• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Meriya və Müsavat: etiraza etirazlar

  • 31 Oktyabr 2017
5
SHARES
FacebookTwitterPinterest

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək istəyinə mənfi cavab verilib.

Müsavat piketi noyabrın 3-nə təyin edib. Bununla bağlı partiya oktyabrın 26-da Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edib.

Meriyanın cavab məktubunda deyilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piketin keçirilməsi məqsədəuyğun deyil. İcra hakimiyyəti əsas kimi Nazirlər Kabinetinin 27 sentyabr 2008-ci il tarixli 234 nömrəli sərəncamını göstərib. Həmin sərəncama görə, “Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır”.

Bastainfo.com xəbər verir ki, paytaxt rəhbərliyi 200 metrlik məsafədə də piket keçirmək üçün hər hansı ünvan göstərməyib.

Məsələ oktyabrın 31-də Müsavat Divanında müzakirə olunub və Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz sayılıb, piket üçün meriyaya yenidən müraciət göndərilib.

Müraciətdə deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti piketlə digər kütləvi etiraz aksiyalarını səhv salır: “Diqqətinizə çatdırırıq ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” adlanır. Bizim 26 oktyabr tarixli müraciətimiz isə mitinq, yürüş, nümayiş keçirilməsini yox, Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirilməsini nəzərdə tutur”.

Müraciətdə vurğulanır ki, ölkə qanunvericiliyinə görə, piketlər inzibati binaların 10 metrliyində keçirilə bilər. Partiya əsas kimi “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun yığıncaqların, toplantıların keçirilməsinin məhddudlaşdırılmasına dair 9-cu maddəsinin V bəndini göstərir. Həmin bənddə deyilir: “Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər”.

Müraciət bu sözlərlə bitir: “Müsavat Partiyasının noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəyi 50 nəfərlik piketi Nazirlər Kabinetin 234 saylı qərarına əsasən razılaşdırmaqdan imtina etməyiniz tamamilə qanunsuzdur. Nəzərinizə çatdırırıq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında saat 16-dan 16:30-dək piket keçirməklə bağlı 26 oktyabr tarixli müraciətini qüvvədə sayır və sizi piketin keçirilməsi ilə bağlı üzərinizə düşən vəzifəni qanuna müvafiq şəkildə icra etməyə çağırır”.

Müsavatın piket keçirməkdə məqsədi Bakı Şəhər İcra Hakimiyyətinin bu partiyaya oktyabr 21-də yürüş keçirməyə razılıq verməməsinə etiraz bildirməkdir.

Müsavat Partiyası oktyabrın 21-də “Azadlıq prospekti” stansiyasının çıxışından “Dərnəgül” stansiyasının qarşısındakı meydanadək və ya 20 saylı məktəbin yaxınlığındakı meydandan Hüseyn Cavid bağındakı meydanadək olan marşrutların birində yürüş keçirmək istəyirdi. Aksiyanın “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçirilməsi nəzərdə tutulurdu. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti yürüşə razılıq verməyib və Müsavata oktyabrın 21-də Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməyi təklif edib.

İcra hakimiyyəti yürüşə razılıq verməməsini aksiyanın nəqliyyat və piyadaların hərəkətinə mane olacağı ehtimalı ilə izah edib. Müsavat isə bunu bəhanə və yürüşlərin faktiki qadağan olunması, qanunların, konstitusiya müddəalarının pozulması kimi qiymətləndirib və etiraz əlaməti olaraq piket keçirməyi qərara alıb.

Fikir mübadiləsi

  • 31 Oktyabr 2017

18 il əvvəlki görüşün videosu

  • 31 Oktyabr 2017

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan-Ermənistan sərhədi üzrə komissiya yaradıldı

comments
Dünyanın səsiXəbər

Qaçqın-köçkün hesabatı

comments
ManşetXəbər

3 turnir, 233 komanda

comments
Dünyanın səsiManşetXəbər

Zelenskinin intihar xəbərini kim yayıb? – CNN

comments
ManşetXəbər

Məhsullar üzrə idxal göstəriciləri

comments
Xəbər

Yeni həbs, tanış ittiham

comments
Xəbər

Yoluxma, ölüm, peyvənd

comments
ManşetXəbər

Azərbaycanın ixrac malları

comments
ManşetXəbər

Üçtərəfli görüş

comments
Xəbər

Beşlikdə son iki nöqtə

comments
Xəbər

Naxçıvanın dörd ayı, orta maaşı

comments
Xəbər

Yeni mərkəzin rəhbərləri bəlli oldu

comments
AktualDünyanın səsiManşetXəbər

Rusiya 40 yaşdan yuxarı şəxsləri orduya dəvət edir

comments
AktualManşetXəbər

Şikayət, bəraət və azadlıq istəyi

comments
Xəbər

Bərpaya start

comments
Xəbər

Milli Müdafiə Universiteti yaradılıb

comments
Dünyanın səsiManşetXəbər

Lukaşenko müxalifləri edam etməyə hazırlaşır?

comments
ManşetXəbər

Qadir İbrahimli

comments
ManşetXəbər

İsa Qəmbər məhkəməyə üz tutur

comments
AktualManşetXəbər

Saraydakı baş məmurlar

comments
AktualManşetXəbər

Azərbaycan hansı ölkələrə neft satır?

comments
AktualManşetXəbər

Azərbaycanın Avropa İttifaqına ixracı

comments
ManşetXəbər

Yenə Brüssel

comments
AktualManşetXəbər

Yaxın ölkələrlə alış-veriş

comments
AktualManşetXəbər

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

comments
AktualDünyanın səsiManşetXəbər

Birinci xanım tarixi

comments
Xəbər

Yeni mərkəzin statusu

comments
Dünyanın səsiManşetXəbər

Keçmiş baş nazirin qatillərindən biri azadlığa buraxılıb

comments
AktualManşetXəbər

Neftsiz ixracın ünvanları

comments
AktualXəbər

Xaricdəki əsas tərəfdaşlar

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda