Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası, iqtisadçı
Hökumətə suallarım var.
2021-ci ilin yanvar-mart aylarında mənfəət neftinin və qazın satışından Dövlət Neft Fonduna 1 milyard 696,6 milyon manat, yəni 1 milyard dollara yaxın vəsait daxil olub. Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, yanvar-mart aylarında ölkədən 2 milyard 664,6 milyon dollarlıq xam neft, 867 milyon dollarlıq təbii qaz ixrac edilib. Hər iki istiqamət üzrə ixrac təqribən 3 milyard 540 milyon dollar göstərilib.
Bu məbləğin 1 milyard dolları Neft Fonduna daxil olubsa, yerdə qalan 2 milyard 540 milyon dollar haradadır?
Bunun içində SOCAR-ın ayrıca satdığı, Neft Fonduna daxil olmayan neft-qazın payı nə qədərdir?
Hasilatın pay bölgüsü müqaviləsi üzrə xarici şirkətlərə ödənən məbləğ nə qədərdir?
Neft Fonduna qaz satışından daxil olan məbləğ çox azdırsa, bu zaman ilk üç ayda satılmış qazın həcmini (867 milyon dollar) nəzərə alsaq, qaz satışından Azərbaycana düşən pay nə qədərdir? Azdırsa, nədən rəsmi məlumatlarda “Azərbaycan qaz satışından yüz milyonlarla dollar gəlir əldə edir” kimi başlıqlar qoyurlar?
Neftin hər barrelinin, təbii qazın hər min kubmetrinin maya dəyəri nə qədərdir?
Hökumətdə bir igid varmı çıxıb bu suallara cavab versin?..
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış