• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

  • 26 May 2018
48
SHARES
FacebookTwitterPinterest

Seymur Kazımov

Siyasi münasibətlərdəki oyunların mətbuat üzərindən aparılması söz azadlığına ən böyük təhdiddir. Belə ki,  jurnalistlər xəbər daşıyıcısı kimi yox, konkret qrupların aləti rolunda çıxış edir. Bunu çox rahatlıqla Azərbaycan mətbuatına şamil edə bilərik. Çünki hakimiyyət funksionerlərinin ritorikası onları dəstəkləyən jurnalistlərə də keçib. Eyni məsələni onların opponenti haqqında da demək olar.

Azərbaycan mətbuatı son 15 ildə “siyasi poliqon” funksiyasını yerinə yetirir. Doğrudur, burada qəribə bir şey yoxdur, çünki medianın da əsas prinsiplərindən biri ictimai müzakirələr üçün forumun mövcudluğunu təmin etməkdir. Problem budur ki, mübarizə siyasətçilər arasında yox, jurnalistlər arasında gedir. Hətta seçki kampaniyaları zamanı jurnalistlər daha fəal olur, nəinki siyasətçilər. Jurnalistlər bir-birini siyasətçilərin ağzı ilə ittiham edir. Hərə öz liderini tərifləyir, onu müdafiə edir, başqalarını alçaldır. Proses günlərlə, aylarla təkrar olunur.

Jurnalistika və hakimiyyət anlayışları ümumi problemin öyrənilməsində vacib məsələlərdən biridir. KİV-in siyasi proseslərdə iştirakı totalitar rejimlərə xidmət edən informativ-təbliğat metodlarından başlayaraq, azadlığın təmin olunduğu “gözətçi köpəyi”nin meydana çıxması ilə yekunlaşmır. Siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsində jurnalistikanın rolu müəyyən tarixi şəraitdə özünü fərqli göstərir. Aydın məsələdir ki, KİV-in iştirakı olmadan ölkələrin ictimai həyatında əhəmiyyətli dəyişikliklər olmazdı. Çox yaxın keçmişdə Gürcüstanda, Ukraynada, Ermənistanda baş vermiş siyasi proseslər məhz KİV-lə kütləviləşdikdən sonra müsbət sonluqla başa çatdı. Hələ totalitar qalan rejimlərdə isə KİV-in xüsusi sosial institut kimi təsirini, onun ictimai fikri formalaşdırmasını yaxşı anlayırlar.

KİV siyasi prosesləri nə qədər inkişaf etdirə və yaxud dayandıra bilər? Azərbaycanda mətbuat bütün dövrlərdə siyasi proseslərin bilavasitə iştirakçısı olub, bəzən siyasətin ruporuna da çevrilib. Buna görə də bəzi subyektlər jurnalistə özlərinin siyasət və kommersiya maraqlarının mühafizəçisi kimi baxır.

Bu bir tərəfdən siyasi mədəniyyətin kasadlığını, digər tərəfdən də ictimai-siyasi şüurun sivil dialoqa hazır olmadığını göstərir. Nəticədə jurnalistikanın missiyası, funskiyası, ali dəyər və prinsipləri təcrübədə deyil, yalnız konfranslarda, mühazirələrdə, dərsliklərdə işlənir.

Normalda siyasi və jurnalistika elitasının bir-birinə təsir imkanları var. Azərbaycan mediasında isə elita yoxdur və onlar siyasi fiqurlardan hava-su qədər asılıdır. Azərbaycan mediasındakı neqativ informasiyanın çoxluğu siyasi mədəniyyətin də sıradan çıxmasına səbəb olub. Nəticədə media insanlar üçün “sosial təhlükə” rolunu oynayır.

Azərbaycanda siyasətin medianı əsarət altına almasına mətbuat konsepsiyaları prizmasından baxaq. Yeddi konsepsiya var ki, onlardan ikisi yerli jurnalistikanı olduğu kimi əks etdirir. Birincisi, sovet-kommunist konsepsiyasıdır ki, burada hökumət həm xəbərlərə göz qoyur, həm də onları istehsal edir. Əsas məqsəd insanların şüuruna təsir göstərməkdir.

Digəri isə “İrəlilətmə” konsepsiyasıdır. Burada mətbuata milli təhlükəsizliyi qoruyan, əsas funksiyası dövlət maraqlarını müdafiə etmək olan, iqtisadi inkişaf üçün alət rolunu oynayan və milli şüuru oyadan vasitə kimi baxılır.

Hər iki mexanizm siyasi diskursumuzda dolayı və birbaşa yolla iştirak edir: mediaya nəzarət müxtəlif şəxslərə və qurumlara tapşırılıb, onlar qəribə səslənsə də, xəbər istehsalçısı rolunda çıxış edirlər. Bu tapşırıqları icra edən media mənsubları da  peşə fəaliyyəti zamanı həqiqəti söyləməkdən çox, milli maraqların və milli təhlükəsizliyin mühafizəçisi roluna üstlənir.

Jurnalistlərin siyasətçi olması geniş yayılmış təcrübədir. Siyasilərin də şərhçi və analitikə çevrilməsi normal hadisədir.  Belə ki, hər iki tərəf konkret məşğul olacağı işi müəyyənləşdirir və insanların da onlardan gözləntiləri bəlli sahələrə uyğun olur. Amma media təmsilçisinin bir ayağının siyasətdə, o biri ayağının da jurnalistikada olması anormallıqdır, çünki uzun müddət “şpaqat” vəziyyətində oturmaq sağlamlığa ziyandır.

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Əfv edilən dustaqlar hansı ildə məhkum olunmuşdula...

  • 25 May 2018

Maliyyə sektorunda yeni xidmət

  • 26 May 2018

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
ManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
Dünyanın səsiManşetXəbər

NATO 32 yolunda

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə nə qədər xəstə var?

comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetXəbər

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

comments
ManşetXəbər

Dotasiya alan və almayan bölgələr

comments
ManşetXəbər

Büdcə zərfi, icra qanunu

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
ManşetXəbər

Kəlbəcərdə çıxış

comments
ManşetXəbər

26 iyun səfəri

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda