İcra başçıları: biri çıxarıldı, biri təyin olundu
İyunun 6-da prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, Raqub Məmmədov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Novator.az bildirir ki, Binəqədinin əvvəlki icra başçısı Xaləddin İsg...
Xankəndidə daha bir istefa
İşğalçı Dağlıq Qarabağ rejiminin “Milli Təhlükəsizlik Xidmətinin” direktoru Arşavir Qaramyan iyunun 6-da istefa verib. Novator.az-ın məlumatına görə, Arşavir Qaramyan 1965-ci ildə Dağlıq Qarabağın Əsgəran rayonunda doğulub. Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 1996-1997-ci illərdə Ş...
Sülh əmsalı: Azərbaycan 163 ölkə arasında 132-cidir
İqtisadiyyat və Sülh İnstitutu 2018-ci il üzrə Qlobal Sülh İndeksini açıqlayıb. Novator.az bildirir ki, indeks ölkələrin daxili və dünyaya bağlı müxtəlif göstəricilərinin ümumiləşdirilməsi, həmçinin zorakılıqdan ziyan çəkmə dərəcəsinə əsaslanır. Reytinqə əsasən, ən dinc ölkələr İslandiya, Yeni Zelan...
Zakir Həsənov sammitə qatılıb
İyunun 6-sı Rusiya Federasiyasının Tuva Respublikasının Kızıl şəhərində Müstəqil Dövlətlər Birliyi ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. Xəbəri Mod.gov.az yayıb. Cari hərbi əməkdaşlıq məsələlərinin ...
Qarabağda polisin şefi də istefaya getdi
İşğalçı Dağlıq Qarabağ rejimində “Polis rəisi” postunu tutan Kamo Ağacanyan iyunun 6-da istefa verib. Novator.az-ın məlumatına görə, istefa bəyanatında Kamo Ağacanyan Qarabağda sabitliyin və təhlükəsizliyin onun üçün əsas prioritet olduğunu bildirib. Kamo Ağacanyan 1971-ci ildə Dağlıq Qarabağın Hadr...
40 illik sənətə əlvida
İspaniyanın sabiq baş naziri Mariano Rahoy siyasətdən birdəfəlik gedəcəyini bəyan edib. Novator.az-ın məlumatına görə, iyunun 6-da “Cope” radiosuna açıqlamasında Mariano Rahoy bildirib ki, 40 ildir siyasətlə məşğuldur: “Artıq qalmağın mənası yoxdur, mən siyasəti birdəfəlik tərk etmək fikrindəyəm. Hə...
İsrail millisi ilə oyun ləğv edildi
Argentina Futbol Assosiasiyası ölkənin yığma komandasının İsrail millisi ilə yoldaşlıq görüşündən imtina edib. Novator.az-ın məlumatına görə, yoldaşlıq oyunu iyunun 9-u İsrailin özünə paytaxt şəhəri saydığı Yerusəlimdə keçirilməli idi. Fələstin hakimiyyəti, eləcə də bu ölkənin futbol federasiyası, i...
Təbriz küçəsi necə yenilənib?
Bakının Nəsimi və Nərimanov rayonları arasında uzanan Təbriz küçəsində yenidənqurma işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparıl...
Ramin Hacılı və daha bir nəfər tutulub
İyunun 6-da Dövlət Sərhəd Xidməti rəsmi məlumat yayıb. Qeyd olunur ki, iyunun 4-də Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alıb: “Dövlət sərhə...
Emin Aslana inzibati həbs verilib
Hüquqşünas Emin Aslan 30 sutkalığa həbs olunub. Məlumatı onun vəkili Elçin Sadıqov yayıb. Məlumata görə, qərar Nərimanov Rayon Məhkəməsində çıxarılıb. Azadliq.org xəbər verir ki, məhkəmə prosesi Elçin Sadıqovun iştirakı olmadan keçirilib. Elçin Sadıqov bildirib ki, vəkil orderini təqdim etsə də, məh...
İşğalçı rejimdə istefa
İşğalçı Dağlıq Qarabağ rejiminin “dövlət naziri” Araik Arutunyan istefaya gedir. Novator.az-ın məlumatına görə, o, iyunun 6-da işğalçı rejiminin başçısı Bako Saakyana istefa ərizəsi təqdim edib. Araik Arutunyan istefasının səbəblərini bu gün Xankəndidə keçirəcəyi mətbuat konfransında açıqlayacağını ...
Məzənnə fərqləri
Mərkəzi Bank iyunun 6-da ABŞ dollarının məzənnəsini 1,7 manat, Rusiya rublunun kursunu 0,0274 manat hədlərində saxlayıb. Avro (1,9916 manat), gürcü larisi (0,6942 manat), ingilis funt sterlinqi (2,2779 manat) bahalaşıb. Dəyər itirən türk lirəsinə isə 0,3701 manat qiymət qoyulub (Məzənnələr). Novator...
Astanada ağır məğlubiyyət
Azərbaycanın milli futbol komandası iyunun 5-i Astanada Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu il milli komanda daha dörd yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yanvarın 30-u Antalyada Moldova millisi ilə görüşdə hesab açılmayı...
Silkələnmə: dağıntı və tələfat yoxdur
İyunun 5-i saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ 5,5 bal gücündə olub, episentrdə 6 bala qədər hiss edilib. Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a dağıntı və insan t...
Bölgədə hesabatlar, vədlər
“Biz düşünülmüş siyasət aparırıq”. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev iyunun 5-i Goranboyda, “Region Aqropark”ın açılışında belə deyib. O qeyd edib ki, aqropark Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində böyük rol oynayacaq: “Dövlət öz dəstəyini növbəti dəfə göstər...
Mehman Hüseynovun işi: naməlum səbəblər
İyunun 5-də Ali Məhkəmədə məhbus bloqçu Mehman Hüseynovun kassasiya şikayətinə baxılmalı idi. Amma proses baş tutmayıb. “Turan”ın məlumatına görə, buna Mehman Hüseynovun məhkəməyə gətirilməməsi səbəb olub. Mehman Hüseynovun şikayəti hakim İmran Hacıqayıbovun icraatındadır. Hakim bildirib ki, o, məhb...
Kürsüsünü itirmiş lider partiya postundan da gedir
İspaniyanın sabiq baş naziri Mariano Rahoy iyunun 5-də Xalq Partiyasının sədri postundan istefaya verəcəyini açıqlayıb. Mariano Rahoy iyunun 1-də parlamentin aşağı palatasının hökumətə etimadsızlıq göstərməsindən sonra baş nazir vəzifəsindən gedib. Hökumətin istefaya göndərilməsi Xalq Partiyasının a...
“Birja” qəzeti çap versiyasını dayandırıb
Reklam və elan həftəliyi olan populyar “Birja” qəzeti çap versiyasına xitam verib. Novator.az bildirir ki, 1992-ci ilin yanvarında qurulmuş “Birja”nın son nömrəsi bu il mayın 25-də işıq üzü görüb. Nəşrin dayanmasının səbəbləri açıqlanmır. 24 səhifəlik qəzet həftənin cümə günləri 8 minə yaxın tirajla...
Valyuta ehtiyatı artıb
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası barədə hesabatlar yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, iyunun 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 471,4 milyon dollar, pul bazasının həcmi 8 milyard 404 milyon manat olub. Bir ayda valyuta ehtiyatı artıb, pul bazası azalıb. Mayın 1-nə valyu...
Beş ayda nə qədər bahalaşma gedib?
Yanvar-may aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin ilk beş ayına nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsulları 3,2 faiz, qeyri-ərzaq malları 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,6 faiz bahalaşıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Rəs...