Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət dekabrın 14-də prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmov ölüm ayağındadır: “Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir. Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər. İlham bəy! Bu zərbə həm də Sizin imicinizə böyük xələl gətirər. Saleh bəyi dərhal azad edin, onu ölməyə qoymayın!”
Novator.az bildirir ki, 1951-ci il təvəllüdlü Lalə Şövkət (Hacıyeva) tibb elmləri doktoru, professordur.
1993-cü il iyulun 7-də prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin fərmanı ilə dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib, prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilsə də, həmin vəzifədə çalışmaq istəməyib.
1995-ci ildə Azərbaycan Liberal Partiyasını yaradaraq həmin qurumun sədri seçilib. 2003-cü ildən partiyanın lideridir.
2005-ci ildə 17 saylı Yasamal dairəsindən Milli Məclisin deputatı seçilsə də, mandatından imtina edib.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov aclıq aksiyasına noyabrın 6-da başlayıb. O, həbsdə qanunsuz saxlandığını deyir, azadlığa buraxılmasını istəyir. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Dekabrın 13-də Saleh Rüstəmov su qəbulundan imtina edərək quru aclığa keçib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.
Dekabrın 6-da isə vəkillər Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”
Sabiq icra başçısı koronavirusa yoluxub?
Saleh Rüstəmov işində müsadirə raundu
Saleh Rüstəmovdan quru aclıq anonsu
Saleh Rüstəmovun səhhəti ağırlaşıb
Prezidentə Saleh Rüstəmov müraciəti
İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir
Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”
“Özünüzü Saleh bəyin yerinə qoyun”
Saleh Rüstəmov aclığı dayandırmır
Prezidentə Saleh Rüstəmov müraciəti
Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır
Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”
Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu
Saleh Rüstəmov qərar ərəfəsində
Saleh Rüstəmov üçün azadlıq imkanı
Əli Kərimli: “Vaxt hamımızı sıxır”
Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşdı
Saleh Rüstəmovun azad olunması: hakim bilindi
“Saleh bəyin vəziyyəti daha da pisləşir”
Saleh Rüstəmovun oğlu prezidentə səsləndi