Demokratik Qüvvələrin Milli Şurası dekabrın 2-də bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda Birinci Qarabağ savaşının qazisi, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun noyabrın 6-dan bəri həbsdən azad olunması tələbi ilə aclıq aksiyası keçirdiyi xatırladılır: “Onun haqlı tələbi cəmiyyətdən güclü dəstək qazanıb. Ölkənin əksər ictimai-siyasi xadimləri və quruluşları Saleh Rüstəmova azadlıq tələb edib. Lakin bu müddətdə hakimiyyət orqanları Saleh Rüstəmovun aclıq aksiyasına və haqlı tələbinə adekvat reaksiya verməyib.
Saleh Rüstəmovun belə vəziyyətdə həbsdə saxlanması ciddi ictimai etiraza səbəb olub. Dekabrın 1-də ictimai-siyasi fəallar Bakıda Saleh Rüstəmova azadlıq tələbli dinc etiraz aksiyası keçiriblər. Hökumət aksiyanın qarşısını almaq üçün böyük gücdən istifadə edib, polislər iştirakçılara fiziki zorakılıq göstərib, 40 nəfərdən çox aksiyaçı xüsusi qəddarlıqla saxlanıb, tutulanlar polis bölmələrində də fiziki zorakılığa məruz qalıb.
Aksiya zamanı saxlanan siyasətçi Tofiq Yaqublu daha dəhşətli işgəncəyə məruz qalıb. Onu siyasi göstərişlə amansızcasına döyüb ağır xəsarət yetiriblər.
AXCP üzvü Paşa Dadaşzadənin polisdə qolu sındırılıb, partiyadan Saqif Qurbanov, keçmiş vicdan məhbusu Babək Həsənov və aksiyanın başqa iştirakçıları da işgəncəyə məruz qalıb, xəsarət alıb.
Milli Şura hakimiyyətin günahsız yerə həbsdə saxladığı Saleh Rüstəmovu azad etmək əvəzinə ona azadlıq istəyən insanlara zorakılıq və işgəncə ilə qarşılıq verməsini qətiyyətlə pisləyir. Belə qəddarlıqla cəmiyyəti qorxudub susdurmaq istəyi ölkəni ciddi təhlükələrə sürükləyir. Hakimiyyət cəmiyyətin artan qəzəb və nifrətindən qorxmalıdır. Tofiq Yaqubluya və başqa aksiyaçılara qarşı zorakılıqda iştirak edənlər mütləq cəzalandırılmalıdır.
Milli Şura keçirdiyi aclıq aksiyasına görə səhhəti çox pisləşən Saleh Rüstəmovun təcili şəkildə azad olunmasını tələb edir və bir daha vurğulayır ki, Saleh bəyin həyatına görə şəxsən İlham Əliyev məsuliyyət daşıyır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”
Sabiq icra başçısı koronavirusa yoluxub?
Saleh Rüstəmov işində müsadirə raundu
Saleh Rüstəmovdan quru aclıq anonsu
Saleh Rüstəmovun səhhəti ağırlaşıb
Prezidentə Saleh Rüstəmov müraciəti
İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir
Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”
“Özünüzü Saleh bəyin yerinə qoyun”
Saleh Rüstəmov aclığı dayandırmır
Prezidentə Saleh Rüstəmov müraciəti
Saleh Rüstəmov sudan da imtinaya hazırlaşır