• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabiq icra başçısı koronavirusa yoluxub?

  • 13 Sentyabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, məhbus iş adamı Saleh Rüstəmovun koronavirus infeksiyasına yoluxduğu iddia olunur. AXCP sədri Əli Kərimli məhbusun həyat yoldaşına istinadla yazır ki, Saleh Rüstəmovun yüksək hərarəti var, o, iy və dad bilmir, ancaq koronavirus testindən keçirilməyib, müayinə və müalicəyə cəlb olunmayıb.

Saleh Rüstəmov Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Əli Kərimli Saleh Rüstəmovun ölkənin ən ləyaqətli, vətənpərvər, alicənab insanlarından biri olduğunu vurğulayır, heç bir cinayət törətmədiyi halda həbsdə saxlandığını, hakimiyyətin onun sağlamlığı və həyatı üçün məsuliyyət daşıdığını qeyd edir.

Novator.az bildirir ki, Saleh Rüstəmov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı çalışıb, Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad olunması əməliyyatında fəal iştirak edib.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Sentyabrın 13-də Əli Kərimli daha bir məlumat yayaraq bildirib ki, Saleh Rüstəmovdan testi götürülüb, onda koronavirus infeksiyası aşkarlanmayıb: “Həkimlər Saleh bəyi müayinə ediblər, qrip olduğunu düşünürlər, müalicə aparılır”.

İqtisadiyyatda nə qədər artım var?

  • 13 Sentyabr 2021

Rusiyada etiraz aksiyalarına çıxmaq istəyənlərin s...

  • 13 Sentyabr 2021

Son materiallar

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

Rəylər

Do not miss

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

Son materiallar

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
Dünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
ManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Xəbər

Yeni mərkəzin statusu

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

comments
AktualXəbər

İxrac-idxal dinamikası

comments
AktualManşetXəbər

Dörd ayın ticarəti

comments
ManşetXəbər

Alman möhürü

comments
ManşetXəbər

Ermənistan sülhdən yayınır?

comments
Xəbər

Koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

“The Telegraph”: Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb

comments
Xəbər

Müavinət və kompensasiyalar hesabatı

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə girişənlər var

comments
Dünyanın səsiManşetXəbər

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

comments
Dünyanın səsiManşetXəbər

Fransada parlament marafonu, ilkin sorğular

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda