Siyasət
İran saytı Qarabağa səfəri təbliğ edir
İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət göstərən Poolnews.ir xəbər agentliyi əhalini işğal altında olan Azərbaycan ərazilərinə səfərə təşviq edir. Xəbəri noyabrın 13-də Gunaz.tv yayıb. Məlumata görə, Poolnews.ir saytının “Qarabağa səfər üçün bələdçilik” başlığ...
Baş nazir hökuməti ixtisar etdi
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hökumətdə dəyişikliklər edib. Novator.az-ın məlumatına görə, baş nazir noyabrın 13-də bəyan edib ki, nazirliklərin sayı 18-dən 14-ə enir. Energetika Nazirliyi, Ətraf Mühiti və Təbii Sərvətləri Mühafizə Nazirliyi, Gənclər və İdman Nazirliyi, eləcə də Avropa ...
Postun sahibi dəyişmədi
Sloveniya prezidenti Borut Pahor postunu əlində saxlayıb. Novator.az-ın məlumatına görə, noyabrın 12-si prezident seçkisinin ikinci turunda Kamnik şəhərinin meri Maryan Şaretslə üz-üzə gələn Borut Pahor rəqibini 52,9 faiz səslə üstələyib. İlk tur oktyabrın 22-də 9 namizədin iştirakı ilə keçirilmiş, ...
2018-ci il əminliyi
“Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir”. Noyabrın 10-u Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, son illər Gəncənin yeniləşməsi ilə bağlı çox addım atılıb: “Bu gün həm qədim, həm müasir Gəncə nəin...
Minsk gündəliyi (4)
İlham İSMAYIL DTK-da hərəmizi bir şöbəyə göndərdilər. Mən 2-ci şöbəyə düşdüm. Bu şöbə xarici təxribata qarşı əks-kəşfiyyatın ən aparıcı şöbəsi idi. Şöbə rəisinə təqdim olundum: Namiq Abbasova (sonralar milli təhlükəsizlik naziri oldu). Abbasovun ilk sualı ixtisasım barədə oldu. Jurnalist olduğumu de...
REAL meriyadan 400 nəfərlik yer istəyir
Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılan eyniadlı partiyanın təşəbbüs qrupu Bakı Şəhər İcra Hakimiyyətinə yeni müraciət ünvanlayıb. Novator.az bildirir ki, müraciətdə meriyadan balansında olan, 400 nəfər üçün münasib hər hansı bir qapalı məkanı təsis qurultayı üçün ayırmaq xahiş olunu...
Rəsulzadənin çimərlik fotosu
Vahid QAZİ Söz vaxtına çəkər, 2013-cü ilin bir soyuq noyabr axşamıydı. Praqa hotellərinin birində otağıma çəkilib televizorda baxmağa veriliş gəzirdim. Pultla kanalları çevirir, dünyanın neçə dilində yayımlanan TV-ləri bir-bir ötürürdüm. Erməni kanalına rast gələndə əl saxladım. Ermənicə bir şey anl...
Vyanada Qarabağ müzakirəsi
ATƏT Daimi Şurasının noyabrın 9-u Vyanada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ), ATƏT sədrinin şəxsi nümayəndəsi və yüksək səviyyəli planlaşdırma qrupu rəhbərinin iştirak etdiyi icla...
Daha bir separatçı həbsə getdi
İspaniya Ali Məhkəməsi Kataloniya vilayəti parlamentinin keçmiş sədri Karme Forkadelin həbsinə qərar verib. Noyabrın 9-da verilən qərara əsasən, Karme Forkadel 150 min avro girovla azadlığa çıxa bilər. Novator.az-ın məlumatına görə, vilayət parlamentinin rəhbərliyində olmuş 4 nəfərin 25 min dollar g...
Müdafiə naziri Brüsseldə nəyə söz verib?
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-u Brüsseldə NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfə verən dövlətlərin sammitinə qatılıb. Toplantıda Əfqanıstandakı təhlükəsizlik vəziyyəti, yerli müdafiə qüvvələrinin inkişafı, Qətiyyətli Dəstək Missiyasının g...
“Neft o ölkələrə fəlakət gətirir”
“Azərbaycan neftin vətənidir”. Prezident İlham Əliyev noyabrın 8-i Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən mərasimdə belə deyib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Azərbaycanda 2 milyardıncı ton neftin hasil olunm...
30-a yaxın deputatın vəzifəsi var
Noyabrın 6-da səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, prezident İlham Əliyevin sərəncamı ilə deputat Kamran Nəbizadə həmin qurumun baş direktoru təyin edilib. Novator.az bildirir ki, daha 8 deputat icra səlahiyyətli orqanda çalışır: Rövnəq Abdullay...
Minsk gündəliyi (3)
İlham İSMAYIL Psixologiya dərsi idi. Müəllimimiz, gənc kapitan seminar dərsi keçirdi. Qapı döyüldü, kursun növbətçisi içəri girdi: – Yoldaşlar, kursun rəhbərliyinin tapşırığı ilə bir xəbəri diqqətinizə çatdırmalıyam. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid İliç...
Avakovu aşırtmaq mümkün olmadı
Noyabrın 7-si Ukrayna parlamentində daxili işlər naziri Arsen Avakovun vəzifədən çıxarılması ilə bağlı qərar layihəsi səsə qoyulub. Novator.az-ın məlumatına görə, layihə keçməyib, çünki təklifi Ali Radanın cəmi 31 deputatı dəstəkləyib. Ukraynada Nazirlər Kabineti üzvlərini parlament vəzifəyə təyin v...
Milli Şuranın seçki planı nədir?
Demokratik Qüvvələrin Milli Şurası mitinqləri davam etdirmək müzakirələri aparır. Bu müxalif qurum sentyabrın 23-ü, oktyabrın 7-si və 28-də Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinqlər keçirib. Aksiyalarda korrupsiyaya, insan hüquqlarının tapdanmasına etiraz ifadə o...
Karles Puçdemont şərtlə buraxıldı
İspaniyanın Kataloniya vilayətinin keçmiş başçısı Karles Puçdemont 4 nəfər müşaviri ilə birlikdə sərbəst buraxılıb. Onlar noyabrın 5-də Belçikanın paytaxtı Brüsseldə polisə təslim olmuşdu. Novator.az-ın məlumatına görə, məhkəmə onlara İspaniyaya təhvil verilmə məsələsi həll edilənə qədər Belçikadan ...
Müsavat paytaxtda piket keçirdi
Müsavat Partiyası noyabrın 3-ü Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sanksiyalaşdırılmamış piket keçirib. Novator.az xəbər verir ki, piketdə meriyanın partiyaya oktyabrın 21-də yürüş keçirməyə razılıq verməməsinə etiraz bildirilib. Şüarlar səsləndirilib, piketin qətnaməsi oxunub. Müsavat ...
Saakaşvili Miqrasiya Xidmətini məhkəməyə verdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada qaçqın statusu almaq üçün məhkəməyə üz tutub. Saakaşvili sığınacaq almaq üçün Miqrasiya Xidmətinin Kiyev vilayəti şöbəsinə oktyabrın 3-də müraciət edib, oktyabrın 24-də imtina cavabı alıb. Novator.az-ın məlumatına görə, noyabrın 2-də Kiyev İnz...
“Azərbaycanda 10 jurnalistdən 9-na hücum cəzasız qalır”
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Jurnalistlərə Qarşı Cəzasızlığa Son Qoymaq Uğrunda Beynəlxalq Gün münasibətilə bəyanat yayıb. Bəyanatında o, dünyada jurnalistlərin insanların həyatına mənfi təsir göstərən hadisələri işıqlandırmaq naminə riskə getdiyini vurğulayıb. Hizer Noyert deyib ...
Separatçı liderlər həbs edildi
İspaniyanın Milli Məhkəmə Palatası Kataloniya hökumətinin üzvü olmuş 8 nəfər haqqında həbs qərarı çıxarıb. Onların arasında prezident Karles Puçdemontun müavini olmuş Oriol Junkeras da var. Novator.az xatırladır ki, Kataloniya vilayətində oktyabrın 1-də keçirilmiş qanunsuz referenduma qatılanların 9...