Siyasət
Keçmişin işığında (1)
Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayılın 60 yaşı tamam olur. Novator.az yubilyarın “KQB-MTN… Görünən dağın bələdçiliyi” kitabından seçmələri oxucuların diqqətinə çatdırır. İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin...
Madrid Kataloniyanı cəzalandırmağa girişdi
Oktyabrın 19-da İspaniya hökuməti bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda Kataloniya vilayətinin muxtariyyət statusunun mədudlaşdırılması proseduruna başlanacağı bildirilir. Qeyd olunur ki, oktyabrın 21-də hökumətin fövqəladə toplantısı keçiriləcək. Toplantıda Kataloniya vilayətində ...
Arif Hacılı meriyanın cavabına münasibət bildirdi
Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın oktyabrın 21-nə təyin etdiyi yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən aldıqları cavaba münasibət bildirib. Meriya partiyanın yürüşlə bağlı müraciətini oktyabrın 19-da cavablandırıb. Yürüşə razılıq verilməyib, oktyabrın 21-də Yasamal rayonundak...
Yeni Zelandiyada yeni baş nazir
Yeni Zelandiya Leyborist Partiyasının 37 yaşlı lideri Casinda Ardern ölkənin baş naziri postuna gətirilib. Novator.az-ın məlumatına görə, sentyabrın 23-ü Yeni Zelandiyada parlament seçkisi keçirilib. Müxalif leyboristlər parlamentə 46 mandat alıb. Hakim Milli Partiya isə 56 yerə sahib ola bilib. Hök...
Meriyadan Müsavata rədd cavabı və təklif gəldi
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüşə razılıq verməyib. Partiyaya cavab məktubunda meriya həmin tarixdə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməyi təklif edib. Partiya meriyaya yürüşün marşrutu kimi iki variant təklif ...
Prezidentin köməkçisi hesab edir ki, “Qarabağ”ı qəsdən sıxışdırırlar
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov hesab edir ki, “Qarabağ” futbol klubunu qəsdən sıxışdırırlar. Bu fikirlərini Novruz Məmmədov “Qarabağ”la İspaniyanın “Atletiko” komandası arasında keçirilən görüşdən bir gün sonra, oktyabrın 19-da açıqlayıb. Görüş UEFA...
Prezident: “Dünyada risklər artır”
“Əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin”. Prezident İlham Əliyev oktyabrın 18-də MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək iştirakçıları ilə görüşündə belə deyib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, təhlükəsizliyin, s...
Gürcüstan: yerli seçkilərə 22 partiya və 5 blok qatılıb
Oktyabrın 21-i Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Novator.az-ın məlumatına görə, 5 şəhər və 59 rayonda mer, eləcə də 64 bələdiyyə məclisinin üzvləri (ümumilikdə 2058 deputat) seçiləcək. 3 milyon 440 min 123 seçicinin qeydə alındığı marafona 22 partiya və 5 blok qatılıb. Bələdiyyə məclislər...
“Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil”
Respublikaçı Alternativ (REAL) Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli “Facebook” şəbəkəsində açıqlama yayıb. O yazır: “Qapalı siyasi sistemlərdə bütün sahələr, bütün peşələr inkişafdan geri qalır. Texniki sahələrin geriliyi yalnız, ya da əsasən maddi olursa, hüquq, siyasət, sosial, təhsil, elm v...
26 ilin seçimi
26 müstəqillik ilində Azərbaycanda 6 referendum, 16 seçki keçirilib. Novator.az bildirir ki, 1991-ci ildə dövlət müstəqilliyi üç mərhələdə bərpa olunub: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib,...
Saakaşvili açıq hücuma keçdi
Oktyabrın 17-də bir qrup müxalifətçi Ukrayna paytaxtı Kiyevdə, Ali Radanın önündə etiraz aksiyası keçirir. Novator.az-ın məlumatına görə, aksiyada Odessa vilayətinin sabiq qubernatoru, Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili də iştirak edib. Aksiyada deputat toxunulmazlığının ləğvi, seçki...
Araz Əlizadə yenidən partiya sədri seçildi
Oktyabrın 15-də Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) XIII qurultayı keçirilib. Partiyanın mətbuat xidmətindən Novator.az-a verilən məlumata görə, qurultayda hesabat dövrü ərzində ASDP-nin fəaliyyəti müzakirə olunub və mərkəzi orqanlara seçki keçirilib. Araz Əlizadə yenidən ASDP-nin sədri s...
Sərkisyana cavab: “Yuxusu çin olmayacaq”
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkədə açıqlama yayaraq Ermənistan prezidentinin 16 oktyabr bəyanatına cavab verib: “Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq danışıqlar zamanı əldə edilən razılaşmanı p...
Zakir Həsənov Hulusi Akarla görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 17-si Tbilisidə Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb. Müdafiə sahəsində əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələr...
Sərkisyan bir daha meydan oxuyur
Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 16-sı Cenevrədə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşdən sonra diaspor nümayəndələri ilə bir araya gəlib. Novator.az-ın məlumatına görə, Serj Sərkisyan İsveçrədəki erməni diasporunun təmsilçilərinə İlham Əliyevlə görüş barədə bunları deyib: “...
Kataloniya separatçılarına daha 3 gün vaxt verildi
İspaniya hökuməti Kataloniya vilayətinin rəhbərliyinə daha bir ultimatum verib. Novator.az-ın məlumatına görə, baş nazirin müavini Sorayya Saens de Santamariya hökumətin Kataloniya vilayətinin başçısı Karles Puçdemonta oktyabrın 19-dək vaxt qoyduğunu açıqlayıb. O vaxtacan Kataloniya lideri bölgənin ...
Nazirlərin və həmsədrlərin birgə bəyanatı
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bəyanat veriblər. Bəyanatda deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 16-sı Cenevrədə zirvə görüşü keçiriblər. Minsk qrupunun həmsədrləri İqor Popov...
Cenevrədə görüş
Oktyabrın 16-da prezident İlham Əliyev İsveçrənin Cenevrə şəhərində ermənistanlı həmkarı Serj Sərkisyanla görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər. Xəbəri AZƏRTAC yayıb. Prezidentlərin İsveçrənin BMT-nin mənzil-qərarg...
Kataloniya lideri ultimatuma cavab verdi
Oktyabrın 16-da İspaniyanın Kataloniya vilayətinin başçısı Karles Puçdemont ölkə rəhbərliyinin ultimatumuna cavab verib. Novator.az-ın məlumatına görə, Karles Puçdemont İspaniya rəsmilərini dialoqa çağıran təklifini təkrarlayaraq deyib: “Dialoq təklifimiz səmimidir. Yaxın iki ayda bir nömrəli vəzifə...
Qırğızıstanın yeni prezidenti
Novator.az Qırğızıstandakı son prezident seçkisinin qalibi Sooronbay Jeenbekovun bioqrafiyasını təqdim edir. Sooronbay Jeenbekov 1958-ci il noyabrın 16-da Oş vilayətində doğulub. 1983-cü ildə Qırğız Kənd Təsərrüfatı İnstitutunu zoomühəndis ixtisası, 2003-cü ildə Qırğız Aqrar Universitetini mühasib i...