• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çətin bircə yol

  • 31 Avqust 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Hərəkatı

Fransa prezidenti Emmanuel Makron bəyan edir ki, heç bir ölkəyə, topluma demokratiya kənardan gətirilə bilməz, bu mümkün deyil. ABŞ prezidenti Cozef Bayden Əfqanıstandan danışanda bənzər fikir söyləmişdi ki, əfqan xalqı azadlıqları qorumursa, biz onların yerinə bunu edə bilmərik.

Kollektiv Qərb bu fikrə çox gec gəldi. 2001-ci ilədək Əfqanıstanda “Taliban” qrupu hakimiyyətdə idi, ABŞ müdaxilə etdi, 1 trilyon dollar xərclədi, minlərlə hərbçi itirdi, yüz minlərlə əfqan həlak oldu, 20 ildən sonra hakimiyyəti yenə “Taliban”a təhvil verib getməli oldu.

Qərb liderlərinin son bəyanatları göstərir ki, Yaxın Şərqdə, Asiyada yeni dönəm başlayacaq, sabah Suriya prezidenti Bəşər Əsədlə də əlaqələr düzələcək, onun legitimliyi tanınacaq, Şimali Afrika və Orta Şərqdə yeni şahlıqlar, tək adam rejimləri qurulub möhkəmlənəcək, sekulyar diktaturalar Qərbdən dəstək görəcək, İkinci Dünya müharibəsindən 2010-cu illərin ərəb baharına qədər olan düzən bərpa ediləcək.

Qərb eksperimentə getdi, amma eksperiment fiasko ilə nəticələndi – diktator polkovnik Müəmmər Qəzzafini yıxmaqla Liviyada 700 qəbilə başçısı, özünü general və marşal elan edən 700 diktator peyda oldu. Bir diktator Saddam Hüseyni devirməklə İraqda 10 balaca diktator yarandı. Təhsil səviyyəsi çox aşağı olan ölkələrdə sekulyarizmi ancaq diktaturalarla ayaqda saxlamağın mümkünlüyü bir daha üzə çıxdı – bu, ağır dərddir, ağır problemdir, təəssüf ki, dünyada köhnə-yeni yanaşmanı bərqərar edir.

Demokratik keçid hər bir ölkənin daxili potensialına əsaslanmalı, xalqın istəyi və arzusunu özündə ehtiva etməlidir. Demokratik dəyərlərin xarici müdaxilə hesabına bərqərar olması mümkünsüzə yaxın məsələdir.

Qərb Rusiya və Belarus kimi ölkələrə də münasibətini, yanaşmasını dəyişəcək, artıq sanksiyaların effektivliyi sual altına düşüb. Qərblə yaxınlaşmağa cəhdlər edən, Rusiyanın basqılarına sinə gərən Belarus diktatoru Aleksandr Lukaşenkonu küncə sıxdılar, əvəzində o, Rusiyaya bir az da çox sığındı – bu, səhv yanaşma idi. Lukaşenko ilə işləməyi bacarmalı idilər ki, Belarus Rusiyanın orbitinə tam düşməsin. Son hadisələr Belarusu tam Moskva orbitinə saldı, tam asılı vəziyyətə gətirdi.

Qərbin Ukrayna ilə bağlı son addımları da suallar doğurur – Ukraynaya silah verməyən Qərb “Taliban”a 80 milyard dollarlıq ən müasir silah “bağışladı”, Rusiyadan Almaniyaya çəkilən qaz layihəsində öz maraqları üstün tutdu, Krımın işğalı, Donbasın faktiki ilhaqı ilə bağlı heç bir əməli addım atmadı – sanksiyalar nəinki effektiv deyil, hətta Rusiyanı gücləndirən, prezident Vladimir Putinin daxili auditoriyaya təsirlərini artıran amilə çevrildi.

Yeri gəlmişkən, mən bilmirəm müxalifətçi Aleksey Navalnını kim qızışdırıb bu ilin yanvarında Moskvaya gəlməsinə səbəb oldu, amma kimdirsə, məhz Putinin əlinə oynadı, Kremlə imkan verdi ki, bu ilin sentyabrında baş tutacaq Dövlət Duması seçkisinə qədər sistemdən kənar müxalifəti neytrallaşdırsın. Əgər Navalnı Moskvaya iyun-iyul aylarında, Duma seçkisinə 2-3 ay qalmış qayıdıb həbs olunsaydı, o zaman seçki təbliğatı və dalğası nəticəsində Rusiyada daha güclü və təsirli aksiyalar olacaqdı. Bəlkə Kreml Navalnını həbs etməyəcəkdi də, indi isə adam türmədədir, onu qızışdıranlar isə Navalnını xilas edə bilmirlər.

Xülasə, demokratiya, dəyişiklik, hüquqi dövlət uğrunda mübarizə bizim daxili gücümüz hesabına uğurla nəticələnə bilər. Kimsə sizə, “Qərb sanksiyalar qoyacaq”, “Avropa, ABŞ Əliyevi sıxacaq, onun legitimliyini tanımayacaq” kimi mənasız sözlər söyləyirsə, gülün keçin.

Demokratiyaya daxili gücümüz, seçki prosesi, yarada biləcəyimiz daxili dalğalar hesabına, xalqın istəyi və iştirakı ilə nail ola biləcəyik. Bu yol çətin yoldur, amma gedəcəyik…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Reytinq incəlikləri

Virusla davranış

İki məqam, bir nəticə

Gücün yumşağı

“Dövlətin malı dəniz”…

Yolumuz

Virusla birgə

Yaxın ölkələrin koronavirus itkiləri

  • 31 Avqust 2021
  • comments

Əhməd Oğuz vəfat edib

  • 31 Avqust 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiyadan uzaqlaşmaq sülhə yol açır – “Euronews”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampa qalan müharibə… Trampın müharibəsidir – CNN

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiyadan uzaqlaşmaq sülhə yol açır – “Euronews”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda