• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saleh Rüstəmov qərar ərəfəsində

  • 04 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus Saleh Rüstəmov aclıq aksiyasını davam etdirir. Dekabrın 4-də “Turan”a açıqlama verən vəkil Bəhruz Bayramov deyib ki, davamlı aclıq nəticəsində Saleh Rüstəmovun vəziyyəti çox ağırdır: “Əsəb sistemində, beyninin fəaliyyətində problemlər yarandığı hiss olunur. Aram-aram danışır, vaxtaşırı üzü sanki donur”.

Vəkilin sözlərinə görə, Saleh Rüstəmov ondan dekabrın 6-da yanına gəlməyi xahiş edib: “Həmin gün o, quru aclıq haqqında yekun qərar vermək niyyətindədir. Həkimlər bildirir ki, Saleh Rüstəmov su içməkdən imtina edərsə, orqanizmi bir gün belə tab gətirməyəcək”.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş məhbus Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. Noyabrın 8-də o, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

Dekabrın 4-də bir qrup ictimai-siyasi fəal, hüquqşünas, jurnalist çağırış yayıb. Hakimiyyətə səslənən həmin şəxslər Saleh Rüstəmovun ölüm riskinin bütün cəmiyyətdə ciddi həyəcan doğurduğunu vurğulayırlar: “Bu narahatlıqlara, ölüm riskinə rəğmən onun hələ də həbsdə saxlanması, gərəkli addımların atılmaması Qarabağ müharibəsi zamanı və müharibə sonrası formalaşmaqda olan qarşılıqlı etimad, güvən mühitinə ciddi yaralar vurmaqdadır. Cəmiyyətin bu hadisədən narahat olan müxtəlif təbəqələrindən ölkə rəhbərliyinə, hökumətə ünvanlanan çağırışlar, təəssüflər olsun ki, indiyə qədər diqqətə alınmayıb və zəruri addımlar atılmayıb”.

60 nəfərin (Aqil Layıc, Alya Yaqublu, Anar Məmmədli, Azər Mehtiyev, Bəxtiyar Hacıyev, Cavad Cavadov, Elçin Sadıqov, Ələsgər Məmmədli, Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, Hafiz Həsənov, Xalid Ağalıyev, Xədicə İsmayıl, İntiqam Əliyev, Qabil Abbasoğlu, Qənimət Zahid, Mehman Əliyev, Mehman Hüseynov, Nemət Kərimli, Nəsimi Məmmədli, Rövşən Ağayev, Rövşən Hacıbəyli, Rüfət Səfərov, Samir Əliyev, Seymur Kazımov, Şahin Cəfərli, Şahvələd Çobanoğlu, Şəmşad Ağa, Yadigar Sadıqlı, Yalçın İmanov, Zöhrab İsmayıl və başqaları) qoşulduğu çağırışda hakimiyyətin ən qısa zamanda Saleh Rüstəmovun azadlığa buraxılması üçün mümkün hüquqi və siyasi mexanizmləri işə salmalı olduğu qeyd edilir.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

“Özünüzü Saleh bəyin yerinə qoyun”

Saleh Rüstəmov aclığı dayandırmır

Prezidentə Saleh Rüstəmov müraciəti

Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır

Əli Kərimli: “Hakimiyyət heç nə itirməz”

“Nə qədər gec deyil…”

Saleh Rüstəmov aksiyası

Milli Şura bəyanat yayıb

5 aksiyaçı həbsə getdi

Avropa Məhkəməsindən Saleh Rüstəmov sorğusu

 

Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır

  • 03 Dekabr 2021
  • comments

Yoluxma və itki statistikası

  • 06 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda