Ermənilərin 19,2%-i Qarabağı əsas vəzifə sayır
- 21 Fevral 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Sputnikarmenia.ru saytı “2019-cu ildə Ermənistanda ilk növbədə nəyi dəyişmək gərəkdir” suallı internet sorğusunu başa çatdırıb. Oxucuların 19,2%-i Dağlıq Qarabağ münaqişəsinin həllini 2019-cu ilin ən başlıca vəzifəsi kimi göstərib.
Novator.az-ın məlumatına görə, digər cavab variantları üzrə nəticələr belə olub:
İş yerləri yaratmaq – 28%
Korrupsiyanı aradan qaldırmaq – 17,3%
Maaş və pensiyaları artırmaq – 13,7%
Cinayətkarlığı azaltmaq – 9,6%
Vergiləri azaltmaq – 7%
Konstitusiyanı dəyişmək – 5,2%.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 25 ildir aparılan sülh danışıqları heç bir nəticə vermir.