Paşinyanlı 5 il
- 05 May 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Nikol Paşinyanın Ermənistanın baş naziri kürsüsünə gəlməsinin 5 ili tamam olur.
Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Nikol Paşinyan Yerevan Dövlət Universitetində jurnalist təhsili alıb, 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.
Nikol Paşinyan 1992-ci ildən jurnalist fəaliyyəti göstərib, 2009-2011-ci illərdə həbsdə yatıb.
2012-ci ildə Erməni Milli Konqresindən parlamentə mandat alıb.
2013-cü ildə Vətəndaş Sazişi Partiyasını yaradıb. 2017-ci ildə qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.
2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.
Nikol Paşinyanın indiki hökumətində bu şəxslər yer alır: Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Qriqor Minasyan – ədliyyə naziri, Vaqe Kazaryan – daxili işlər naziri, Armen Pambuxçyan – fövqəladə hallar naziri, Vaan Kerobyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Robert Xaçatryan – yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Akop Simidyan – ətraf mühit naziri.
Parlamentdə Vətəndaş Sazişi Partiyasının 71, müxalif qüvvələrin – Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 6 mandatı var. 1 deputat partiyasızdır.
Müxalif qüvvələr sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana bağlıdır.