Siyasət
Qarabağ Komitəsində fikir ayrılığı
Sabiq daxili işlər naziri İsgəndər Həmidov Qarabağ Komitəsindən, müharibə veteranı İlham İsmayıl isə qurumun İdarə Heyətindən istefa verib. Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində fevralın 13-dək İsgəndər Həmidov və İlham İsmayılla yanaşı Pənah Hüseyn, M...
Növbəti mitinq problemli kreditlərə həsr ediləcək
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli “Turan” agentliyinin “Çətin sual” proqramına müsahibəsində 19 yanvar aksiyasının ölkənin ictimai-siyasi həyatına böyük təsir göstərdiyini vurğulayıb: “Bu, son beş ildə Milli Şuranın keçirdiyi 20-ci mitinq idi və daha möhtəşəm, çoxminli aksiya...
“Demokratik rejim bərqərar olanadək mübarizəmi davam etdirəcəm”
Fevralın 13-də azadlığa çıxan Məmməd İbrahim “Amerikanın səsi”nə müsahibəsində deyib ki, siyasi fəaliyyətini AXCP sıralarında davam etdirəcək. Məmməd İbrahim AXCP sədrinin müşaviridir. O, 2015-ci ilin sentyabrında həbs edilib, AXCP-dən ayrılmış Mikayıl Quliyevi və daha iki nəfəri döyməkdə ittiham ol...
“İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar”
“İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”. Yap.org.az-ın 13 fevral məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov qeyri-hökumət t...
Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?
Xalid Ağalıyev media hüquqçusu Bakıda iki tanınmış jurnalistin – Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli və Criminal.az saytının baş redaktoru Anar Məmmədovun məhkəməsi davam edir. Həbs təhlükəsi real olan jurnalistlər “hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya qurulu...
Prezident hərbi qulluqçularla birlikdə nahar edib
Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev fevralın 13-də Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, 13 hektar ərazidə yerləşən hərbi hissənin inşasına 2017-ci ildən başlanıb. T...
Məmməd İbrahim azadlığa çıxdı
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahim fevralın 13-də azadlığa buraxılıb. Vəkil Cavad Cavadovun yaydığı məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilən şikayətə baxıb: “Bizim tələ...
Köçəryanın cinayət işi böyüyür
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Köçəryana yeni ittiham irəli sürüb. Novator.az-ın məlumatına görə, Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Yeni ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, ...
Yerevana cavab
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticə yönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlara baxmayaraq Ermə...
“Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq”
Prezident İlham Əliyev fevralın 12-də “Real” televiziyasına müsahibə verib. O, Azərbaycan mediasına böyük dəstək göstərdiyini vurğulayıb: “Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan...
Yeni təyinat
Prezident İlham Əliyev Rəvan Vaqif oğlu Həsənovu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edib. Sərəncam fevralın 12-də imzalanıb. Rəvan Həsənov 2017-ci ildən icraçı direktorun səlahiyyətlərini icra edirdi. Novator.az bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi pr...
Kütləvi aksiya hansı motivlərlə qadağan oluna bilər?
Novator.az Azərbaycan qanunvericiliyinin kütləvi aksiyalar məsələsini necə tənzimləməsinə nəzər salıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, “toplantı” yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu ...
Qarabağ mitinqinə niyə yox deyilir?
Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin fevralın 16-na təyin etdiyi mitinqin keçirilməsinə razılaşmayıb. Komitə icra hakimiyyətinə müraciətində aksiyanı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyini bəyan etmişdi. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya...
Paşinyan yenə danışıq formatını təftiş edir
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin 12 fevral iclasında hökumətin proqramını təqdim edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir yenə danışıqların formatı məsələsini qaldırıb. O deyib ki, Ermənistan Dağlıq Qarabağın sülh danışıqlarında birbaşa işt...
Müsavatçının məhkəməsi: vəsatət təmin olunmadı
Fevralın 11-i Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci il...
Bakı sammitinin təşkilat komitəsi
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-sı Bakıda keçiriləcək zirvə görüşünə hazırlıq üçün təşkilat komitəsi yaradılıb. Prezident Administrasiyası rəhbərinin sədrlik etdiyi komitədə xarici işlər naziri, daxili işlər naziri, fövqəladə hallar naziri...
Zahid Oruc yeni statusda
Prezident İlham Əliyev Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edib. Sərəncam fevralın 11-də imzalanıb. Dövlət başçısının 8 fevral 2019-cu il fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə möv...
Çörəklə sınağa çəkilənlər…
Hikmət Nazim Qəzetlərdən birinə korrektor vəzifəsinə dəvət olunmuşdum. Uzun müddət işsiz qalandan sonra bu təklif hava kimi, su kimi gəlmişdi. Maaş ürəkaçan olmasa da, istədiyim iş idi. Təzə-təzə alışırdım, hər şey yaxşı gedirdi. Elə bunu demişdim… Deməmiş olaydım. Bir gün qəzetin baş redaktor...
Ovannisyan Sərkisyanın partiyasından gedir
Ermənistan Respublika Partiyasının İcra Orqanının üzvü Arpine Ovannisyan qurumdan ayrılmaq qərarı verib. Novator.az-ın məlumatına görə, o, “Facebook” səhifəsində yaydığı açıqlamada partiyadan ayrılmağını vəkilliklə məşğul olmaq istəyi ilə əsaslandırıb. Arpine Ovannisyan bu yaxınlarda vəkillik lisenz...
Ukrayna prezidentliyinə kimlər iddia edir?
Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin qeydiyyatını başa çatdırıb. Novator.az-ın məlumatına görə, martın 31-də keçiriləcək prezident seçkisinə 44 iddiaçı buraxılıb. Namizədlərdən biri dövlət başçısı Pyotr Poroşenkodur. 1965-ci il təvəllüdlü Pyotr Poroşenko 2014-cü il mayın 2...