqilliyinə töhfə verir. Bu, müxtəlifliyi artmaqda olan cəmiyyəti dərk etmək üçün lazım olan intellektual müxtəlifliyi stimullaşdırır və xəbəri daha dəqiq çatdırır. Əhəmiyyətli olan rəqəmlər deyil, məhz insanların düşüncə və səs müxtəlifliyidir”.

Vicdanla çalışmaq, göründüyü kimi, jurnalistikanın əsas prinsiplərindən biridir. Bu siyahıda çox şey haqqında yazılıb – faktlarla işləmək, onların mötəbərliyini yoxlamaq, müzakirələr üçün ictimai forumun mövcudluğunu təmin etmək və s. Amma sona yaxın “vicdanlı olun” deməyi unutmayıblar. Bunu media mənsublarından tələb edən amerikalılardır. Baxmayaraq ki, orada söz, mətbuat azadlığı birbaşa konstitusiyanın sütununu təşkil edir.

Məsələyə primitiv, “jurnalistlər də insandır” prizmasından yanaşmaq olar. Bunu da etiraf etmək lazımdır ki, Azərbaycanda jurnalistləri daha çox başqa kateqoriyalara görə tanıyırlar. ABŞ və Avropada media mənsubuna qoyulmuş “gözətçi köpək”, “zibileşələyən” kimi ayamalar bizim cəmiyyətdə bilavasitə qəbul olunur. Belə ki, bu sətirlərin müəllifi də rəsmən zibil eşələyərək reallığı üzə çıxarmağa nail olub.

2015-ci ildə Baltik dənizində NATO hərbçilərinin təlimləri zamanı çox-çox ağır çəkili generalların mətbuat üçün bəyanatı olmalı idi. Biz də 8 jurnalist idik. Hamımız yorğun, ac… günlərlə dənizin ortasında, üstəlik, hərbi rejimdə. NATO hərbi dəniz generalları da bəyanatı kağızdan oxudular. Doğrusu, yadımda bir şey qalmadı. General bəyanatını bitirdi, köməkçisinə verdi və o da öz növbəsində kağızı əzdi və zibil qutusuna atdı. Gözlədim, hamı gəmidəki mətbuat kayutundan çıxandan sonra gedib o əzik bəyanatı götürüb cibimə qoydum. Əgər məsələyə bu kontekstdən yanaşsaq, bəli, zibileşələyən jurnalist olmuşam, amma doğruları yazdığıma görə vicdanım çox rahat olub.

Gündə olmasa da, jurnalist bu kimi dilemmalarla qarşılaşır, bəzən siyasi, ictimai durumu nəzərə alıb “özünüsenzura” ilə yüklənirik. Ancaq bu, bizim tamaşaçımıza, oxucumuza, dinləyicimizə maraqlı deyil. Ələlxüsus da rayon və kənd yerlərində respondentdən nəyisə soruşanda, “onsuz da mənə kömək etməyəcəksən”, “onsuz da dediklərimin hamısını yazmayacaqsan” kimi atmaca və ittihamlarla qarşılaşanda öz vəzifəsinin öhdəsindən gələ bilməyənlərin əvəzinə vicdan əzabı çəkirsən. Burada öz işini bilməyən iki tərəf var: məmurlar və jurnalistlər. Birincilərlə hər şey aydındır, ikincilər isə insanların dərdini, problemini gizlədərək, malalayaraq və yaxud yalan danışaraq rəsmən vicdansızlıq edirlər, amma “ədalət şilləsi” bizə – vicdanının diktəsi ilə hərəkət edənlərə dəyir. Bəzən elə vəziyyətə düşürük ki, həmin insanlara kömək edə bilmədiyimizə görə vicdan əzabı çəkirik. Biz günahsızıq, amma əzab çəkirik. Belə ki, Azərbaycanda jurnalistlər var, jurnalistika yoxdur.

Azərbaycanda media bazarı reallıq hissini və vicdanını itirməyənlər üçün təhlükləli sahədir. Müstəqil mediaya investisiya daxil olmur, reklam bazarı və abunə sistemi tamamilə sıradan çıxarılıb. Beynəlxalq təşkilatlar və layihələr yoxdur. İqtisadi problemlər siyasi qayğıların bir hissəsinə çevrilib. Media çökdürülüb, onun iqtisadi dayaqları yıxılıb.

Bunların fonunda vicdanlı medianın ictimai şüura təsir imkanları da minimuma enib. Çünki əlahəzrət vicdan faktoru pul amili ilə üz-üzə dayanır. Nəticədə məsuliyyətsiz jurnalistika yaranır ki, bu da sosial təhlükədən xəbər verir.

Vicdan işin peşəkar yerinə yetirilməsi üçün əsas göstəricidir. Vicdan ya var, ya da yoxdur. Amma onun satın alınması üçün qiymətlər çoxdur. Vicdansız jurnalistlərə isə cəmiyyət özü yerini göstərməlidir. Ötən əsrin sonlarında xəbərlər buraxılışı efirə gedəndə Polşanın Qdanks şəhərinin əhalisi televizorlarını pəncərəyə çıxarıb ekranı küçəyə tərəf çevirirmişlər. Etirazdır bu. Yəni sizi izləmirik!


Müəllifin başqa yazıları:  • Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr   • Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Ukrayna dili hakim statusunu bərkidir

  • 28 Sentyabr 2017

Vəkillər Kollegiyasının rəhbəri postdan getdi

  • 28 Sentyabr 2017

Son materiallar

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Son materiallar

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
AktualManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
AktualXəbər

Bölgələr üzrə kredit və əmanət

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

comments
AktualManşetŞərh

Ehtiyat bankın yaraşığıdır?

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
AktualDünyanın səsiManşetXəbər

Kanadada 10 min uyğura sığınacaq verilməsi təklif olunur

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
AktualDünyanın səsiManşetŞərh

Putin Navalnını sındırmağa çalışır – “Vaşinqton Post”

comments
AktualManşetŞərh

Üsulun üsuldan fərqi

comments
AktualManşetŞərh

Yol niyə bağlıdır?

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
AktualManşetXəbər

Avropa İttifaqına ixrac

comments
AktualManşetXəbər

Sahələr üzrə orta maaş

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetŞərh

Sabit gerilik

comments
AktualXəbər

Neftsiz ixracın əsas ünvanları

comments
AktualManşetXəbər

Azərbaycanın əsas ticarət tərəfdaşları

comments
AktualDünyanın səsiManşetXəbər

BMT-də uyğur narahatlığı – “Əl-Cəzirə”

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda