• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saleh Rüstəmovun oğlu prezidentə səsləndi

  • 09 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov dekabrın 9-da özünün “Facebook” səhifəsində məlumat yayıb. O bildirir ki, atasını türkiyəli psixoloqların da daxil olduğu həkim qrupu müayinə edib: “Həkimlər atamın vəziyyətinin çox ciddi olduğunu deyir. Bildirirlər ki, uzun müddət qida qəbul etmədiyi üçün beynində müəyyən hüceyrələr quruyub, bu da danışıq və anlama qabiliyyətinə, yaddaşa mənfi təsir göstərir”.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. O, həbsdə qanunsuz saxlandığını deyir, azadlığa buraxılmasını istəyir. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

Novator.az-ın məlumatına görə, dekabrın 9-da Sezgin Rüstəmov Qarabağ qazisi Həsən Qasımovun prezident İlham Əliyevə müraciətini yayıb: “Saleh bəy azad olunmalıdır. Qazi olduğuna görə yox, haqsız həbs edildiyinə görə… Onu həm də indiki icra başçılarına nümunə sayılan şəxs olduğuna görə azad edin. Saleh bəy yük maşınlarına silah-sursat yükləyən fəhlə, səngərlərə yemək daşıyan icra başçısı olub…

O, qürbətdə dara düşən vətəndaşlarımıza Rusiyadakı səfirdən daha yaxın olub və gücü çatan köməkliyi edib…

Saleh bəyin əxlaqı, mədəniyyəti, tərbiyəsi, əqidəsi, YOLU imkan verməz dövlətimizə, millətimizə və vətənimizə ən xırda bir zərər gəlsin. Millət olaraq ehtiyac duyduğumuz ünsiyyətə əngəl olanların dirənişinə baxmadan güc tapıb Saleh bəyi azad edin. Düşmənləri sevindirmək zamanı deyil, cənab prezident!”

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti dekabrın 9-da məlumat yayaraq bəyan edib ki, Saleh Rüstəmovun səhhəti daim həkim nəzarətindədir, o, dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub: “Onunla dəfələrlə söhbət aparılıb, qida qəbulundan imtinanın verə biləcəyi fəsadlar ətraflı izah edilib. Bu məqsədlə həmçinin Saleh Rüstəmova vəkili və yaxın qohumları ilə müntəzəm görüşməsinə, telefonla danışmasına şərait yaradılıb.

Ombudsman Aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri də onunla izahedici söhbətlər aparıb. Ona psixoloji yardım göstərilib, eyni zamanda ölkədə səfərdə olan türkiyəli psixoloqların Saleh Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu, hər hansı digər mənfi əlamət müəyyən edilməyib.

Saleh Rüstəmova 7 dekabr 2021-ci ildə tibb elmləri doktoru Adil Qeybulla tibbi baxış keçirib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiqlənib”.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.

Dekabrın 6-da isə vəkillər Aqil Layıc və Bəhruz Bayramov Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.

Xəstəliyə görə cəza çəkməkdən azad edilmək Cinayət Məcəlləsinin 78-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

“Özünüzü Saleh bəyin yerinə qoyun”

Saleh Rüstəmov aclığı dayandırmır

Prezidentə Saleh Rüstəmov müraciəti

Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”

“Nə qədər gec deyil…”

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu

Saleh Rüstəmov qərar ərəfəsində

Saleh Rüstəmov üçün azadlıq imkanı

Əli Kərimli: “Vaxt hamımızı sıxır”

Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşdı

Saleh Rüstəmovun azad olunması: hakim bilindi

“Hakimiyyət bilməlidir ki…”

“Saleh bəyin vəziyyəti daha da pisləşir”

Pekin boykot olunur. Dünyada uyğur soyqırımına diq...

  • 09 Dekabr 2021
  • comments

Həbsdəki jurnalistlərin sayı rekord həddə çatıb

  • 09 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda