• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dil bayramı

  • 30 İyul 2022
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Fəxri Uğurlu

Sözü müqəddəs tutmağın tərəfdarı deyiləm. Sözlə könül yıxmaq da, ev dağıtmaq da, qan salmaq da olar. Ancaq burası da var ki, müqəddəs duyğuları söz qədər sərrast ifadə eləyən ikinci bir alət yoxdur. İnsan ruhunu dilə də, səsə də, rəngə də büküb gün işığına çıxarmaq olar, fəqət qəlbin dərinliklərinə söz sənəti qədər nüfuz eləyən ikinci bir sənət yoxdur. Bu baxımdan musiqi sənəti də, təsviri sənət də ədəbiyyatdan sonra gəlir. Bütün dövrlərdə bəşərin həyatına yön verən, dünyanı dəyişən, ilk növbədə, söz adamları – filosoflar, şairlər, natiqlər, peyğəmbərlər olub.

Söz ağılın maddiləşmiş şəklidir. Ağıl da söz kimidir – Tanrı əliylə cilvələnəndə müqəddəs, Şeytan barmağıyla yoğrulanda napak olur. Təsadüfi deyil ki, dünya ədəbiyyatında, folklorunda, fəlsəfəsində ağıl gah ilahiləşdirilib göylərə qaldırılır, gah da şeytan əməli kimi yerdən-yerə vurulur. Hər iki yanaşma özünə görə haqlıdır. Həyat Hörmüzdlə Əhrimənin söz meydanında kəllə-kəlləyə gəldiyi həm qanlı, həm də şanlı səhnədir. Bu səhnədə hərə öz dilində rol alır.

Millətin sərhədi onun dilinin hüdudları boydadır. Dil yoxsa, millət də yoxdur. Bu baxımdan bizi – bu ölkənin sakinlərini bir-birimizə bağlayan ən möhkəm tel dilimizdir. Vətən də dilin içinə sığışıb, dilimiz bizim varlığımız, vətənimizdir. Məcburiyyət üzündən yaşadığımız ölkəni dəyişə bilərik, ata yurdundan çox-çox uzağa düşə bilərik, o halda əgər dilimizi unutmasaq, anamızın danışdığı dili övladlarımıza, nəvələrimizə ötürə bilsək, vətəni də bir misqallıq dilimizin üstündə daşımış sayılarıq.

Təəssüf ki, ölkəmizdən qıraqda yaşayan bir çox soydaşımız, qandaşımız yad mühitdə böyümüş övladlarına dədə-babasının dilini öyrətmək qayğısına qalmır. Bununla da vətənimizin başlıca sərvətini – insanlarımızı öz əlimizlə özgələrə təslim eləmiş oluruq. İşğalın ən ağır növü elə budur. Zəbt olunmuş torpağı gec-tez geri ala bilərsən, işğal olunmuş beyinlərinsə geriyə dönüşü yoxdur. Böyük yazıçımız Çingiz Aytmatov bu həqiqəti manqurt əfsanəsinin diliylə bütün dünyaya bəyan eləmişdi.

Otuz ildən çoxdur Azərbaycanın müstəqilliyi bərpa olunub, ancaq Bakının tən ortasında övladıyla rusca danışan gənc anaların sayı-hesabı yoxdur. O xanımların bir çoxu elə müstəqil Azərbaycanda doğulub. Beyin işğalının, mənəvi işğalın gücünə bax ki, onlar övladlarını belə dədə-babalarının dilində dindirmirlər, bunu özlərinə ar bilirlər, ancaq bu xalqın gələcəyi olan körpə balalarımızı bolşevizm virusunun daşıyıcısı kimi böyütməkdən utanmırlar. Siyasi işğal bunca qorxulu deyil, qorxulu olan belə işğaldır.

Yəhudilər cəlayi-vətən olub çöllərə düşdülər, min illər boyu sərgərdan oldular, kölə oldular, döyüldülər, söyüldülər, qovuldular. Fələk onları qitədən qitəyə atdı, diyar-diyar gəzdirdi. Dövlətləri olmadı, ölkələri olmadı, sərhədləri, orduları olmadı. Bununla belə sözün, kəlamın qüdrəti, dilin, dinin, kitabın kəraməti hesabına özlərini qoruyub saxlaya bildilər; söz, dil, kəlam, kitab onlardan ötrü dövləti də, ordunu da əvəz elədi. Sözə, əhdə vəfanın, sədaqətin nəticəsidir ki, bu gün yəhudi xalqı dünyanı idarə eləyən qövmlərdən biridir.

Sovet vaxtı belə bir yazılmamış qanun vardı: Azərbaycan yazıçıları (əlbəttə, rusca yazanları nəzərdə tutmuram) övladlarını rusca oxutmazdılar (təkcə elə buna görə Azərbaycan yazıçısına simvolik bir qızıl heykəlcik düşür). Bu, kiməsə adi görsənə bilər, ancaq elə deyil; o zaman yazıçı, ziyalı cəmiyyətin görən gözü, danışan dili, insanlıq örnəyi sayılırdı. Cəmiyyət ziyalıya baxıb düzlənirdi, yoxsa elə hamı (ən azı şəhər əhalisi) uşağını rusca oxudub rusca dindirərdi.

Rus dilinə, bu dildə yaranmış böyük ədəbiyyata sonsuz sayğı bəsləsəm də, mən dünyaya ölkəmizdə göz açan hər bir uşağın müqəddəs Azərbaycan türkcəsində dil açmağının, körpə beyinləri bu dildə mayalandırmağın tərəfdarıyam. Ondan sonra lap əlli dil öyrənsin. Ancaq buna qədər hər uşağa dilimizin şəhdi-şəkəri – milli folklorumuz, poeziyamız daddırılmalı, ana dilimizin melodiyası saf beyinlərə hopdurulmalıdır. Gerçək patriotizm buradan başlanır – dilini sevən millətini də, ölkəsini də, xəritəsini, bayrağını da sevəcək.

Dili, ilk növbədə, ədəbiyyat formalaşdırır, şairlər, yazıçılar qoruyur. Gerçək söz, fikir, yazı adamları zəmanəmizin kahinləri, dədələri, peyğəmbərləridir. Xalqa bələdçilik eləyən, milləti gələcəyə daşıyan onlardır. Dil olmasa millət olmaz, millət olmasa dövlət olmaz, dövlət olmasa nizam olmaz. Dilinə, mədəniyyətinə xor baxan toplum tarix səhnəsindən silinməyə namizəddir.

Nə yaxşı bizim şirin dilimiz, daşdan keçən sözümüz, dünyayla ayaqlaşan kitabımız var. Bu dəyərləri yaradanların, qoruyanların qədrini bilməsək, Ana dilimizin döşündən əmdiyimiz süd burnumuzdan gələcək.

1 avqust ölkəmizdə “Azərbaycan dili və Azərbaycan əlifbası günü”dür. Bu günə layiq olmağa çalışaq. Dilimizin, yazımızın bayramı mübarək olsun!

“Yeni Azərbaycan” qəzeti


Müəllifin başqa yazıları: 

Atalı-analı yetimlər

Dünyaya çıxmaq 

Klassik irsin üzünü köçürmək 

Zamanın çağırışını dinləmək zamanı 

Hansı qadın? 

Universal zamanın sahilində 

Rüstəm İbrahimbəyovun dönüşü 

Hörmüzdün səltənətinə xoş gəldiniz! 

Fərrux dağında məşqlər 

Varlığımızın evini abadlaşdıraq  

Tarixi əfsanəyə çevirən şəhər 

Dili yuxudan oyatmaq 

Xocalıdan Buçaya çəkilən yol 

Janrın yaddaşı, fikrin əcdadı 

Təsir, yoxsa oğurluq? 

Tuğ kilsəsində ibadət 

Fikrin libası

Günəşin qatilliyi 

Yaradanı yaradanlar

İnsan işğalı

Şeytan söz meydanında

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Hekayəmi İstanbulda xatırladım… 

“Xosrov və Şirin” yeni libasda

İki dünya arasında…

Yazılanın yozulanı 

Avqustda hava

  • 29 İyul 2022
  • comments

Saakaşvili siyasətdən gedir?

  • 30 İyul 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gender
  • Hüquq
  • Media
  • Mədəniyyət
  • Nəsr
  • Poeziya
  • Siyasət
  • Sosial
  • Tarix
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda