• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saleh Rüstəmov: aksiya böyüyür

  • 14 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus Saleh Rüstəmov dekabrın 13-dən su qəbulundan imtina edərək quru aclığa keçib.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov aclıq aksiyasına noyabrın 6-da başlayıb. O, həbsdə qanunsuz saxlandığını deyir, azadlığa buraxılmasını istəyir. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

“Turan”ın məlumatına görə, dekabrın 13-də axşamüstü Saleh Rüstəmovun dörd yaxını da aclıq aksiyasına başlayıb. Məhbusun qardaşı Taleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinin qarşısında jurnalistlərə deyib ki, aclıq aksiyası onun Bakdakı mənzilində keçiriləcək.

Həmin gün bir qrup ictimai fəal və AXCP üzvünün də aclıq aksiyasına başladığı xəbəri yayılıb.

AXCP sədri Əli Kərimli yazır ki, aclıq aksiyasına qoşulmaq istəyənlər çoxdur və hökumət səhvini düzəltməsə, bütövlükdə ölkəni bürüyə bilər: “Hakimiyyət dəqiq bilsin ki, xalqımız qəhrəman oğlu Saleh Rüstəmovun məhbəsdə öldürülməsinə səssiz qalmaz və bu cinayəti heç kimə bağışlamaz. Hökumətin hələ də səhvini düzəltmək imkanı var. Hakimiyyət Saleh bəyin həyatı, eləcə də ölkədə ciddi siyasi böhran yaranması ilə risk etmədən Saleh bəyi dərhal azad etməlidir!”

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.

Dekabrın 6-da isə vəkillər Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

“Özünüzü Saleh bəyin yerinə qoyun”

Saleh Rüstəmov aclığı dayandırmır

Prezidentə Saleh Rüstəmov müraciəti

Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”

“Nə qədər gec deyil…”

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu

Saleh Rüstəmov qərar ərəfəsində

Saleh Rüstəmov üçün azadlıq imkanı

Əli Kərimli: “Vaxt hamımızı sıxır”

Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşdı

Saleh Rüstəmovun azad olunması: hakim bilindi

“Hakimiyyət bilməlidir ki…”

“Saleh bəyin vəziyyəti daha da pisləşir”

Saleh Rüstəmovun oğlu prezidentə səsləndi

Saleh Rüstəmov çağırışları

Saleh Rüstəmov sudan da imtina etdi

Yenilənmiş karantin

  • 14 Dekabr 2021
  • comments

Artım hesabatı niyə sual doğurur?

  • 14 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda