Bahalıq 5,7 milyard manat gətirib
Rəsmi statistikaya əsaslanan iqtisadçı Rövşən Ağayev yazır ki, 2022-ci ildə neft və qazın bahalaşması Azərbaycanın təbii resurs ixracından gəlirini 5,7 milyard manat artırıb: “Qaz ixracında artım, xam neftin ixracında azalma qeydə alınıb. Yəni 5,7 milyard manatlıq əlavə qazanc resursların fiziki həc...
Bakıda zirvə görüşü
Martın 2-si Bakıda, Konqres Mərkəzində Qoşulmama Hərəkatının koronavirusla mübarizə üzrə təmas qrupunun zirvə görüşü keçirilir. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyevin sədrliyi ilə keçirilən zirvə görüşünə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri, beynə...
202 nöqtə, 20,3 milyon xəstə
Martın 2-nə olan beynəlxalq hesabata görə, 202 ölkə və ərazidə 20,3 milyon aktiv koronavirus xəstəsi var. Yaponiyada müalicə altında olanların sayı 11,4 milyon, ABŞ-da 1,4 milyon, Polşada 967,6 min, Vyetnamda 868,9 min, Meksikada 427,5 min göstərilir. Novator.az bildirir ki, yaxın ölkələr üzrə stati...
Hacı Şahin vəfat edib
Tanınmış ilahiyyatçı və ictimai xadim, Bakıdakı Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonunda səlahiyyətli nümayəndəsi, “Mənəvi Dünya” İctimai Birliyinin rəhbəri Şahin Həsənli martın 2-də qəfil ürəktutmasından vəfat edib. Şahin Hüseyn oğlu Həsənli (Hacı Şahin) 1974-...
Valyuta ehtiyatı, pul bazası
Mərkəzi Bank hesabatlar yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, martın 1-nə 9 milyard 43,8 milyon dollarlıq valyuta ehtiyatı qeydə alınıb. 2023-cü il 8 milyard 995,7 milyon dollarla başlamışdı. Başqa bir məlumata əsasən, martın 1-nə pul bazası (dövriyyədəki pul vəsaitləri və kommersiya bankl...
Mədəniyyət Nazirliyinin rəhbərliyində yeniliklər
Martın 1-də sərəncamlar imzalayan prezident İlham Əliyev Vaqif Əliyevi mədəniyyət nazirinin birinci müavini, Sevda Məmmədəliyevanı müavini vəzifələrindən azad edib. Başqa sərəncamlarla Səadət Yusifova və Murad Hüseynov nazir müavini təyin olunublar. 2022-ci il dekabrın 22-dən mədəniyyət nazirinin bi...
Nikah statistikası, üstün bölgələr
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda 61939 (əvvəlki illə müqayisədə 8,9 faiz çox) nikah qeydə alınıb, hər 1000 nəfərə 6,1 nikah düşüb. Novator.az bildirir ki, hər 1000 nəfərə nikahın daha çox olduğu bölgələr də var: Xocavənd – 9,5 Yardımlı – 8,3 Qobust...
İşğalçı rejimdə yeni “dövlət naziri”
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan martın 1-də Qurgen Nersisyanı “dövlət naziri” təyin edib. Əvvəlki “dövlət naziri” Ruben Vardanyan fevralın 23-də postundan çıxarılıb. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır. Novator.az bildirir ki, 1985...
Qarabağ erməniləri ilə danışıqlar başladı
Milli Məclisin 64 saylı Sabirabad dairəsindən deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs müəyyən edilib. Xəbəri yayan AZƏRTAC bildirir ki, martın 1-i Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında erməni...
İntihara cəhd: araşdırma aparılır
Hüquq mühafizə orqanları Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İtaliyada keçmiş müxbiri Aygün Əliyevanın intihara cəhdini araşdırır. Məlumatı fevralın 28-də Aygün Əliyevanın vəkili Bəhruz Bayramov yayıb. O qeyd edir ki, martın 1-də ifadə verməyə dəvət olunub. Novator.az bildirir ki, C...
45 min itki, 1,9 milyon köçkün
Martın 1-də yayılan rəsmi məlumata görə, Türkiyədə zəlzələ silsiləsi 45089 nəfərin həyatına son qoyub. Fevralın 6-sı Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, böyük da...
Əli Kərimli: “Biganə qalmamalıyıq”
AXCP sədri Əli Kərimli partiyanın Salyan şöbəsinin sədri Zamin Salayevdən yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, Zamin Salayev müxalifətçi, həm də cəsur, prinsipial, mübariz müxalifətçi olduğu üçün şərlənib və həbsinə etiraz edərək 23 gündür aclıq aksiyası keçirir: “Zamin bəy ...
Martın siftə qiyməti
Energetika Nazirliyinin 1 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 85,01 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53 dollarla başlayıb. Rəsmi hesabata görə, yanvar ayında Azərbaycanda 2,...
Yeni qanun bahalıq gətirir?
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Milli Məclisin 24 fevral iclasında ilk oxunuşdan keçmiş “Elektroenergetika haqqında” qanun layihəsini şərh edib. Layihəyə görə, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ix...
Kremlin Bakı vaxtı?
“Xalq qəzeti”nin 1 mart sayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana 27-28 fevral səfəri ilə bağlı şərh dərc olunub. “Kremlin Bakı vaxtı: əqrəbi bir saat irəli çəkməyin məqamıdır” başlıqlı yazının müəllifi İmran Bədirxanlıdır. O qeyd edir ki, Sergey Lavrovun səfəri zamanı aparıl...
148 aktiv xəstə var
Ümumi hesabata görə, Azərbaycanda 828548 nəfər koronavirusa yoluxub, onların 10119-u vəfat edib, 148-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ölkədə ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb. ...
Bəxtiyar Hacıyev aclığı dayandırdı
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev fevralın 28-də aclıq aksiyasını dayandırıb. “Turan”a danışan vəkil Aqil Layic deyib ki, Bəxtiyar ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq belə qərar verib. Xətai Rayon Məhkəməsi 2022-ci il dekabrın 9-da Bəxtiyar...
Mart havası
Milli Hidrometeorologiya Xidməti mart ayı üzrə orta aylıq temperatur proqnozu yayıb: Bakı və Abşeron yarımadası – 5-8 dərəcə (bəzi günlərdə 18-23 dərəcə) isti; Naxçıvan Muxtar Respublikası – 3-7 dərəcə (bəzi günlərdə 19-24 dərəcə) isti; Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan...
Tarif Şurasının dərman qərarı
Tarif (qiymət) Şurasının 28 fevral iclasında 50 dərman vasitəsinin qiyməti təsdiqlənib, 32 dərman vasitəsinin qiyməti yenilənib. Dərman vasitələrinin təsdiqlənən qiymətlərlə satışına 2015-ci il sentyabrın 15-dən başlanıb. Topdan və pərakəndə satış qiymətləri tənzimlənmiş dərman vasitələrinin (Siyahı...
Yeni dövlət planı
Fevralın 28-də sərəncam imzalayan prezident İlham Əliyev cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair milli fəaliyyət planını təsdiqləyib. 2023-2025-ci illər üzrə planda icraçı qismində nəzərdə tutulmuş mərkəzi icra hakimiyyət...