• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bölgədə hesabatlar, vədlər

  • 06 İyun 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Biz düşünülmüş siyasət aparırıq”. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyev iyunun 5-i Goranboyda, “Region Aqropark”ın açılışında belə deyib. O qeyd edib ki, aqropark Goranboy rayonunun iqtisadi potensialının möhkəmlənməsində böyük rol oynayacaq: “Dövlət öz dəstəyini növbəti dəfə göstərdi. Vaxtilə istifadəsiz qalmış bu ərazidə dövlət xətti ilə böyük infrastruktur layihələri icra edilib. Yollar, qaz, elektrik və su xətləri çəkilib, suvarma işləri görülüb, dövlət xətti ilə ən müasir texnika alınıb.

Dövlət bu aqroparkın yaradılmasına 35 milyon manat vəsait ayırıb Bu aqroparkın ərazisi 4700 hektardır və bu torpaqlardan istifadə olunmurdu. İndi isə burada gözəl işlər görülüb, özəl sektor vəsait qoyub. Mənə verilən məlumata görə, özəl investisiyaların həcmi 30 milyon manatdır. Beləliklə, biz görürük ki, dövlət-özəl sektor partnyorluğu gözəl nəticələrə gətirib çıxarır. Böyük investisiyalar qoyulur və bu investisiyaların böyük səmərəsi olacaq. Burada yüzlərlə iş yeri yaradılır, yerli istehsal təşkil olunur. Bir çox kənd təsərrüfatı məhsulları yetişdiriləcək və əminəm ki, ölkə bazarına, xarici bazarlara çıxarılacaq.

Bütövlükdə bu gün Azərbaycanda aqroparkların yaradılması geniş vüsət alıb. Nəzərdə tutulan 45 aqroparkdan 4-ü artıq istifadəyə verilib: Yalama, Şəmkir, Cəlilabad və bu gün Goranboy rayonunda. Mən dördünün də açılışında şəxsən iştirak etmişəm. Bu bir daha onu göstərir ki, dövlət bu məsələlərə çox böyük diqqət göstərir və dəstək verir. Bu 45 aqroparkın yaradılmasına 1,4 milyard manat sərmayə qoyulacaq, onun bir hissəsi qoyulub. Bu aqroparkların ərazisi 191 min hektara bərabərdir. Bu qədər torpaq istifadəsiz qalmışdı. İndi isə tezliklə bu 45 aqroparkın yaradılması nəticəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı böyük dərəcədə artacaq. Beləliklə, ölkə qarşısında duran əsas vəzifələrdən biri – ərzaq təhlükəsizliyi məsələsi öz həllini tapacaq və biz idxaldan asılılığımızı daha da azaldacağıq”.

Dövlət başçısı hakimiyyətin düşünülmüş siyasət apardığını vurğulayıb: “İstər sənaye, istər kənd təsərrüfatı istehsalı, istərsə də infrastruktur layihələrinin icrası ilə bağlı işlər ən yüksək səviyyədədir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu dünyada yol infrastrukturu ilə bağlı reytinqini açıqladı. Bu reytinqə görə, Azərbaycan MDB məkanında yol infrastrukturu üzrə 1-ci, dünya miqyasında isə 36-cı yerdədir. Azərbaycanda nəinki yol infrastrukturu, bütün infrastruktur ən yüksək səviyyədədir, o cümlədən Goranboy rayonunda”.

Həmin gün Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edən İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşdə deyib ki, son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub: “Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq. Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.

Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb.

Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə ildir kütləvi müayinə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir.

İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanıb. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik”.

Dövlət başçısı Naftalan şəhərinə on il əvvəlki səfərini xatırlayıb: “O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər vardı, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.

İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilib. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı.

Bununla paralel olaraq biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya, – indi onlar mehmanxana sayılırlar, – yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci “Çinar” sanatoriyası, ondan sonra “Qaşaltı”, ondan sonra isə “Qarabağ”. Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir.

Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə qonaqların sayı artmalıdır”.

Mehman Hüseynovun işi: naməlum səbəblər

  • 05 İyun 2018
  • comments

Silkələnmə: dağıntı və tələfat yoxdur

  • 06 İyun 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
Xəbər

Pozuntuların 1543 qərarı

GLOBALS:0

Tags

  • Bölgə
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda