• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Reytinq incəlikləri

  • 29 İyun 2021
  • comments
  • hikmet
  • Posted in TribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Reytinq siyasətçi üçün kapitaldır, gərək xərcləməyə bazarı olsun, bir də nə zaman toplayıb haçan istifadə etməyi biləsən. Zamanında toplamasan, xərcləməyə bir şeyin olmaz, bazarı olmadan toplasan, saxlaya bilməzsən.

Müxalifət və iqtidar üçün reytinq toplamaq və xərcləmək fərqli anlamdır, fərqli yanaşma tələb edir. Müxalifət doğru zamanda reytinq toplamağı bacarmalıdır – bu heç, amma onu xərcləmək üçün bazarın qurulmasına da çalışmalıdır, çox əziyyətli işdir.

Hakimiyyət üçün isə məsələ fərqlidir – bazar həmişə var, amma reytinq çox vaxt aşağı olur.

Bizdə müxalifətin və iqtidarın reytinqi müvəqqətidir, bazarı yoxdur və ideologiyadan kasad elə siyasi vəziyyət bərqərar olub ki, meydan sağı-solu bəlli olmayan populistlərin əlindədir. Baxırsan deyir türk millətçisiyəm, amma həm də israr edir dindaram. Yaxşı, millətçisən, ya ümmətçi? Millətçisənsə, o millətdən olanın hansı dinə qulluq etdiyi və ya ateist olması sənə önəmli olmamalıdır axı! Yox, dindarsansa, inanclı bir insanın hansı etnik kimlikdən olmasının sənin üçün önəmi olmamalıdır.

Və ya deyirlər biz sağ qanaddayıq, amma hamıya pul paylamağa söz verirlər, deyirlər mühafizəkarıq, amma gedib liberal siyasi partiyalar alyansı ilə iş görməyə çalışırlar. Ya da deyirlər demokratıq, amma 20-30 il partiyalarında özlərinə alternativ yaranmasına imkan vermirlər.

Qısası, nə hakimiyyət partiyası, nə də siyasi partiyaların çoxu ideoloji deyil, fərd ətrafında qurulmuş ucuz bazar axtaran təşkilatlardır.

İqtidar üçün reytinq bazarı həmişə var, amma o da istifadə edə bilmir. Müharibədə hərbi qələbədən sonra İlham Əliyevin reytinqi artıb, bunu normal sistem dəyişiklikləri üçün xərcləyə bilər, amma etmir, köhnə, çürük sistemdən bərk-bərk yapışıb, idarəçiliyin köklü yenilənməsinə getmir, hətta öz siyasi partiyasını belə ideoloji əsasa otuzdura bilmir, halbuki böyük tarixi şansı var.

İqtidar üçün reytinq daha tez tükənən kapitaldır – bunu unutmasınlar.

Müxalifət isə doğru zamanda pafossuz, doğru tezislərlə, altına girə biləcəyi yükün məsuliyyətini anlamaqla reytinq toplamağı, bu reytinqi doğru zamanda xərcləməyi öyrənməlidir. Heç xoşum gəlməyən, amma tarixdə iz qoyan Lenin demişkən, dünən tez idi, sabah gec ola bilər…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Cərimələrə əfv

  • 29 İyun 2021
  • comments

Valideynlərin onlayn təhsilə münasibəti – Yeni sor...

  • 29 İyun 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda