Pis və çox pis (Rusiya və Ukraynada münasibət sorğuları)
- 30 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Rusiyanın “Levada” mərkəzi rusiyalıların Ukraynaya, Kiyev Beynəlxalq İnstitutu isə ukraynalıların Rusiyaya münasibəti ilə bağlı sorğu keçirib.
Novator.az xəbər verir ki, “Levada”nın apardığı sorğunun nəticələrinə görə, rusiyalı respondentlərin 33%-i Ukraynaya mənfi, 20%-i isə çox mənfi münasibətdə olduğunu bildirib.
Sorğuya cəlb olunan rusiyalıların yalnız 3%-i Ukraynaya münasibətinin çox yaxşı, 29%-i ümumən yaxşı olduğunu açıqlayıb.
Kiyev Beynəlxalq İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 30%-i Rusiyaya münasibətinin ümumən yaxşı, 7%-i isə çox yaxşı olduğunu deyib.
Sorğu göstərib ki, ukraynalı respondentlərin 24%-nin Rusiyaya münasibəti pis, 22%-nin münasibəti isə çox pisdir.
Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini işğal edərək özünə birləşdirib. Moskva Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal altında saxlayan separatçı rejimləri də dəstəkləyir.
Səidə Hüseynova