• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Kərimli: “Hakimiyyəti inandırmalıyıq ki…”

  • 22 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

AXCP sədri Əli Kərimli həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovu azadlığa buraxmağa çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır: “Gerçək bir vətənpərvər, Qarabağ qazisi, əqidəli və dürüst insan Saleh Rüstəmov hər gün bir az da ölümə yaxınlaşır. Saleh bəyin 58 yaşı var, noyabrın 6-da başladığı aclığı davam etdirir. Vəziyyəti çox ağırlaşıb. Ölkə ictimaiyyəti, daha doğrusu, ictimaiyyət adına kimlərimiz qalıbsa, hərə öz üslubunda Saleh bəyə azadlıq tələb edir. Hakimiyyət isə bütün bu çağırışlara gözünü yumub, qulağını tıxayıb.

Saleh Rüstəmovun həyatına biganə münasibət intihar həddinə çatdırılan qazilərimizin, şəhid analarının taleyinə olan biganəliyin davamıdır. Hakimiyyət özünü inandırıb ki, xalqdan heç bir asılılığı yoxdur, xalq ona heç nə edə bilməz. Düşünür ki, xalqın əsas təyinatı əsgər olaraq vuruşmaq, fəhlə, kəndli, məmur olaraq hakim qruplaşmanın maraqları üçün işləmək və istehlakçı, müştəri olaraq ailə şirkətlərini varlandırmaqdır. Onlar inanırlar ki, xalqın hüquqları yox, yalnız vəzifələri var. Düzmü düşünürlər? Yox, səhv düşünürlər.

Ancaq səhv düşündüyünü hakimiyyətə başa salacaq qüvvə də yalnız xalqın özü ola bilər və olmalıdır. Saleh Rüstəmova azadlıq tələbimiz daha kütləvi olmalı, daha qətiyyətlə səslənməlidir. Hakimiyyəti inandırmalıyıq ki, Saleh Rüstəmov və digər Qarabağ qazilərinə bəzən laqeyd, bəzən nankor, bəzən düşməncəsinə münasibət bir gün mütləq hakimiyyətin öz əleyhinə çevriləcək. Xalq elə ilk imkandaca bu münasibətin məsuliyyətini onlardan tələb edəcək.

Saleh Rüstəmovun həyatı ilə oynamayın. Saleh bəyi və digər siyasi məhbusları azad edin, Qarabağ qazilərinə və şəhid ailələrinə nankor münasibətə son qoyun!”

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.

1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.

AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.

2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.

AXCP-yə rəsmi ittihamlar

Cəbhəçilərin həbs müddəti uzadılıb

Cəbhəçilərin istintaqı başa çatıb

Cəbhəçilərin məhkəməsi təyin olunub

Cəbhəçilərin məhkəməsi başladı

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

Sabiq icra başçısı da işgəncələrdən danışıb

Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib

Binanın içində məhkəmə, çölündə tutqu davam edir

Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı

Cəbhəçilərə cəzalar təklif olunub

Cəbhəçilərə hökm oxundu

AXCP işində müsadirə hökmü

Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb

Cəza hökmü qüvvəyə mindi

Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı

Bir icra başçısı…

Azadlıq istəyi

“Heç bir biznesim yoxdur və olmayıb”

4 cəbhəçi həbsdən çıxır

Sabiq başçıya təzyiq var?

Azadlıq imkanı

Proses yubanır

Məhbus cəbhəçiyə mənfi rəy

Cəbhəçi həbsdən buraxılmadı

Sabiq icra başçısı koronavirusa yoluxub?

Saleh Rüstəmov işində müsadirə raundu

Saleh Rüstəmovdan quru aclıq anonsu

Saleh Rüstəmov çağırışı

Saleh Rüstəmovun səhhəti ağırlaşıb

Prezidentə Saleh Rüstəmov müraciəti

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

İctimai xadimlər Saleh Rüstəmova azadlıq istəyir

  • 22 Noyabr 2021
  • comments

Enerji sektorunda bir sual

  • 22 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda