Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmov quru aclığa keçməməyə razılaşıb. Novator.az bildirir ki, məlumatı məhbusun oğlu Sezgin Rüstəmov özünün “Facebook” səhifəsində yayıb: “Əmimgil dekabrın 6-da atama baş çəkib, ona ictimaiyyətin mesajlarını, quru aclığa başlamamaq xahişlərini çatdırıblar. Atam quru aclığa keçməməyə razılaşıb, amma aksiyanı sonadək davam etdirəcəyini deyib. Qeyd edib ki, quru aclıq deyəndə kimisə təhdid etmir, sadəcə uzun aclıq aksiyasından doğan şiddətli ağrılara dözmür, gecələr yata bilmir, çətinliklə nəfəs alır, gün ərzində dəfələrlə huşunu itirir”.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
Dekabrın 6-da Saleh Rüstəmovun həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Vəkillər Aqil Layıc və Bəhruz Bayramovun Bakının Nizami Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə Saleh Rüstəmovun səhhətinin nəzərə alınaraq cəzanın qalan hissəsindən azad olunması istəyi yer alır.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”
Sabiq icra başçısı koronavirusa yoluxub?
Saleh Rüstəmov işində müsadirə raundu
Saleh Rüstəmovdan quru aclıq anonsu
Saleh Rüstəmovun səhhəti ağırlaşıb
Prezidentə Saleh Rüstəmov müraciəti
İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir
Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”
“Özünüzü Saleh bəyin yerinə qoyun”
Saleh Rüstəmov aclığı dayandırmır
Prezidentə Saleh Rüstəmov müraciəti
Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır
Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”
Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu
Saleh Rüstəmov qərar ərəfəsində