KİV-in nəzarət mexanizmi niyə çalışmır?
Seymur Kazımov
Müasir dövrdə media siyasi konfliktlərin əsasını təşkil edir, lap dəqiq ifadə etsək, onları yaradır. Bunun üçün ilk növbədə ictimai rəyin işlədiyi cəmiyyətlər olmalıdır. Harada ki, bu cür rəy yoxdur, siyasətçilərin, fikir adamlarının cəmiyyət qarşısında öhdəliyi, məsuliyyəti də yoxdur.
Azərbaycanda ənənəvi media ictimai rəy yaratmır, sosial media isə cəmiyyətin yalnız fəal bir qismini əhatə etdiyindən siyasətçilərin davranışlarında “peşəkar məsuliyyətsizlik” elementlərini aydın sezmək mümkündür. Onlara etiraz edən, tənqid edən insanların həm sayı azdır, həm də səsləri o qədər zəif çıxır ki, bu şəxslər “siyasət meydanı”ndan getmək haqqında düşünmürlər.
Dünya jurnalistikasının ictimai-siyasi, hərbi, diplomatik institutlara təsiri getdikcə artır. Media dünyanın ən ucqarlarında gedən taleyüklü proseslərin bir hissəsinə çevrilib. Hətta vaxtilə dünyanı idarə edənlər gündəmi müəyyənləşdirirdisə, indi həmin idarəçilərin fəaliyyət proqramlarını media diktə edir. Mediada texnoloji inqilabın baş verməsi isə onun təsir arealını genişləndirib. Bütün bunlara “məsuliyyətli olmağı” da əlavə etsək, o zaman ideal media nəzarətindən rahat danışa bilərik.
Azərbaycan isə prosesdən tam kənardadır. Bugünkü şəraitdə Azərbaycan mediası dünya jurnalistikasının hansısa hissəsini təşkil etmir və Azərbaycan Cənubi Qafqaz regionunda da söz, mətbuat məhdudiyyətindən ən çox əziyyət çəkən ölkədir. Belə desək, ölkədə medianın durumu beynəlxalq təşkilatların hesabatlarında göstərilən rəqəmlərdəki kimidir, yəni son yerlərdə.
Azərbaycan mediası siyasi prosesləri yaradan, onlara təsir edən yox, onların quluna çevrilmiş vəziyyətdədir. Jurnalistlər maraq qruplarının aləti rolunda çıxış edir, hakimiyyət və müxalifət funksionerlərinin ritorikası onları dəstəkləyən jurnalistlərə də keçib. Normalda siyasi və jurnalistika elitasının bir-birinə təsir imkanları var. Azərbaycan mediasında isə elita yoxdur və onlar siyasi fiqurlardan asılıdırlar. Yəni gündəmi siyasətçilərin deyil, jurnalistlərin yaratması, hadisələrin mövzu aktuallığına görə sıralanması onların maraqları xaricindədir. Dünyanın demokratik ölkələrində də media mənsublarını sevmirlər. Amma həmin ölkələrdə demokratiyanın bütün ali dəyərləri bərqərar olduğu üçün jurnalist peşəsinə hörmətlə yanaşırlar.
Abunə sisteminin tam sıradan çıxarıldığı, 2005-ci ildən bugünədək media və əlaqədar qanunlara dəfələrlə məhdudlaşdırıcı dəyişikliklər edildiyi, media ombudsmanının olmadığı, media tədrisinin hələ də sovet tədris proqramları əsasında qurulduğu, medianın maliyyə dayaqlarının yerindən qoparıldığı və ictimai rəyin olmadığı bir mühitdə ictimai-siyasi fiqurlardan məsuliyyət tələb etmək mümkün deyil. Bayaq qeyd etdiyimiz kimi, media savadlılığı göstəricisi zəif olan bir ölkənin gələcəyi dövlətin düşünən beyinləri üçün ciddi siqnal olmalıdır.
Azərbaycan mediasının maliyyə bazasının sıradan çıxarılması isə onu müxtəlif maraq qruplarından asılılığa sürükləyən əsas faktordur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycan KİV-nin reklam gəlirləri ümumilikdə 7,7 milyon manat təşkil edib. Bu rəqəmi KİV nümunələri arasında bölək: 6,9 milyon manat TV, 360 min manat radio, 474,5 min manat internet mediası, 1000 manat qəzet-jurnal. Beynəlxalq təcrübədə KİV-in illik reklam gəlirləri ölkənin ümumi daxili məhsulunun 1 faizinə yaxın olur. Azərbaycanda isə bu 0 (sıfır) rəqəmindən aşağıdadır. Bütün dünyada qəzetlərin əsas gəlir qaynağı reklamdır. Reklam həm də qəzetin müstəqilliyini təminat altına alan vasitədir. Maddi durumu qənaətbəxş olmayan KİV sisteminin cəmiyyət üçün gündəm yaratmaq ideyaları elə ideya olaraq qalacaq.
KİV sistemi siyasi şəraitə uyğun olaraq dəyişir və formalaşır. “Demokratik cəmiyyətdə peşəkar qəzet buraxmaq yolları” kitabının müəllifi Tatyana Repkova siyasi sistemdən asılı olan medianı belə sorğulayır: “Ölkənizdə biznesin inkişafını əngəlləyən süni maneələr varmı? Öz istəksizliyinizi ört-basdır edirsinizmi? Düşünürsüzmü ki, heç nəyin xeyri yoxdur? O halda əlinizi vicdanınızın üstünə qoyub soruşun: əngəllər aradan qalxanda öz şansınızdan yararlanacaqsınızmı?”
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə
ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi
KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı
Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik
Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər