• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Janrın yaddaşı, fikrin əcdadı

  • 11 Aprel 2022
0
SHARES
FacebookTwitterPinterest

Fəxri Uğurlu 

Janrın da yaddaşı var. Ənənəvi türk şeiri qəliblərində yazan şair bayatı yaddaşına, meyxanaçı əruz yaddaşına, romançı dastan yaddaşına söykənir. Məsələn, Baxtin Dostoyevski poetikasının sirrini çözəndə onu aparıb antik dövrün Menipp satirasına – menippeyalara calayırdı (hərçənd mən Baxtinin Dostoyevski yaradıcılığına qoyduğu diaqnozla yalnız qismən razıyam – Dostoyevski konkret dini-fəlsəfi mövqeyi olan yazıçıydı, sadəcə “opponentlərinə” gen-bol danışmaq imkanı verirdi; ona qalsa, Turgenev yaradıcılığında qat-qat artıq polifoniya var, ədəbiyyat xiridarları nahaq yerə Tolstoyu monarxa, Dostoyevskini isə parlament sədrinə bənzətməyiblər).

Fikrin də əcdadı var. Bu gün sənin ağlına gələn fikir min il, iki min il, üç min il əvvəl də kiminsə beyninə dammış ola bilər. Yeni ideya, yeni məzmun hər saat, hər gün, hər il, heç hər əsrdə də yaranmır. Dərindən götürsək, Platondan sonra yer üzündə təzə ideya yaranmayıb.

Ötən yüzildə dünya fəlsəfəsinə, incəsənətinə böyük təsir göstərmiş, yön vermiş Freydin konsepsiyalarının izinə düşsək, antik dövrün fikir meydanında təqribən bir əsr at oynatmış kirenaiklər məktəbinə, ondan bir az bəri Epikür fəlsəfəsinə gedib çıxacağıq. Vaqiflə Vidadinin deyişməsini geniş kontekstdə təhlil eləmək istəsək, rindü-zahid qarşıdurmasına, oradan da o yana antik epikürçülərlə stoiklərin fikir dartışmalarına istinad eləyəcəyik – epikürçülər ölüm qorxusuna çarə tapıb insanı “ataraksiya” adlandırdıqları zehni sükunət halına gətirmək istəyirdilərsə, stoiklər yaşamaq ehtirasını cilovlamaqla insanı “apatiya” dedikləri ruhi dincliyə qovuşdurmağa çalışırdılar. Bir sözlə, hər iki tərəf insan övladını koordinat xəttinin sıfır nöqtəsinə səsləyirdi – sadəcə, biri mənfi qütbdən, o biri müsbət qanaddan.

Ancaq bunlar o demək deyil ki, Dostoyevski öz üslubunu Menipp satiralarıyla tanışlıqdan sonra kəşf eləyib, Vaqiflə Vidadi Epikürün, Senekanın fəlsəfi məktublarını oxuyandan sonra deyişmək qərarına gəliblər, Freyd də kirenaiklərin ideyalarından ruhlanıb öz nəzəriyyəsini yaradıb. Bütün bunlar janrın yaddaşının, fikrin genetikasının doğurduğu gerçəklərdir, yəni insan 2500 il bundan qabaq da dünənki kimi düşünə bilərdi, sadəcə o vaxt düşündüyünü bir cür, dünən başqa cür ifadə eləyib, amma məzmun çərçivəsi aşağı-yuxarı eynidir.

Belə baxanda dünya fikir tarixində ideya-məzmun qəlibi elə də çox deyil. Məsələn, Nitsşe xristianlığı tənqid atəşinə tutanda onu “sürü üçün platonizm” adlandırırdı. Doğrudan da, İncilin fəlsəfi-əxlaqi platforması Sokratın cızdığı çevrədən kənara çıxmır, sadəcə, platonizmin etik-fəlsəfi imperativlərini kütlələrə bəsit, anlaşıqlı dillə çatdırır. Turgenevin “Atalar və oğullar” romanının baş qəhrəmanı Bazarov, adından göründüyü kimi, tam bir anarxistdir (hərçənd müəllif özü onu nihilist adlandırır). Turgenevin anarxizm fəlsəfəsinin banisi sayılan Maks Ştirnerin (söhbət siyasi yox, fərdi anarxizmdən gedir) yeganə traktatını oxuyub-oxumadığını bilmirəm, ancaq bu iki dahinin şəksiz bir “qan qohumluğu” var, hətta o dərəcədə ki, Turgenevin romanını Ştirnerin fəlsəfəsinə illüstrasiya saymaq olar. Anarxizm fəlsəfi termin kimi XIX yüzildə meydana gəlsə də, bu dünyagörüşün tarixi insanın tarixi qədər qədimdir. Elə Sokratla söz güləşdirən sofistlər də, Demokritin şinelindən çıxmış dürlü-dürlü atomistlər, skeptiklər, siniklər, hər növdən olan asketlər, rahiblər, zahidlər, rindlər (son ikisi zahirən bir-birinə qarşı olsa da, epikürçülərlə stoiklər kimi bir medalın iki üzüdürlər), hər növdən olan tənhalıq carçıları, təklik aşiqləri, yalqızlıq divanələri – hamısını bir sözlə adlandırası olsaq, hamısı anarxistdir.

Eləcə də Platondan sonra gələn bütün idealistlər – Nizamidən Höteyə, Avqustindən Hegelə, Mövlanadan Tolstoya qədər hamısı “Əflatuni-ilahinin” haləsində fırlanır. Platonun ideyalar aləmiylə Quranın dediyi lövhi-məhfuz arasında elə bir fərq yoxdur. Nitsşe özü də nə qədər orijinal görünməyə çalışsa belə, onun təlimi var gücüylə əleyhinə getdiyi İsa peyğəmbərin təliminin astarından başqa bir şey deyil.

Markiz de Sadın fəlsəfəsi nə qədər heybətli, əcaib görünsə də, o, ifrata varmış, bir qütbdən başqa qütbə yuvarlanmış maarifçidən, tənqidinin də, təbliğinin də “dozasını” artıq eləmiş demokratdan, bir sözlə, antik yunan-Roma respublikalarının öz həzzinə azadlıq vermiş gedonist vətəndaşından heç nəylə seçilmir.

Aristotel Tanrını nəhəng, qüdrətli, kainatı yaradandan sonra onun işinə qarışmayan bir ağıla bənzədirdi, adını da Nus qoymuşdu. Üstündən iki min ildən də artıq müddət keçəndən sonra maarifçiliyin bayraqdarlarından olan Volter bu qənaətə gəldi ki, Allah dünyanı yaradandan bəri onun işinə qarışmır. Şübhəsiz, Volter bu fikrə öz axtarışları nəticəsində gəlib çıxmışdı, Aristotel kimi o da hadisələri, fenomenləri elmi-praqmatik təfəkkürün süzgəcindən keçirdiyinə görə qədim filosofa xas dünyagörüşün bəzi detallarına təbii şəkildə ortaq çıxmışdı.

Antik Roma şairi Lukretsidən tutmuş Şərq klassiki Ömər Xəyyama qədər bir çox şair Epikür fəlsəfəsindən ilhamlanıb, bununla belə epikürçülük hələ Epikür dünyaya gəlməmişdən də vardı. Klassik Şərq poeziyasında, xüsusən də Hafizin qəzəllərində parlaq ifadəsini tapmış rind obrazı da həmin xəttin üstündədir – sərxoş avara Allah xofunu, padşah zəhmini, ölüm qorxusunu yenmiş, tənhalığından zövq alan azad insanın obrazıdır. Elə müəllifini unutduğum bu misralar da həmin obrazın parlaq rəsmini cızır:

Fəqirəm, bəxtəvərəm, laübalıyam, məstəm,
Cahan kiminsə qoy olsun, mən onda sərbəstəm…

Göründüyü kimi, ayrı-ayrı mədəniyyətlərə, dinlərə, millətlərə mənsub fikir adamları janr yaddaşının hesabına bir-birinə “qohum” çıxır. Antik yunan filosofunun məktublarında, traktatlarında yazıya alınmış duyğular, düşüncələr klassik fars şairinin qəzəllərində, rübailərində yenidən ifadəsini tapır. Ancaq bu, ədəbi oğurluq deyil, fərqli zamanlarda yaşamış ayrı-ayrı insanların eyni fikrə gəldiyini, eyni həqiqətə tapındığını göstərən həyat, sənət faktlarıdır.

Bəzən yazıçının mövzusu həmkarlarıyla, sələfləriylə polemika zəminində meydana gəlir. Məsələn, Çexovun bir neçə hekayəsi açıq-aşkar Tolstoya “sataşmaqdır”. Məşhur bir rus ədəbiyyatçısı bu sıraya “6 nömrəli palata” povestini də qatır. Ancaq məncə, bu əsəri yuxarıda dediyim kontekstdə – stoiklərlə epikürçülərin fikir savaşı çərçivəsində nəzərdən keçirmək lazımdır. Çexov Qonçarovun “Oblomov” romanını, daha doğrusu, əsərin eyni adlı baş qəhrəmanını heç sevmirdi. “6 nömrəli palata”nın, qəzavü-qədərə müqavimət göstərməyə həvəsi olmayan, faciələrə laqeyd, seyrçi münasibət bəsləyən, daim apatiya vəziyyətində olan, stoisizm fəlsəfəsinə dalan ağırtaxta doktor Ragini Oblomovun mənəvi varisidir. Yazıçı onun qarşısına daim gərgin, impulsiv, Bazarov kimi hər şeydən narazı, inkarçılıq mövqeyi tutan Qromovu çıxarır. Bu əsər, dediyim kimi, mənə Oblomovla Bazarovun polemikasını xatırladır. Çexov Qonçarova qarşı ideya davası açır, sonda Ragini dəhşətli bir aqibətə düçar eləməklə Oblomovdan, oblomovçuluqdan “qisasını alır”. Bir sözlə, antik dövrdə başlanan əqidə savaşı orta əsrlər Şərqinin rindü-zahid qarşıdurmasının barrikadalarından, Vaqiflə Vidadinin cünglərindən keçib yeni dövrdə yeni şəkil alır. Məzmun həmin məzmundur, dava həmin davadır, sadəcə forma dəyişib. Görünür, insan oğlu bu məsələləri çözənə qədər bu müzakirələr də səngiməyəcək.

Platonu Nizamiyə, Nizamini Tolstoya bağlayan xətləri, Buddadan, Demokritdən başlanıb, Xaqanidən, Hafizdən keçib, yeni dövrdə Kafkaya, Kamyuya qədər uzanan cığırları, Aristoteldən, Siserondan yola çıxıb, İbn Rüşddən, İbn Xəldundan keçib, Spenserdə, Popperdə davam eləyən prosesi görməsək, ədəbi-fəlsəfi təfəkkürü növlərə ayırıb homo-sapiensin yer üzündə yaşadığı həyatın mərhələlərinə uyğun təsnifatlandırmasaq, özümüzün ilahi zamandakı, kosmik məkandakı koordinatlarımızı da müəyyənləşdirə bilməyəcəyik. Ədəbiyyat, fəlsəfə məhz elə bundan ötrü lazımdır – həyatda tutduğumuz yeri, məqamı doğru-düzgün dəyərləndirmək üçün. Hər ikisi insan ruhunun dərinliklərinə dalıb bəşərin keçəcəyi, daha doğrusu, keçməli olduğu yolun layihəsini cızır. Gələcək bizi qarşıda gözləyən hazır bina deyil, gələcək hər gün sözlə layihələndirilən, qələmlə tikilən bir günəş sarayıdır. İnsan oğlu seçkin fərdlərin, müdrik kişilərin cızdığı yol xəritəsiylə getməyəndə ona böyük fəlakətlər üz verir. Janr yaddaşına bələdlik, fikir əcdadlarımıza ehtiram bizə həm də belə qəzalardan qorunmaq üçün lazımdır.

“Yeni Azərbaycan” qəzeti


Müəllifin başqa yazıları:

Atalı-analı yetimlər

Dünyaya çıxmaq

Klassik irsin üzünü köçürmək

Zamanın çağırışını dinləmək zamanı

Hansı qadın?

Universal zamanın sahilində

Rüstəm İbrahimbəyovun dönüşü

Hörmüzdün səltənətinə xoş gəldiniz!

Fərrux dağında məşqlər

Varlığımızın evini abadlaşdıraq 

Tarixi əfsanəyə çevirən şəhər

Dili yuxudan oyatmaq

Xocalıdan Buçaya çəkilən yol

Pakistanda yeni baş nazir

  • 11 Aprel 2022

Qəzanın cəzası: Konstitusiya Məhkəməsi şərh verdi

  • 11 Aprel 2022

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

Rəylər

Do not miss

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

Son materiallar

comments
Aktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
ManşetŞərh

Dalana doğru

comments
ManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

comments
ManşetXəbər

Tofiq Yaqublu anasının ilinə də buraxılmır

comments
Dünyanın səsiManşetXəbər

Putinin dünya arenasına qayıdışı – CNN

comments
ManşetXəbər

Əli Əliyevin cəza müddəti 1 ilə qalxdı

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan ehtiyatda olanları hərbi toplanışa çağırır

comments
ManşetXəbər

Neftin büdcə qiyməti artırılır

comments
Dünyanın səsiManşetXəbər

Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı

comments
ManşetŞərh

Pulun bəlli istiqaməti

comments
AktualManşetŞərh

Bahalıq artımları

comments
ManşetXəbər

Erkin Qədirli komitə sədrinin müavini seçilib

comments
Dünyanın səsiManşetXəbər

Qonşuluqda xəstə sayı

comments
Dünyanın səsiManşetXəbər

Bolqarıstanda hökumət böhranı

comments
ManşetXəbər

Aytən Məmmədova: “Araşdırma davam edir”

comments
ManşetXəbər

Rəsmilərin maaşında yenilik təklifləri

comments
AktualDünyanın səsiManşetŞərh

Uyğur müsibəti Ukrayna müsibəti kimidir – “Politico”

comments
ManşetXəbər

Bankların beş ayı

comments
ManşetXəbər

Büdcədə yeniliklər ilk oxunuşdan keçdi

comments
ManşetXəbər

Ali Məhkəmə Əli Əliyevi həbsdə saxladı

comments
AktualManşetXəbər

Tərs artımlar

comments
AktualManşetXəbər

Erməni professorun Mustafa Hacıbəyliyə məktubu

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrin itkiləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda