Emin Aslana inzibati həbs verilib
- 06 İyun 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Hüquqşünas Emin Aslan 30 sutkalığa həbs olunub.
Məlumatı onun vəkili Elçin Sadıqov yayıb.
Məlumata görə, qərar Nərimanov Rayon Məhkəməsində çıxarılıb.
Azadliq.org xəbər verir ki, məhkəmə prosesi Elçin Sadıqovun iştirakı olmadan keçirilib. Elçin Sadıqov bildirib ki, vəkil orderini təqdim etsə də, məhkəmə ona məlumat vermədən işə baxıb.
Məhkəmə Emin Aslanı polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilib.
Emin Aslan son 6-7 ildə müxtəlif qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq edib. 2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb və işləyib. 2016-cı ildə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.
Emin Aslan Bakıya gələndən 4 gün sonra tutulub.