Həbsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovun səhhəti ağırlaşıb. “Turan” məhbusun ailəsinə istinadla xəbər verir ki, Saleh Rüstəmovun orqanizmində fəsadlar yaranıb, onun qan təzyiqi aşağı düşüb, bədənində ağrılar var, ağzı yara töküb.
Saleh Rüstəmovun qardaşlarının ona son dəfə noyabrın 17-də baş çəkdiyi bildirilir.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir, noyabrın 8-də Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov həbsdə qanunsuz saxlandığını bildirir, azadlığa buraxılmasını istəyir.
1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov ticarət sahəsində fəaliyyət göstərib. 2018-ci il mayın 8-i Azərbaycanda tutulub, bir qrup şəxslə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmova 7 il 3 ay azadlıqdan məhrumetmə cəzası kəsib, ona və qohumlarına məxsus daşınmaz əmlakların müsadirə olunmasını hökm edib.
AXCP üzvü Aqil Məhərrəmov 4 il, Babək Həsənov 3 il azadlıqdan məhrumetmə cəzaları, Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli ilə Ruslan Nəsirov (o vaxt AXCP üzvü olub) 6 il 8 aylıq şərti cəzalar alıb.
2019-cu il sentyabrın 25-də Ali Məhkəmə həmçinin qanunsuz narkotik vasitə saxlamada ittiham olunan Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
2021-ci il martın 18-də Babək Həsənov prezident sərəncamı ilə əfv edilib.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. Gədəbəyin Başkənd kəndinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olub.
Cəbhəçilərin həbs müddəti uzadılıb
Cəbhəçilərin istintaqı başa çatıb
Cəbhəçilərin məhkəməsi təyin olunub
Cəbhəçilərin məhkəməsi başladı
Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər
Cəbhəçi işgəncələrə məruz qaldığını deyir
Sabiq icra başçısı da işgəncələrdən danışıb
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Cəbhəçilərə cəzalar təklif olunub
Cəbhəçilərin işi: vəsatətlər təmin olunmayıb
Ali Məhkəmə AXCP işi üzrə qərar çıxardı
“Heç bir biznesim yoxdur və olmayıb”
Sabiq icra başçısı koronavirusa yoluxub?
Saleh Rüstəmov işində müsadirə raundu