• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yetimdoyduran (al dente)

  • 09 Dekabr 2016
  • comments
  • Redaktor
  • Posted in Tribuna

İBRAHİMXƏLİL

Süsən-Sünbül tərəflərdə belə südəcər söz-söhbət də gəzir ki, bəs deməzsənmi, Yəməni – dəniz quldurlarının arada-sırada ulduzlara görə hərəkət etdiyi Ədən körfəzi daxil – “Süheyli-Yəmən” adlı ulduz yıxıbmış. Burasını da deyirlər ki, həmin ulduz dünyanın digər mədhnamə məmləkətlərinə nisbətən Yəmən üzərində daha parlaq görünür və elə bu siyahtel səbəbdən də “Yəmən Süheyli” adlanır. Üstəlik, əsatirə görə, Süheyl həm də Yəmənin nemət mənbəyidir. Amma Yəmənə hələlik bəxt ulduzu da kömək eləmir. Hər nə isə…

Açığını söyləyirəm: Süsən-Sünbül tərəflərdə hələ unudulmaz Mirzə Fətəlinin “Aldanmış kəvakib” povestindən də çox-çox əvvəllər ulduzlara münasibət birmənalı olmayıb. Hətta bəzi rəvayətsevərlər “Tarixi-Abbasi”dən götürülən bu canfəza cümləni əzbərləmək dərəcəsinə qədər gediblər: “…bu dövrdə bir ulduz peyda oldu ki, bu da dövrün padşahlarının dəyişdirilməsi ilə nəticələndi”.

Süsən-Sünbüllülər dövrün padşahlarının (dinc yolla) dəyişdirilməsi üçün köhnə ulduz gözləməkdə olsunlar, sizə kimdən xəbər verim – adının “Xəlil” hissəsini nəvəsinə verən adaşım Yetim İbrahimdən. Yetim İbrahim hazırda Yetim Gürcü haqqında “yeddiqardaş” (ulduz adından götürülüb) yazı hazırlayır və üzü sübh çağına özünün iki misilləmə misrasını da pıçıldamağından qalmır:

Axşam-axşam ulduz altda duza batırıb,
yetim hərdən ümidini çörəksiz yeyir.

Yetim İbrahimə görə, yetim – təkcə atası, yaxud anası və ya hər ikisi ölmüş adam deyil, həm də orta adambaşı gəlir baxımından, yoxsulluq həddindən aşağı yaşayan yazıqlar – zavallı və miskinlərdir. Bu yerdə Dədə Mirzə Tüpdağıdan Yetim İbrahimi topçomaq atəşlərə yaxaraq arada-sırada mat-məthub munisipalitet tərəflərə çeynəm-çeynəm çuğullayır ki, balam, yaxşı, bu Yetim mirzə gah Yəməndən, gah da Yetim Gürcüdən yazdığı halda, yetimlərin rifah halının yaxşılaşdırılmasından, İnsan İnkişafı Əmsalından, layiqli həyat sürmək hüququndan, yoxsulluqla (yetimliklə) mübarizə tədbirlərindən bu qədər söz açmaqla nələrə və kimlərə işarə vurur axı?!

Dədə Mirzə Tüpdağıdanın nə vecinə? “Alter eqo”su ha yoxdur hərdən-birdən əzab çəkə. Dünyada yüz iyirmi milyon yetim var – nəyinə lazım, yetimə “can-can” deyən çox olar, çörək verən az – nəyinə lazım. Təki onun menyüsü, yetimdoyduranı (hamınınkından iri, yekə qabı), qaç-qov qaşığı yerində olsun; axı o, həm də qazan yetimidir!..

P.S. Yaxşı deyib(lər): “Hər bir insan heç bir başqa tarixə bənzəməyən bir tarixdir”. Doğrudan da…

…Nahar vaxtıdır. Yetim İbrahimgilə gəlmişəm. O, unudulmaz Cabbar Qaryağdıoğlunun ifasında “Yetim-segah”ı dinləyir. Kövrəlirəm. Görünür, Yetim İbrahimin yetimdoyduranı da “Yetim-segah” imiş…

Adaşımın bu həzin-füzun halını görəntək, “Yetim İbrahimin nağılı”nın bu yeri yadıma düşür: “Qızın burnundan nimçəyə iki damla qan düşdü. Qan damlaları hərləndi, fırlandı, şişdi, böyüdü, hərəsi bir dəstə səməngülünə çevrildi”. Xatirinizdədirsə, padşah Yetim İbrahimə ağ divin bağından səməngülü gətirməyi əmr etmişdi; çünki onun quşu səməngülünü görməsə, rəngbərəng yumurtalar yumurtlamırmış… Müxtəsəri, mənim anlamımda, yetim üçün yağlı ət, yağlı düyü, zər-ziba yoxluğu ola bilər, amma onun “Yetim-segah”ı da, səməngülü də, sabahgülü də həmişə var!

…Dünən idilliyalarla dolu İtaliyaya keçmək istərkən Aralıq dənizində qərq olmuş Yəmən yetimini göstərirdilər. Ata-ana yetimi olmaqdan da vətən yetimi olmaq betər imiş…


Müəllifin başqa yazıları:  

  • Bu dağların Abbası (retro)
  • Təkayaq (izomorfizm)
  • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
  • Bilbaoda Bayraq günü (olimpias)
  • “Kor xəlifə” Tiflisdə (antipod)
  • Oturduqca oyun oynamaq (reaksiya)
  • Bizim mizantrop Hökumət (təzkirə)
  • Mükafat marafonu (praemium)
  • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
  • Emin Elsevərin baş keçidi (retro)
  • İbrahimxəlil süfrəsi (inversiya)
  • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
  • Neyron yuvaları nişangah altında (innovasiya)
  • Əyriqarın qardaşı (ucqar havası)
  • Borçalı butaforiyası (debüt)
  • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
  • Can (aqape)
  • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
  • Letargiyada erməni latayırları (kontrast)
  • Bulfüzul “burun”u (otolarinqologiya)
  • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
  • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
  • Məhəmməd Əli Əyriqarda (bandaj)
  • Mənim Şiraz tərəfim (leytmotiv)
  • Süsən-Sünbül sofistləri (ritorika)
  • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
  • Pikasso Əyriqarda (80×60)
  • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
  • Hər kəsin öz yağışı (nəqşi-zəmir)
  • Əyriqarda pyedestal mövsümü (evfemizm)
  • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
  • Dəmir əsəbli dağlar (sinergiya)
  • Qafilin qandığı qrafa (eksklüziv)
  • Alın yazısını alın təri ilə silmək… (fraqment)

“Bu bəyanat sanki Azərbaycana xəbərdarlıqdır”

  • 09 Dekabr 2016
  • comments

“Bu, ermənilərin təkbaşına görə biləcəkləri bir iş...

  • 09 Dekabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda