• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ümidlə yolçuluq (Düşüncələr)

  • 20 Mart 2018
  • Posted in AktualManşetTribunaYazarlar
61
SHARES
FacebookTwitterPinterest

Mətanət NATİQ

Ümidlə yolçuluq

Mən nə şair, nə yazıçı, nə də jurnalistəm. Yalnız mənə bu yazını yazmağa məcbur edən səbəblər var. Bəzən insan öz sevdiyi insandan ayrılmaq məcburiyyətində qalır. Bu an o bambalaca, yumruq boyda ürək sıxılır, təlatümə gəlir və onda ürəyin dadına ümid yetişir.

Ümid möcüzədir. Əgər istəyinə nail olursansa, onda möcüzə baş verir. Hər kəsin bir ümidi var. Çünki hər kəsin bir gedəni var, içindən heç cür yola sala bilmədiyi var. Mənim də ümidsizliyə qapıldığım anlar olub. Onda uca Tanrıya sığınmışam. Tanrı istəsə mütləq olacaq. Yusif peyğəmbər deyir: “Sevdiyini Allahdan istə”. Hər bir insanın ürəyində ümidlə gözlədiyi bir istəyi, arzusu var. İnsan arzusunun gerçəkləşməsini səbirlə gözləyər.

Ümid arzulara gedən yoldur. Arzuların gerçəkləşməsini səbirlə gözlədiyi yoldur. Ümid sabahdır, ümid doğan günəşdir, ümid yerimizsə uca Tanrıdır.

Tanrı bizim ümid yerimizdir. Ümid məqsədə aparan yoldur. İnsan ümidlə yaşayır həmişə. Biz hər yeni günü sabah oyanmaq ümidiylə yaşayırıq. Sabaha qovuşduran Allaha şükürlər olsun!

Orta məktəbdə oxuyanda qardaşım bacımla məni bir yapon filminə baxmağa aparmışdı. Filmin adı “Dzüdo dahisi” idi. Həmin o dzüdoçu bir bataqlıqda səhərə qədər günəşin çıxmasını səbirlə gözləyir. Bax, o çıxan günəş onun ümid yeri olur. Bizim də həyatımızda ümid günəşi var! Ümid varsa, demək, sən də varsan.

İnsan gələcəyə ümidlə baxmalıdır: ümid bizi nailiyyətlərə qovuşdurandır. İnsan özü yer üzünün əşrəfidir – bunu şair Nəsimi deyib. Yer üzünün əşrəfi olan insan ümidsizliyə qapılmamalıdır. Hər gecənin bir gündüzü var. Yesenin də insanı ali görür, qalib görür və deyir:

Я думаю:
Как прекрасна
Земля
И на ней человек.

İnsanların həyata baxışları fərqlidir. Mənim çarəsizliyimi ümidim üstələyir, dəf edir. Əgər bir insan ümidini itiribsə, demək, hər şeyini itirib! Bəzən sevdiyinin telefon zəngi belə sənə gələcəyə ümid verir. İnsan bəzən eyni zarafata gülməz, amma eyni acıya dəfələrlə ağlayar. İlk unudan xoşbəxtdir, – deyirlər. Amma unutmaq olmur. Kaş ki, unuda bilsəm! Hər yeni günü ümidlərlə yaşayırıq. İnsan yuxudan oyananda yeni ümidlərlə oyanır.

Əlimizdə ümid dolu çanta sabahlara yolçuluq edirik! İnsan ümidlə xoşbəxt olmağa can atır, ümidi varsa mütləq xoşbəxt olacaq! Allahın rizasıyla. Ümid vəfaya gedən yoldur!

Vəfa

Mənim vəfam, sadiqliyim əbədidir. Vəfa, sədaqət ağır yükdür. Hər insan bu yükü daşıya bilməz! Bəlkə ən gözəl şeylər zamansız gələcək, bunu sən bilməzsən, Tanrı bilir!

Vəfa, sədaqət qadınlarda əxlaqı, kişilərdə mərdliyi üzə çıxarır. Vəfalı qadın əxlaqlı qadındır. Həzrəti Əli deyib: “Hər insanın qiyməti əxlaqının gözəlliyi qədərdir”. Vəfalı qadın odur ki, sevdiyinə sadiq qalsın, nəfsini düşünməsin, nəfsi əxlaqa qalib gəlməsin.

Azərbaycanlı düşüncəsiylə desək, kişi hər şey edə bilər. Ancaq qadın əxlaqını, abır-həyasını hər şeydən üstün tutmalıdır. Bu mənim fikrimdir: qadının vəfasızlığı, kişinin namərdliyi arxadan vurulan xəncər kimidir. Hər qadın vəfalı ola bilməz, hər kişi də mərd. Zaman dəyişib. Sivilizasiya insanların həyata baxışlarını da dəyişib. Kimisini yaxşı yola yönəldib, kimisini pis yola.

Mən dəyişməyən insanlıq istəyirəm! Sevdiklərimizin qiymətini bilək. Çünki bir gün yatıb oyanmamaq var! Əxlaqını itirmiş insan şəxsiyyətsizdir. Şəxsiyyət göz yaşı kimidir: düşsə, geri qayıtmaz. Əgər bir qadın vəfasızdırsa, onda şəxsiyyətsizdir. Kişinin qadına vəfasızlığı qadına çox acı çəkdirər. Qadının gözündən süzülən yaş onun içindəki acının imzasıdır.

(Ardı var)

Hesretindeyem

Həsrətindəyəm (13)

  • 20 Mart 2018
Video

Korrupsiyanı kökündən məhv et

  • 22 Mart 2018

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
ManşetVideo

Prezident İlham Əliyev mətbuat konfransı keçirib VİDEO

comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın apardığı “psixoloji müharibə”nin sirləri – “Le Figaro”

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
ManşetVideo

Prezident İlham Əliyev mətbuat konfransı keçirib VİDEO

comments
Dünyanın səsiManşetŞərh

Rusiyanın apardığı “psixoloji müharibə”nin sirləri – “Le Figaro”

comments
ManşetŞərh

Sehrli çubuğa ümid olan…

comments
ManşetŞərh

İki ayın məzənnələri

comments
ManşetŞərh

Nikah və boşanma statistikası

comments
ManşetXəbər

Prezident: “Bizim səbrimizi sınamasınlar”

comments
Dünyanın səsiManşetXəbər

Köçəryan istefa tələbinə dəstək verdi

comments
ManşetTribunaYazarlar

Güvən mənə, inanım sənə

comments
Dünyanın səsiManşetXəbər

Ermənistanda dövlət çevrilişi ehtimalı

comments
ManşetTribunaYazarlar

Ağıllı idarəçilik

comments
ManşetŞərh

Şaxtalı rəylər

comments
ManşetŞərh

İşsiz sayını gizlədəndə…

comments
ManşetXəbər

Bölgələr üzrə əmanət

comments
ManşetXəbər

Aksiya işi: mühakimə olunanlar üç qrupa bölündü

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – “The Hill”

comments
ManşetTribunaYazarlar

Qafqaz Albaniyası irsi: tariximizə yiyə duraq

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın nə qədər borcu var?

comments
ManşetXəbər

Təbrik və inam

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda