• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bethovenin 250 illiyinə dəvət

  • 20 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribuna

Vahid Qazi

“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı.

Sonra o musiqini illər uzunu çox eşitdim: kirayəçi qızlar dəyişsə də, “aylı sonata” evimizi tərk eləmədi.

***

Üç il olar uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz “olmuşdu”: huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getmişdi.

Kosmik fəza kimi bir boşluğa düşmüşdüm. Heç nə eşitmirdim. Bethovenin özü kimi kar idim. Ancaq gözüm görürdü. Elə bil onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görürdüm, yağışdan islanan torpağın ətri kimi duyurdum.

***

Deyirlər musiqini gecə dinləmək yaxşıdır. Elə konsertlər də bir qayda olaraq axşamlara salınır. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində indi hansı səhərlər açılır?

Bethovenin piano dillərindən qopub ürək titrədən “aylı sonata”sı yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə hopur… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?

Musiqini səhərlər ifa edərlər – hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda…

“Ruhlar şəhəri”ndə bu sözləri yazarkən yaşadığım duyğuların eynisiydi o muzey-evdə keçirdiyim hisslər.

***

Bethoveni Tarkovskinin “Nostalgiya” filmində bir başqa yandan tanıdım. Burada o, “Ay işığı”nı həsr etdiyi Cülyetta Qviççardinin aşiqi Lüdviq yox, Tanrını sorğu-suala çəkən müdrik filosofuydu.

Böyük rejissor öz möhtəşəm filmində dahi bəstəkarın 9-cu simfoniyasından vəsfəgəlməz parçalar səsləndirmişdi. Nə qədər axtarsam da, sehrinə düşdüyüm o simfoniyanı Ağdamda tapıb dinləyə bilmədim. Ona yalnız tələbə vaxtı Bakıda rejissor dostum Şahin Sinariyanın evində sabahacan uzanan məhrəm bir məclisdə qulaq asdım. İndi Parisdə yaşayan Şahinin o vaxt gözəl valları vardı.

Daha sonralarsa onun şəxsiyyətinə heyran olacaqdım. “Etiraz – ləyaqətin bir başqa adı” yazısında Bethovenin şəxsiyyətindən yazacaqdım. Monarxiyaya son qoyub respublika qurmuş Napoleona simfoniya həsr etməsindən, tirana çevrildiyini biləndə isə qəzəblə “Napoleon” adını simfoniyanın partiturasından silməsindən, Avropanın despotik dönəmində heç bir krala baş əyməməsindən bəhs edəcəkdim.

***

Bu gün isə sadəcə sizə uşaqlığımın ən şirin çağlarını – ömrün “aylı sonata”yla keçən illərini yada salan musiqidən danışmaq istədim. Elə bilin sizi Bethovenin konsertinə dəvət edirəm. Özü də 250 illiyi bütün dünyada qeyd edilən bir gündə. Gəlin, hamınızı gözləyəcəm!

Konsertin yerini tanıyırsınız, təzə gələnlərə də nişan verin. Deyin, Ağdamdakı evimizə, qara piano olan otağa yığışacağıq. Otağın balacalığından qorxmayın, hamıya yer olacaq…

Dekabr, 2019

Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Turizmin yeni statistikası

  • 20 Dekabr 2019
  • comments

EN TV – Eldar Namazov yeni kanal açıb

  • 20 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Mədəniyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda