Baş nazirin ömrü uzandı
- 01 Noyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Liberal Demokrat Partiyasının lideri Sindzo Abe noyabrın 1-də yenidən Yaponiyanın baş naziri seçilib. Novator.az-ın məlumatına görə, hökumət başçısı parlamentin aşağı palatasında keçirilən səsvermədə 456 deputatdan 312-sinin səsini alıb. Bu gün yuxarı palatada da səsvermə olmalıdır.
Oktyabrın 22-də keçirilmiş növbədənkənar parlament seçkisində Liberal Demokrat Partiyası koalisiya tərəfdaşı Komeyto Partiyası birgə 313 mandata sahib çıxıb.
63 yaşlı Sindzo Abe 2012-ci ilin dekabr ayından baş nazirdir. O, parlamentin aşağı palatasını sentyabrın 28-də buraxmış, bu addımı qonşu Şimali Koreyadan gələn nüvə silahı hədələri fonunda hökuməti möhkəmləndirmək, ölkənin təhlükəsizliyi naminə konstitusiyanı dəyişdirməyə imkan qazanmaq zərurəti ilə əsaslandırmışdı.