• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Saleh bəyin vəziyyəti daha da pisləşir”

  • 09 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 9-da yeni çağırış yayan AXCP sədri Əli Kərimli aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun vəziyyətinin kəskin pisləşdiyini vurğulayıb: “Aclıq Saleh Rüstəmovun səhhətini çox pisləşdirib. 58 yaşlı, xeyli xəstəlikləri olan, son 3 il yarımı məhbəsdə keçirən adam 34 günlük aclıqdan sonra necə ola bilər?

Üstəlik, hakimiyyət də onun saxlanma şəraitini pisləşdirib. Aclıq edən şəxs tək saxlanmalıdır. Həm də ona görə ki, digər məhbusların yemək yeməyi aclıq edən məhbus üçün işgəncə olmasın. Saleh bəy dünənə qədər otaqda tək saxlanırdı. Dünən Saleh bəyin yanına başqa məhbus yerləşdiriblər ki, onun gündə 3 dəfə yemək yeməyi Saleh bəyin işgəncəsini daha da artırsın. Xalqımız bilməlidir ki, onu necə insafsız, başqalarının acılarından ləzzət alan adamlar idarə edir.

Saleh bəyin səhhətinin daha da pisləşməsinə baxmayaraq hakimiyyətin ona münasibəti daha da sərtləşib. Xalqımız, Saleh bəyə azadlıq çağırışı etmiş yüzlərlə tanınmış ictimai-siyasi xadim, bu Qarabağ qəhrəmanının həyatına biganə olmayan hər bir şəxs onun azadlığı üçün daha artıq səy göstərməli, daha artıq fədakarlığa hazır olmalıdır. Saleh bəyin vəziyyəti daha da pisləşir və onu azad edən yoxdur. Tam əksinə, ona münasibət daha da qəddarlaşıb. Heç məhkəmə baxışının gününü belə təyin etmirlər. Ona görə də bu günahsız insanın, savaş qəhrəmanının, əli və vicdanı təmiz dövlət adamının xilası üçün xalq olaraq yeni bir səfərbərlik başlatmalıyıq. Hamımız yorulmadan və birlikdə, israrla Saleh Rüstəmova azadlıq tələb edək!”

Novator.az bildirir ki, 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. O, həbsdə qanunsuz saxlandığını deyir, azadlığa buraxılmasını istəyir. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Bir müddət əvvəl Saleh Rüstəmovun işindən Ali Məhkəmənin Plenumuna müraciət olunub.

Dekabrın 6-da isə vəkillər Aqil Layıc və Bəhruz Bayramov Bakının Nizami Rayon Məhkəməsinə müraciət təqdim ediblər. Müraciətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyi, aclıq aksiyası nəticəsində orqanizminin çox zəiflədiyi vurğulanır, səhhətinin nəzərə alınaraq həbsdən azad olunması istənir. Bu iş hakim Nəriman Mehdiyevin icraatına verilib, proses hələ təyin edilməyib.

Xəstəliyə görə cəza çəkməkdən azad edilmək Cinayət Məcəlləsinin 78-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

“Özünüzü Saleh bəyin yerinə qoyun”

Saleh Rüstəmov aclığı dayandırmır

Prezidentə Saleh Rüstəmov müraciəti

Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”

“Nə qədər gec deyil…”

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu

Saleh Rüstəmov qərar ərəfəsində

Saleh Rüstəmov üçün azadlıq imkanı

Əli Kərimli: “Vaxt hamımızı sıxır”

Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşdı

Saleh Rüstəmovun azad olunması: hakim bilindi

“Hakimiyyət bilməlidir ki…”

Doqquz ayın valyuta əməliyyatları

  • 09 Dekabr 2021
  • comments

Ağır itkilərin sözü

  • 09 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda