Siyasət
Separatçılar məhkəmədən yayınır
Kataloniya separatçılarının lideri, oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınan Karles Puçdemont Madriddə yerləşən Milli Məhkəmə Palatasının çağırışına əməl etməyib. Prokurorluq Karles Puçdemonta, eləcə də onun hökumətində yer almış bəzi şəxslərə üsyan və qiyam təşkili, dövlət vəsaitini mə...
Tehran bəyanatları
AZƏRTAC xəbər verir ki, noyabrın 1-i Tehranda zirvə görüşü keçirən İran, Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. İran prezidenti Həsən Ruhani üçtərəfli görüşün üç ölkənin dostluğuna və qonşuluğuna əsaslandığını deyib: “Bu dostluq, səmimiyyət və coğrafi qonşuluğumuz, m...
Zirvədə Qarabağ çağırışı
İranın paytaxtı Tehrana səfər edən prezident İlham Əliyev noyabrın 1-də rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Vladimir Putin deyib ki, iki ölkənin münasibətləri xüsusi xarakter daşıyır: “Bu, strateji tərəfdaşlıq xarakteridir. Azərbaycanla Rusiyanın nə qədər tellərlə bağlı olduğunu bilirik. İkit...
Bakı-Tbilisi-Qars yolu bizi hara aparır?
Əli HƏSƏNOV Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı həm Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında, həm də qlobal miqyasda mühüm tarixi hadisəyə çevrildi. Ekspertlərin əksərinin rəyinə əsasən, Bakı-Tbilisi-Qars A...
Sabiq deputat Nizami Quliyev vəfat edib
Keçmiş deputat Nizami Quliyev vəfat edib. Noyabrın 1-də yayılan məlumata görə, Gədəbəy rayonunda yaşayan sabiq deputat yüksək qan təzyiqi ilə Gəncədə xəstəxanaya çatdırılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Novator.az bildirir ki, Quliyev Nizami Yusif oğlu 1956-cı ildə Gədəbəy rayonun...
Tehran səfəri başladı
Prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşündə iştirak etmək üçün noyabrın 1-də İran İslam Respublikasına səfərə gedib. Paytaxtın Mehrabad hava limanında dövlət başçısını İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri M...
Erməni nazirin kürsüsü laxlayır
Milli Antikorrupsiya Bürosu oktyabrın 31-də Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandr Avakovu tutub. Novator.az xəbər verir ki, oğul Avakov 2014-2015-ci illərdə Daxili İşlər Nazirliyi üçün çantaların şişirdilmiş qiymətə alınması işində təqsirləndirilir. 520 min dollara yaxın yeyin...
Minsk gündəliyi (2)
İlham İSMAYIL Minskdə Ali Kursun şefliyində olan müəssisələr vardı. Hərdən bizi kolxoza qarağat yığımına, xəstəxana tikintisinə köməyə aparırdılar. Bir peşə məktəbi də şefliyimizdə idi. Bir dəfə mənə tapşırdılar ki, SSRİ-nin 60 illik yubileyi ərəfəsi olduğundan peşə məktəbinin şagirdləri qarşısında ...
Baş nazirin ömrü uzandı
Liberal Demokrat Partiyasının lideri Sindzo Abe noyabrın 1-də yenidən Yaponiyanın baş naziri seçilib. Novator.az-ın məlumatına görə, hökumət başçısı parlamentin aşağı palatasında keçirilən səsvermədə 456 deputatdan 312-sinin səsini alıb. Bu gün yuxarı palatada da səsvermə olmalıdır. Oktyabrın 22-də ...
Prezident: “Bunun başqa yolu yoxdur”
“Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməz ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın”. Oktyabrın 31-i Bakıda türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğanla birgə brifinqdə danışan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq ...
Qaçqın separatçıdan xəbər çıxdı
İspaniyanın Konstitusiya Məhkəməsi oktyabrın 31-də Kataloniya vilayətinin müstəqilliyi haqda qətnaməni ləğv edib. Eyni gündə bölgənin separatçı liderindən də xəbər çıxıb. Muxtariyyət statusu olan Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 90 faizindən çoxu böl...
Bakı sammiti
AZƏRTAC xəbər verir ki, oktyabrın 31-i Bakıda prezidentlər İlham Əliyev və Rəcəb Teyyub Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. İlham Əliyev iclasda deyib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: “Əlaqələrimizin...
18 il əvvəlki görüşün videosu
Ru.armeniasputnik.am saytı Azərbaycan və Ermənistan prezidentlərinin 18 il əvvəl keçirdiyi görüşün videosunu yayıb. Novator.az bildirir ki, 1998-ci ildən bəri Azərbaycan və Ermənistan prezidentləri 54 görüş keçirib. Bu görüşlərin yalnız biri Azərbaycanda olub. 1999-cu il oktyabrın 11-də Heydər Əliye...
Meriya və Müsavat: etiraza etirazlar
Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyinə mənfi cavab verilib. Müsavat piketi noyabrın 3-nə təyin edib. Bununla bağlı partiya oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib. Meriyanın cavab məktubunda deyilir ki, Bakı Şəhər İcra ...
Fikir mübadiləsi
Oktyabrın 31-i Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğanın təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Ş...
Yeni neft sazişi təsdiqləndi
Oktyabrın 31-də Milli Məclis yeni neft sazişini ratifikasiya edib. Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi Azərbaycan ...
Rəsmi qarşılanma mərasimi
Oktyabrın 31-i Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilir. Bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Xəbəri AZƏRTAC yayıb.
Qiyamçı lider ölkədən qaçıb
Kataloniya separatçılarının lideri Karles Puçdemont oktyabrın 30-da İspaniyanı tərk edərək Belçikanın paytaxtı Brüsselə sığınıb. Novator.az-ın məlumatına görə, Karles Puçdemontun Barselonadan avtomobillə Fransanın Marsel şəhərinə getdiyi, oradan təyyarə ilə Brüsselə uçduğu açıqlanıb. Qiyamda təqsirl...
“Üç ölkə göstərdi və sübut etdi ki…”
AZƏRTAC prezident İlham Əliyevin oktyabrın 30-u Bakı-Tbilisi-Qars dəmir yolunun açılışında etdiyi çıxışın mətnini yayıb. Dövlət başçısı deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir: “Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbayc...
Pis və çox pis (Rusiya və Ukraynada münasibət sorğuları)
Rusiyanın “Levada” mərkəzi rusiyalıların Ukraynaya, Kiyev Beynəlxalq İnstitutu isə ukraynalıların Rusiyaya münasibəti ilə bağlı sorğu keçirib. Novator.az xəbər verir ki, “Levada”nın apardığı sorğunun nəticələrinə görə, rusiyalı respondentlərin 33%-i Ukraynaya mənfi, 20%-i isə çox mənfi münasibətdə o...