• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Özünüzü Saleh bəyin yerinə qoyun”

  • 24 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovdan yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, Saleh Rüstəmovun həyatına təhlükə hər gün artır: “Saleh bəyin 58 yaşı olduğunu, aksiyanı məhbəsdə keçirdiyini, etibarlı tibbi yardımla təmin edilmədiyini nəzərə alanda uzun sürən aclığın onun həyatına real təhlükə yaratdığını aydın görmək olur. Çəkdiyi mənəvi iztirablar da onun səhhətini pisləşdirir. Nələr düşündüyünü güman etmək üçün özünüzü Saleh bəyin yerinə qoyun. O, gənc yaşlarından dövlət müstəqilliyi uğrunda mübarizəyə qoşuldu. Dövlət quranlardan oldu. Milyonlarla insanın mübarizəsi ilə qurulmuş dövlətimiz, təəssüf ki, hələ də millət üçün böyük həbsxanadır.

Saleh bəy Gədəbəy rayonunda icra hakimiyyəti başçısı işləyəndə xalq malına gözünün ucu ilə baxmadı. Əksinə, sonradan halal əməyi ilə qurduğu biznesi hesabına siyasi məhbus əqidədaşlarına yardım etdi. Xalqın milyardlarını oğurlayıb xaricdəki hesablara daşıyanlar günün birində onu həbs etdilər ki, sən çirkli pulları yumaqla məşğulsan. Oğru öz adını doğruya qoyur. Saleh bəyin təəccüb və acısını hiss edirsizmi?”

Saleh Rüstəmovun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdüyünü vurğulayan Əli Kərimli ictimaiyyəti onun azadlığı üçün hər gün, hər saat səsini ucaltmağa çağırır: “Rejim anlasın ki, Saleh bəyə qarşı bu dəhşətli haqsızlığın davam etdiyi hər gün ona qarşı ümumxalq etirazlarını gücləndirir, körükləyir”.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

Konstitusiya Məhkəməsindən inzibati iş şərhi

  • 24 Noyabr 2021
  • comments

Çin xəfiyyəsi xaricdə də uyğurları təqib edir R...

  • 24 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda