Siyasət
Moldova seçkisinin ilkin nəticələri
Moldovada fevralın 24-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 101 deputatdan 50-ni müəyyənləşdirən proporsional sistemlə səsvermədə prezident İqor Dodonun başçılıq etdiyi Sosialist Partiyası 31,3% səslə önə çıxıb. ACUM bloku 26,2%, Demokrat Parti...
İntim görüntüləri yayılan kimdir?
Hikmət Nazim Bir də görürsən sosial şəbəkələrdə hansısa müğənniyə aid olduğu deyilən intim fotolar yayılır. Yayılır, elə yayıldığı günün səhərisi silinir. Neçə-neçə mövzuda ağzına su alıb oturan, məsələ sadəcə şəxsi həyata gələndə bir addım belə geri çəkilməyən bəzi xəbər saytları dayanmırlar. Həmin...
Türkiyə Böyük Millət Məclisinin yeni sədri kimdir?
Ədalət və İnkişaf Partiyasından millət vəkili Mustafa Şentop fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Mustafa Şentop İstanbul və Mərmərə universitetlərində hüquq təhsili alıb. 1993-cü ildən Mərmərə Universitetində dərs deyib, profess...
Qazaxıstanda yeni baş nazir
Fevralın 25-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Əsgər Mamini baş nazir vəzifəsinə təyin edib. Novator.az bildirir ki, Əsgər Mamin 1965-ci ildə doğulub. Selinoqrad Mühəndis İnşaat İnstitutunu və Rusiya İqtisadiyyat Akademiyasını bitirib. Nəqliyyat və kommunikasiya naziri, paytaxt Astananın ...
Prezident müşavirə keçirib
Fevralın 25-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib, sonra müşavirədə müzakirələr aparılıb.
AXCP üzvləri həbs olunub
Ötən həftənin sonlarında AXCP üzvləri Tofiq Məmmədov və Baba Süleymanov həbs ediliblər. Hər iki fəal Bakıda tutulub və hər ikisi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinərək 15 sutkalığa həbs olunub. Tofiq Məmmədov haqda qərar Nəs...
“Hər an yeni qanlı müharibələr başlaya bilər”
AZƏRTAC prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Xocalı soyqırımının dünyada tanınması tarixi zərurətdir” sərlövhəli məqaləsini yayıb. Məqalədə qeyd olunur ki, 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldıraraq Dağlıq Qarabağ Muxtar ...
Yeni mitinq müraciəti
Demokratik Qüvvələrin Milli Şurası yenə mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Aksiya martın 2-si saat 15-dən 17-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) təyin olunub. Müxalif təşkilat bu il yanvarın 19-da həmi...
Milli Şura: “Təxribata əsas vermək olmaz”
Demokratik Qüvvələrin Milli Şurası fevralın 23-də keçirmək istədiyi mitinqə razılıq verilməməsi ilə bağlı bəyanat yayıb. Təşkilat bu il yanvarın 19-da paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiyada siyas...
Dustaqlar və illər
Bir qrup hüquqşünas, jurnalist və hüquq müdafiəçisinin birləşdiyi Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup 127 nəfəri siyasi məhbus sayır. Novator.az bildirir ki, siyahının jurnalist və bloqçular bölümündən Nicat Əliyev və Araz Quliyev 2012-ci ildən, Rəşad Ramazanov 2013-cü ildən, Seymur Həz...
Ən stajlı icra başçıları
Azərbaycan Konstitusiyasına görə, yerli icra hakimiyyətlərinin başçılarını prezident vəzifəyə təyin edir. Novator.az bildirir ki, hazırda ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. O, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə gətirilib. Xocalı Rayon İcra Hakimiyyətinə başçılıq e...
İnformasiya şəbəkəsinə nəzarət qurumunun əsasnaməsi təsdiqləndi
Fevralın 21-də prezident İlham Əliyev İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının əsasnaməsini təsdiqləyib. 2018-ci il martın 29-da yaradılmış komissiyaya Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi sədrlik ed...
Azərbaycan alternativ internet kanallarını gücləndirməlidir
Hazırlaşın, yaxın zamanlarda interneti bağlayacaqlar. Düz oxudunuz. İnternetin qapadılması yeni dəbdir və çox yaxın müddətdə Azərbaycan istifadəçiləri də bununla qarşılaşa bilərlər. Rusiya parlamenti daxili internet haqda yenicə qanun layihəsi qəbul edib. Bu isə o deməkdir ki, ölkəyə kənardan gələn ...
İran prezidenti Azərbaycanın parçalanmasını necə şərh edir?
Gunaz.tv-nin məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani fevralın 11-i Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə ölkəsinin son iki əsrdə xeyli torpaq itirdiyini iddia edib: “Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqaz...
Ermənilərin 19,2%-i Qarabağı əsas vəzifə sayır
Sputnikarmenia.ru saytı “2019-cu ildə Ermənistanda ilk növbədə nəyi dəyişmək gərəkdir” suallı internet sorğusunu başa çatdırıb. Oxucuların 19,2%-i Dağlıq Qarabağ münaqişəsinin həllini 2019-cu ilin ən başlıca vəzifəsi kimi göstərib. Novator.az-ın məlumatına görə, digər cavab variantları üzrə nəticələ...
Türkiyə: seçimə hansı qüvvələr gedir?
Martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Novator.az-ın məlumatına görə, 30 böyük şəhər, 51 şəhər, 922 rayon, 32 min 105 qəsəbə, 18 min 306 kənd üzrə yerli özünüidarəetmə orqanları formalaşacaq. Seçkiyə qatılan 13 partiya bülletenlərdə belə sıralanır: Səadət Partiyası, Müstəqil Türkiyə ...
Mitinq müzakirəsi aparılacaq
Demokratik Qüvvələrin Milli Şurasının və AXCP-nin rəhbərliyi fevralın 21-də mitinq müzakirəsi aparmaq üçün toplaşacaq. Fevralın 20-də Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə mənfi cavab verib. Əsas tələbləri siyasi məhbusların azad edilməsi, sosial ədalət və demokratik islahatla...
Həmsədrlər Bakıda
Prezident İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Skoferi və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşiki qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin ...
18 jurnalistin ölkədən çıxışına qadağa var
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb. Sənəd 30 nəfərlə aparılan müsahibə əsasında hazırlanıb. Azadliq.org-un məlumatına görə, dəyərləndirmə sənədində deyilir ki, ölkədə...
Müsavatçı gəncin işi: zərərçəkmiş iddiasından imtina etdi
“Nikoyl” İnvestisiya Kommersiya Bankı zərərçəkmiş kimi tanındığı məhkəmə işində mülki iddiasından imtina edib, məhkəməyə təqsirləndirilən şəxslərdən şikayətçi, onlardan tələbinin olmadığı barədə ərizə göndərib. “Nikoyl” bankının zərərçəkmiş kimi tanındığı işdə təqsirləndirilən şəxslər Müsavatçı Gənc...