Siyasət
“Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq”
Prezident İlham Əliyev fevralın 12-də “Real” televiziyasına müsahibə verib. O, Azərbaycan mediasına böyük dəstək göstərdiyini vurğulayıb: “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan...
Yeni təyinat
Prezident İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edib. Sərəncam fevralın 12-də imzalanıb. Rəvan Həsənov 2017-ci ildən icraçı direktorun səlahiyyətlərini icra edirdi. Novator.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi pr...
Kütləvi aksiya hansı motivlərlə qadağan oluna bilər?
Novator.az Azərbaycan qanunvericiliyinin kütləvi aksiyalar məsələsini necə tənzimləməsinə nəzər salıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, “toplantı” yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu ...
Qarabağ mitinqinə niyə yox deyilir?
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya...
Paşinyan yenə danışıq formatını təftiş edir
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 12 fevral iclasında hökumətin proqramını təqdim edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa işt...
Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı
Fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il...
Bakı sammitinin təşkilat komitəsi
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-sı Bakıda keçiriləcək zirvə görüşünə hazırlıq üçün təşkilat komitəsi yaradılıb. Prezident Administrasiyası rəhbərinin sədrlik etdiyi komitədə xarici işlər naziri, daxili işlər naziri, fövqəladə hallar naziri...
Zahid Oruc yeni statusda
Prezident İlham Əliyev Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edib. Sərəncam fevralın 11-də imzalanıb. Dövlət başçısının 8 fevral 2019-cu il fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə möv...
Çörəklə sınağa çəkilənlər…
Hikmət Nazim Qəzetlərdən birinə korrektor vəzifəsinə dəvət olunmuşdum. Uzun müddət işsiz qalandan sonra bu təklif hava kimi, su kimi gəlmişdi. Maaş ürəkaçan olmasa da, istədiyim iş idi. Təzə-təzə alışırdım, hər şey yaxşı gedirdi. Elə bunu demişdim… Deməmiş olaydım. Bir gün qəzetin baş redaktor...
Ovannisyan Sərkisyanın partiyasından gedir
Ermənistan Respublika Partiyasının İcra Orqanının üzvü Arpine Ovannisyan qurumdan ayrılmaq qərarı verib. Novator.az-ın məlumatına görə, o, “Facebook” səhifəsində yaydığı açıqlamada partiyadan ayrılmağını vəkilliklə məşğul olmaq istəyi ilə əsaslandırıb. Arpine Ovannisyan bu yaxınlarda vəkillik lisenz...
Ukrayna prezidentliyinə kimlər iddia edir?
Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb. Novator.az-ın məlumatına görə, martın 31-də keçiriləcək prezident seçkisinə 44 iddiaçı buraxılıb. Namizədlərdən biri dövlət başçısı Pyotr Poroşenkodur. 1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 2...
REAL-ın kampaniyası necə keçir?
Azərbaycan Konstitusiyasının 96-cı maddəsi seçki hüququ olan 40 min vətəndaşa da qanunvericilik təşəbbüsü ilə çıxış etmək, yəni Milli Məclisin müzakirəsinə qanun layihələri təqdim etmək hüququ verir. Respublikaçı Alternativ Partiyası (REAL Partiya) bunu əsas götürərək seçki hüququ olan 40 min vətənd...
Məhbuslarla bağlı dinləmə keçirilib
Fevralın 7-si Müsavat Partiyasının qərargahında Siyasi Məhbusları Müdafiə Mərkəzi ilə Məhbus Ailələrinin Koordinasiya Mərkəzi ictimai dinləmə təşkil edib. Dinləmələrdə hüquq müdafiəçiləri və onların siyasi məhbus kimi tanıdığı şəxslərin ailə üzvləri iştirak ediblər. “Turan”ın məlumatına görə, Siyasi...
Ukrayna: prezidentliyə 42 iddiaçı var
Fevralın 8-də Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırır. Prezident seçkisi martın 31-də keçiriləcək. Əsas namizədlərdən biri dövlət başçısı Pyotr Poroşenkodur. 1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iy...
Administrasiyanın müraciət hesabatı
Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov AZƏRTAC-da yayılan məqaləsinin ikinci hissəsində 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizinin ərizə, 30,7 faizinin şikayət, 0,3 faizinin təklif olduğun...
Poroşenkonun namizədliyi qeydə alındı
Fevralın 7-də Ukraynanın Mərkəzi Seçki Komissiyası dövlət başçısı Pyotr Poroşenkonun prezidentliyə namizədliyini qeydiyyata alıb. Novator.az-ın məlumatına görə, qurumun iclasında prezidentliyə daha üç iddiaçıya yaşıl işıq yandırılıb: Yuri Karmazin, Yuliya Litvinenko, Aleksandr Vaşşenko. Prezident se...
Köçəryan rədd cavabı aldı
Fevralın 7-də Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryanın şikayəti üzrə prosesi yekunlaşdırıb. Novator.az-ın məlumatına görə, şikayət rədd olunub, keçmiş dövlət başçısının həbsdə qalmasına qərar verilib. Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb e...
Müsavatçı gəncin məhkəməsi: şahid dindirilib
Fevralın 6-sı Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəylinin mühakiməsi davam etdirilib. Meydan.tv xəbər verir ki, hakim Fuad Hüseynovun sədrliyilə keçirilən prosesdə “Nikoyl” bankının Qaradağ filialının müdiri olmuş Emin Axundov şahid qismi...
Hakimlər Əli Kərimlinin dindirilməsinə razılaşmadı
Fevralın 6-sı AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmə prosesi d...
55 partiyadan 3-ü hesabat verib
Siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Bu, “Siyasi partiyalar haqqında” qanunun tələbidir. MSK hesabatları internet saytında yerləşdirib ictimaiyyəti məlumatlandırmağa borcludur. Rəsmi dövlət qeydiyyatında 55...