• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli: “Vaxt hamımızı sıxır”

  • 06 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in Xəbər

AXCP sədri Əli Kərimli hakimiyyətə səslənərək məhbus Saleh Rüstəmovun azadlığa buraxılmasını ləngitməməyə çağırıb. Novator.az-ın məlumatına görə, o yazır ki, Saleh Rüstəmov aclıq işgəncəsi ilə hər gün, hər saat ölümə yaxınlaşır: “Əqidə dostları üçün Saleh bəyin gözümüz önündə məhvini müşahidə etmək çətindir. Sonadək oturub səssizcə izləyə bilmərik. Heç bir çarə qalmasa, Saleh Rüstəmova azadlıq tələbi ilə küçə və meydanlara çıxmağa hazırıq. Ancaq hazırda bunu edə bilmirik. Saleh bəyin azad edilməsi məsələsini hökumət rəsmiləri ilə müzakirə edən hüquq müdafiəçilərinin “indiki şəraitdə siyasi münasibətləri radikallaşdırmamaq” təklifini nəzərə alırıq. Hökumətə əlavə bəhanə verməmək üçün səbir edirik. Ancaq hakimiyyət nə vaxta qədər uzadacaq bu sadə məsələnin həllini? Saleh bəyin daha artıq dözmək imkanı yoxdur axı.

Bir ay davam edən aclığın ağrı və əziyyəti 58 yaşlı Saleh bəyin səhhətini çox pisləşdirib. Hakimiyyət hansı motivlə uzadır problemin həllini? Ləngimədə məqsəd nədir? Saleh bəyin məhvimi, ömürlük əlil olmasımı, yoxsa ümidi üzülən insanları növbəti etiraz aksiyasına təhrik etməkmi?

Saleh bəy artıq dözə bilmir. Ona görə də işgəncənin bitməsi üçün sudan da imtina edib ölümünü sürətləndirəcəyini bildirib.

Saleh bəydən xahiş edirəm ki, həyatına qəsd etməsin. Heç bir halda quru aclığa başlamasın. Hakimiyyətə də, cəmiyyətə də bir neçə gün əlavə vaxt versin.

Hakimiyyətə də müraciət edirəm ki, Saleh bəyi azad etməyi ləngitməsin. Saleh bəyi tezliklə azad edin. Bu, bütövlükdə xalqın tələbidir. Vaxt hamımızı sıxır”.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

Dekabrın 6-da Saleh Rüstəmovun həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Vəkil Aqil Layıcın yaydığı məlumata görə, həmkarı Bəhruz Bayramovla birgə ərizə hazırlayıb. Bakının Nizami Rayon Məhkəməsinə təqdim olunan ərizədə Saleh Rüstəmovun səhhətinin nəzərə alınaraq cəzanın qalan hissəsindən azad olunması istəyi yer alır.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

“Özünüzü Saleh bəyin yerinə qoyun”

Saleh Rüstəmov aclığı dayandırmır

Prezidentə Saleh Rüstəmov müraciəti

Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”

“Nə qədər gec deyil…”

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu

Saleh Rüstəmov qərar ərəfəsində

Saleh Rüstəmov üçün azadlıq imkanı

Ermənistanda yerli seçkilər

  • 06 Dekabr 2021
  • comments

Cəmil Əlibəyov anımı

  • 06 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda