• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Seymur Kazimov

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

  • 10 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetMediaTribunaYazarlar

Seymur Kazımov

2017-ci ildə Tbilisidə beynəlxalq media təşkilatlarından birinin təşkil etdiyi konfransda iştirak edirdim. Konfrans media və biznes əlaqələrinin qurulması, inkişaf etdirilməsi məsələlərinə həsr olunmuşdu. Burada uğurlu hesab olunan media menecerləri öz təcrübələrini, uğura aparan ideyaları digərləri ilə bölüşürdülər. Onların arasında Rusiya, Ukrayna, Belarus, Moldovadan olan menecerlər də vardı. Konfransın ilk günündə məlum oldu ki, dəvət olunan şəxslərin heç biri öz ölkəsində yaşamır, işlərini də Avropa ölkələrində və ABŞ-da qurublar. Konfransda bütün günü biznes planından danışılsa da, risklərdən, böhran vəziyyətində davranış qaydalarından söhbət açılmırdı. Bu şəxslərdən konkret olaraq Azərbaycan üçün uğurlu model təklif etmələrini xahiş etdikdə uzun və gərgin müzakirələrdən sonra “uğurlu” menecerlərdən biri çox ciddi olaraq belə bir təkliflə çıxış etdi: “Siz bundan sonra ictimai-siyasi vəziyyət, münaqişələr barədə yox, şou-biznesdən, yüngül mövzulardan yazın”.

Məndən çox, onu həmin tədbirə ekspert kimi dəvət edən təşkilatçılar təəccübləndilər.

Tez-tez eşitdiyimiz fikir var: “Jurnalistlər ölkənin imicini zədələyir, bizi dünyada biabır edir, ancaq neqativləri görürlər”. Jurnalistika sosial institut kimi vətəndaş cəmiyyətinin fəal tərkib hissəsidir. Birmənalı demək olar ki, ölkənin imicini öz vəzifəsinin öhdəsindən gəlməyənlər və bunu işıqlandıran, ictimailəşdirən jurnalistə hücum edənlər zədələyirlər. Rəqəmlər kədərləndirir. Dünyada hər gün neçə jurnalist təzyiqə məruz qalır, həbs olunur, qətlə yetirilir.

Qəribə səslənsə də, demokratik ölkələrdə media “agent” rolunu oynayır. Yəni hökuməti güdür. Onun məqsədi məmurların fəaliyyətini izləməkdir ki, onlar vəzifələrinə daha məsuliyyətli yanaşsınlar. Dünyanın heç yerində media sevilmir, hətta ən demokratik cəmiyyətlərdə belə. Sadəcə, söz azadlığının bərqərar olduğu ölkələr var ki, orada səlahiyyət sahiblərinin media ilə hesablaşmaqdan başqa çıxış yolu yoxdur. Çünki vəzifəli şəxslərin öz işini bilmələri kifayət deyil, onların işi həm də şəffaf olmalıdır. Gərək ki, peşəkar reportyorlara aid edilən “gözətçi köpək”, “zibileşələyən” kimi bənzətmələr də məhz Qərbdə meydana gəlib.

Antidemokratik ölkələrdə isə belə bir “narahatlıq” yoxdur. Burada da KİV agent rolunu oynayır, amma hakimiyyətin cəmiyyətdəki agenti kimi. Belə cəmiyyətlərdə KİV daha çox “tərbiyəvi” funksiyanı yerinə yetirir. KİV-in qarşısında təbliğat, təşviqat işləri aparmaq, əhalidən zəruri informasiyaları gizlətmək, hətta saxta xəbərlər vermək tələb olunur.

Jurnalist o zaman peşə borcunu daha peşəkar yerinə yetirir ki, qorxu altında fəaliyyət göstərmir. Azad informasiya məkanının qapalı, reportyorun isə öz işindən çox öz canının hayında olması süni korluq, karlıq və lallıq yaradır. Bunun da nəticəsidir ki, media landşaftı deformasiyaya uğrayır. Üstəlik, vətəndaşların da informasiya almaq hüququ pozulur.

Media mənsublarına hücumlar vaxtında araşdırılmasa, günahkarlar məsuliyyətə cəlb olunmasa, “cəzasızlıq sindromu” yaranacaq və belə hücumlar intensiv xarakter alacaq. Cəzasızlıq keyfiyyətli materialların da sayının azalmasına səbəb olur, çünki qeyri-ixtiyari özünüsenzura işə düşür. Bir qisim postsovet ölkəsinin jurnalistləri illər öncə ideoloji təbliğatdan ziyan çəkirdilər, indi siyasi proseslərin qurbanına çevriliblər.

Rusiyalı məşhur telejurnalist Vladimir Pozner müsahibələrinin birində jurnalistlərin üzləşdiyi çətinlikləri belə təsvir edir: “Həm işdə, həm nikahda olarkən kompromisə getmək zərurəti yaranır. Əsas məsələ öz prinsiplərindən dönməməkdir. Allah eləməsin, təsəvvür edin, siz yuxudan oyanırsınız, vanna otağına keçirsiniz və güzgüdə öz simanızı görüb ona tüpürmək istəyirsiniz. Bu, jurnalistikanın qaydasıdır. Azad söz isə dəhliz kimidir – haradasa geniş, haradasa dar olur. Dəhlizin divarları da var. Əgər sən bu divarı yıxmaq istəsən, harada çalışmağından asılı olmayaraq, problemlərin olacaq”.

Əgər həmin divarların arxasında problemlər varsa, jurnalist o divarı yıxıb, onları aydınlığa çıxarmağa mükəlləfdir. Bunu isə Pozner deməyib. Peşə prinsipləri belə tələb edir.

Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Sadələşdirilmiş vergi: nazir sui-istifadədən giley...

  • 10 Oktyabr 2018
  • comments

9 ayda qiymətlər nə qədər artıb?

  • 10 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

“Tramp bunu bacaracaq” – “Fox News”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda