İsrail millisi ilə oyun ləğv edildi
- 06 İyun 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Argentina Futbol Assosiasiyası ölkənin yığma komandasının İsrail millisi ilə yoldaşlıq görüşündən imtina edib.
Novator.az-ın məlumatına görə, yoldaşlıq oyunu iyunun 9-u İsrailin özünə paytaxt şəhəri saydığı Yerusəlimdə keçirilməli idi.
Fələstin hakimiyyəti, eləcə də bu ölkənin futbol federasiyası, ictimaiyyət Argentina futbol rəsmilərindən oyunun ləğvini xahiş edirdi. Fələstin tərəfi bildirirdi ki, yoldaşlıq oyununun Yerusəlimdə keçirilməsi İsrailin siyasi məqsədlərinə xidmət edər.
Yerusəlim (Qüds) işğal olunmuş şəhərdir. 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim beynəlxalq nəzarətə verilməli idi. Ancaq 1948-ci ildə qurulan İsrail Yerusəlimi özünün paytaxtı sayır, şəhəri, o cümlədən BMT-nin Fələstinə ayırdığı bir çox başqa ərazini işğal edib.