Siyasət
İsgəndər Həmidov aclıq aksiyası elan edib
Azərbaycan Xalq Hərəkatının lideri İsgəndər Həmidov, hərəkatın üzvləri Azad Lətifov və Ramazan İsayev aclıq aksiyasına başladıqlarını elan ediblər. Novator.az-ın məlumatına görə, İsgəndər Həmidov sosial şəbəkədə jurnalist Əvəz Zeynallıya deyib ki, onlar bu aksiya ilə 16 yaşlı Şirvan sakini Sehranə Q...
Paşinyan meydan oxuyur
Almaniyaya səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-i Kölndə erməni icmasının nümayəndələri ilə görüşüb. Novator.az-ın məlumatına görə, diaspor təmsilçiləri ilə söhbətində Dağlıq Qarabağ münaqişəsinə toxunan Nikol Paşinyan güzəştlər barədə suala öncə Azərbaycanın cavab verməli o...
Novxanıda Rəsulzadə mitinqləri
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Bakının Novxanı qəsəbəsində yürüş-mitinqlər keçirilib. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Ba...
Endirimlə satılan kitablar
“Qanun” Nəşrlər Evi dərc etdiyi kitabların endirimlə satışını davam etdirir. “Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq o...
Müsavatçı gəncin məhkəməsi
Yanvarın 30-u Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəylinin işi üzrə proses keçirilib. Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib. İttihama əsasən, Əbü...
“Bəlkə bu siyasi girovun da azadlığa buraxılmasını tələb etməliyik?!”
Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür. Müsavat Partiyasının sabiq başqanı, 1992-1993-cü illərdə Azərbaycan parlamentinin sədri olmuş İsa Qəmbər “Facebook” şəbəkəsində Rəsulzadənin möhtəşəm bir heykəlinin hazırlandığını vurğulayaraq yaz...
Binanın içində məhkəmə, çölündə tutqu davam edir
Yanvarın 30-u AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmə prosesi d...
Ukraynada 26-lar
Ukrayna Mərkəzi Seçki Komissiyasının 30 yanvar iclasında daha üç nəfərin prezidentliyə namizədliyi rəsmiləşib. Qeydiyyat baryerini İqor Smeşko, İnna Boqoslovskaya və Vladimir Zelenski aşıb. Novator.az-ın məlumatına görə, bununla dövlət başçısı postuna rəsmi iddiaçıların sayı 26-ya çatıb. Martın 31-d...
Senzura haqqında bir neçə kəlmə
Hikmət Nazim Azərbaycanda senzuranın ləğvi haqda bir yazı oxudum. Daha doğrusu, sorğu. Müəllif sorğunun giriş hissəsində senzuranın ləğvindən əvvəlki çətinlikləri xatırlayır, sonra sözünə davam edir: “…O dövrdə çıxan qəzetlərin bəzi səhifələri tamamilə ağ çap edilir, yaxud yazıda hansısa abzas...
“Çox yorğunam, məni gözləmə, kapitan…”
(ağ gəmidən – ağ ata, ağ atdan – ağ gəmiyə) İbrahimxəlil Ümidlərin tükəndiyi bir çağda dirilişin adı olan Ərtoğrula baxıram – “Diriliş: Ərtoğrul” filminə. Film 2014-cü il dekabrın 10-da ekranlara çıxsa da ötən ilin payızından baxıram. Səbəbi arazbarı qarlı-qubarlı tarixçə olduğundan toxunmuram. Sadə...
Mitinq üçün müraciət edildi
Qarabağ Komitəsi fevralın 16-da keçirmək istədiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Fevralın 16-sı paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirmək qərarı Qarabağ Komitəsinin 23 yanvar iclasında qəbul olunub. Novator.az-ın məlumatına gö...
Ən təhlükəsiz ölkə hansıdır?
“Global Finance” jurnalı təhlükəsiz ölkələrin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, 128 ölkənin yer aldığı təhlükəsizlik reytinqinin tərtibatında hərbi münaqişə ehtimalı, iqtisadi inkişaf səviyyəsi, cinayətkarlığın və şəxsi təhlükəsizliyin həddi, habelə təbii fəlakət ehtimalı kimi meyar...
23-cü namizəd rəsmiləşdi, prezident qərar verdi
Ukraynanın Mərkəzi Seçki Komissiyası Ali Radanın deputatı Sergey Tarutanın prezidentliyə namizədliyini qeydiyyata alıb. Qərar yanvarın 29-da verilib. Novator.az-ın məlumatına görə, Sergey Taruta prezidentliyə 23-cü rəsmi iddiaçı olub. Martın 31-də keçiriləcək prezident seçkisinə daha əvvəl bu şəxslə...
“Rəsulzadənin heykəlini emalatxanada görmüşəm – möhtəşəmdir”
Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin 135 illiyidir. Bu münasibətlə yanvarın 29-da Milli Strateji Düşüncə Mərkəzinin təşəbbüsü ilə “Rəsulzadə – Hürriyyət – İstiqlal” adlı dəyirmi masa keçirilib. Bastainfo.com-un ...
Bakıda sülh müzakirələri
Yanvarın 29-u Xarici İşlər Nazirliyində “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətinin Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib. Novator.az bildirir ki, 2009-cu ildə yaradılmış “Dağ...
Cəbhəçilərin məhkəməsi: şahidlər dindirilib
Yanvarın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin mühakiməsi davam etdirilib. “Turan”ın məlumatına görə, məhkəmə zalında prosesi izləyənlər arasında ABŞ və Rusiya səfirliklərinin nümayəndələri də olub. Rusiya tərəfdən prosesi səfirliyin konsul şöbəsinin müşaviri Vladimir Timoşenko izlə...
Vaşinqtondan zəng
Prezidentin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, yanvarın 29-u axşam ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton dövlət başçısı İlham Əliyevə zəng edib: “Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik...
Azərbaycan korrupsiya reytinqində
“Transparency İnternational” təşkilatı 2018-ci il üçün Korrupsiya Qavrama İndeksini açıqlayıb. Reytinq 0-100 ballıq qiymətləndirmə əsasında hazırlanıb. Novator.az bildirir ki, hesabata görə, Azərbaycan 25 balla 152-ci sırada yer alır. Tacikistanın da göstəricisi eynidir. Korrupsiya Qavrama İndeksind...
İşğalçı ordunun başçıları
Yarandığı gündən işğalçı Ermənistan Ordusunun başında dayanmış şəxslərin üçü Azərbaycanda dünyaya gəlib. Novator.az bildirir ki, 1991-1992 və 1995-1999-cu illərdə Ermənistanın müdafiə naziri postunu Vazgen Sərkisyan tutub. 1959-cu ildə Ermənistanın Ararat şəhərində doğulan Vazgen Sərkisyan 1999-cu i...
Rəsmi iddiaçıların sayı 22-yə çatdı
Ukraynada prezidentliyə iddiaçıların rəsmiləşməsi davam edir. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası yanvarın 28-də Ruslan Koşulinskinin, Aleksandr Danilyukun və İlya Kivanın namizədliklərini qeydiyyata alıb. Bununla da namizədlərin sayı 22-yə çatıb. Martın 31-də keçiriləcək prezid...