İtaliya milli futbol çempionatında qalib müəyyənləşib. Novator.az bildirir ki, “Napoli” finişə 5 tur qalmış əlçatmaz olaraq qızıl medalları təmin edib. Bu, 1926-cı ildə yaradılmış komandanın üçüncü çempionluğudur.
Avropanın qalan aparıcı çempionatlarına gəlincə, İngiltərədə “Mançester Siti” 79, “Arsenal” 78, “Nyukasl” 65, “Mançester Yunayted” 63 xal yığıb.
İspaniya çempionatında “Barselona” 82, “Atletiko” 69, “Real” 68, “Real Sosyedad” 61 xal götürüb.
Almaniya çempionatında “Bavariya” 62, “Borussiya” (Dortmund) 61, “Union Berlin” və “Frayburq” 56, “Leypsiq” 54 xal əldə edib.
Fransa çempionatında PSJ 75, “Marsel” 70, “Lans” 66, “Monako” 61 xal toplayıb.