• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Gürcüstan yolumuz

  • 18 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Mayın 16-sı Gürcüstanın Dmanisi rayonunda təxribat olub, svanlar Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum ediblər, bir neçə nəfəri döyüblər, bu da toqquşmalara yol açıb.

Dmanisidə heç vaxt svanlar yaşamayıb, onlar keçən əsrin 90-cı illərində Abxaziyanın işğalı və böyük daşqın nəticəsində bir neçə kəndin dağılması səbəbindən Bolnisi və Dmanisi rayonlarına köçürülüb. O zaman Gürcüstan hökuməti svanları məhz Azərbaycan türklərinin sıx yaşadığı bölgələrə köçürməklə etnik tərkibə təsir etmək istəyirdi.

Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, ona görə də həmin bölgəyə çox həssas olmaq lazımdır, çox güman, Ermənistanın xüsusi xidmət orqanları orada ciddi fəaliyyət göstərir. İstənilən provokasiyaya ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır.

Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi qapısıdır. Ölkənin iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var.

Tiflis narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur yolu işə düşsə, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan olub. İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Türkiyə və Avropa mallarının Gürcüstandan Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranzitini azalda bilər. Son 30 ildə hər gün yüzlərlə yük maşını Gürcüstan ərazisindən 600 kilometr yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlir. Yol boyu həmin maşınlara xidmət edən, on minlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali yolun özündən qazanır. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdır.

Boru xətləri daim Gürcüstandan keçəcək, Bakı-Tbilisi-Qars dəmir yolu çalışacaq – rəsmi Tiflisə bununla bağlı zəmanət verilməli, onun narahatlığı aradan qaldırılmalıdır. Hətta sabah Zəngəzur yolu açılsa belə, yolun o başında da, bu başında da Rusiya duracaq, deməli, o yolla Azərbaycana təzyiq aləti yaranacaq, buna görə də Gürcüstan yolu bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytrallaşdıra bilək.

Azərbaycan-Gürcüstan dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, bütün problemləri soyuq başla, hüquq çərçivəsində çözməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Gürcüstandakı Azərbaycan türkləri isə gürcü dilini yaxşı öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Bahalaşma: Azərbaycan və yaxın ölkələr

  • 18 May 2021
  • comments

Xəyanətə bərabər

  • 18 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda