• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Madrid Kataloniyanı cəzalandırmağa girişdi  

  • 19 Oktyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Oktyabrın 19-da İspaniya hökuməti bəyanat yayıb. Novator.az-ın məlumatına görə, bəyanatda Kataloniya vilayətinin muxtariyyət statusunun mədudlaşdırılması proseduruna başlanacağı bildirilir. Qeyd olunur ki, oktyabrın 21-də hökumətin fövqəladə toplantısı keçiriləcək. Toplantıda Kataloniya vilayətində konstitusion qayda-qanunun bərpası üçün Senata təqdimat verilməsi gözlənir.

İspaniya Konstitusiyasının 155-ci maddəsi mərkəzi hökumətə muxtar ərazinin hüquqlarını məhdudlaşdırmaq səlahiyyəti verir.

Ərazisi 32,1 min kvadrat kilometr olan Kataloniya 1979-cu ildə muxtar vilayət statusu alıb. Bu il oktyabrın 1-i Kataloniyada keçirilmiş referenduma qatılanların 90 faizindən çoxu vilayətin müstəqil dövlət elan olunmasına tərəfdar çıxıb. İspaniya hökuməti referendumun qanunsuz olduğunu, nəticələrinin heç bir hüquqi qüvvə daşımadığını bəyan edib.

Kataloniya başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannamə imzalayıb. Mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin müstəqilliyi dəstəkləyən deputatlar da qol çəkib. Ancaq bölgənin müstəqil dövlət elan olunması barədə qanun qəbul edilməyib.

Oktyabrın 11-də İspaniyanın baş naziri Mariano Rahoy Kataloniya rəsmilərindən muxtariyyətin müstəqil dövlət elan olunub-olunmamasına aydınlıq gətirməyi tələb edib. “Müstəqillik elan olunub, ya yox” sualına cavab vermək üçün qoyulan müddət oktyabrın 19-da bitib.

Son məlumata görə, Kataloniya lideri Karles Puçdemont İspaniyanın baş naziri Mariano Rahoya məktub ünvanlayaraq bildirib ki, Madrid dialoqdan boyun qaçırıb təzyiqi davam etdirsə, Kataloniya parlamenti regionun müstəqilliyini elan edəcək.

Büdcə necə icra olunur?

  • 19 Oktyabr 2017
  • comments

Ümidlər yenə göyərdi

  • 19 Oktyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Start

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Start

Son materiallar

comments
Xəbər

Start

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Zəlzələ itkiləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda