Məhbus Saleh Rüstəmov dekabrın 16-da aclıq aksiyasını dayandırıb. Məlumata görə, qərar ailə üzvləri, qohumlar və ictimaiyyət nümayəndələrinin təkidli xahişləri əsasında qəbul edilib.
Saleh Rüstəmovun ona dəstək üçün dekabrın 13-dən aclıq edən yaxınlarını və ictimai-siyasi fəalları da aksiyanı dayandırmağa çağırdığı xəbər verilir.
Novator.az bildirir ki, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-da aclıq aksiyasına başlamış, azadlığa buraxılmaq tələbi qoymuşdu. Noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən məhbus dekabrın 13-də su qəbulundan imtina edərək quru aclığa keçmişdi.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.
Dekabrın 6-da isə vəkillər Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”
Sabiq icra başçısı koronavirusa yoluxub?
Saleh Rüstəmov işində müsadirə raundu
Saleh Rüstəmovdan quru aclıq anonsu
Saleh Rüstəmovun səhhəti ağırlaşıb
Prezidentə Saleh Rüstəmov müraciəti
İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir
Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”
“Özünüzü Saleh bəyin yerinə qoyun”
Saleh Rüstəmov aclığı dayandırmır
Prezidentə Saleh Rüstəmov müraciəti
Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır
Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”
Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu
Saleh Rüstəmov qərar ərəfəsində
Saleh Rüstəmov üçün azadlıq imkanı
Əli Kərimli: “Vaxt hamımızı sıxır”
Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşdı
Saleh Rüstəmovun azad olunması: hakim bilindi
“Saleh bəyin vəziyyəti daha da pisləşir”
Saleh Rüstəmovun oğlu prezidentə səsləndi
Saleh Rüstəmov sudan da imtina etdi
Saleh Rüstəmov: aksiya böyüyür
Lalə Şövkətin prezidentə müraciəti
Bakıda aksiya. Yenə Saleh Rüstəmov aksiyası