Siyasət
Rəsmi Bakıdan NATO izahatı
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Almaniya mediasında yayılmış “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” iddiasını təkzib edib. Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazi vermir:...
“Şöhrət”li yubiley
Prezidentin protokol xidmətinin rəisi Elçin Bağırov “Şöhrət” ordeni ilə təltif edilib. Sərəncamı prezident İlham Əliyev aprelin 8-də imzalayıb. Təltif Elçin Bağırovun dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əsaslandırılıb. Novator.az bildirir ki, Elçin Bağırovun 60 yaşı tamam olub. 1959-cu il apre...
Sərkisyanı aşırdan inqilab bayram oldu
Ermənistanda yeni dövlət bayramı təsis olunur – Vətəndaş Günü. Novator.az-ın məlumatına görə, ölkə parlamenti aprelin 8-i hökumətin təqdimatı əsasında belə qanun layihəsi qəbul edib. Vətəndaş Günü hər il aprelin son şənbə günü bayram olunacaq. Aprelin son şənbəsi ayın 24-nə – “erməni soyqırımı” günü...
Qarabağ Komitəsi mitinq gününü dəyişə bilər
Qarabağ Komitəsi və Demokratik Qüvvələrin Milli Şurası aprelin 20-nə iki ayrı-ayrı mitinq təyin ediblər. Aksiyalar ayrı-ayrı olsa da, məkan və vaxt eynidir: hər iki qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə mitinqi paytaxtın Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda, saat 15-...
Siyasi məhbus siyahısı dəqiqləşdiriləcək
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup toplantı keçirməyə hazırlaşır. Məqsəd siyasi məhbusların yeni siyahısını dəqiqləşdirməkdir. İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qru...
Rusiyanın xarici ticarət göstəriciləri
Rusiyanın Federal Gömrük Xidməti xarici ticarət dövriyyəsi üzrə hesabat açıqlayıb. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 0,7% azalaraq 99,8 milyard dollara enib. İki ayda...
Maliyyə hesabatı verən partiyalar
Siyasi partiyaların illik maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi vaxtı başa çatıb. Azərbaycan qanunvericiliyi hesabatların aprelin 1-dən gec olmayaraq təqdim edilməsini nəzərdə tutur. Novator.az bildirir ki, aprelin 8-dək 55 rəsmi siyasi partiyadan 32-si 2018-ci il üzrə h...
Birinci tura nöqtə qoyuldu
Ukraynanın Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkisinin nəticələrini təsdiqləyib. Novator.az bildirir ki, şoumen Vladimir Zelenskinin 30,24%-lə, prezident Pyotr Poroşenkonun 15,95%-lə ikinci tura keçdiyi bəyan olunub. İkinci tur aprelin 21-də keçiriləcək. Deputat, Batkivşin...
Prezident: “Gəlirlər ədalətli şəkildə bölüşdürüləcək”
Aprelin 5-i Bakının Kürdəxanı qəsəbəsində salınan yeni yaşayış kompleksinə baş çəkən prezident İlham Əliyev köçkünlərlə görüşdə çıxış edib. O deyib ki, hökumətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu günə ...
İcra başçılarının yeri dəyişdirildi
Prezident İlham Əliyev aprelin 5-də yeni təyinatlara imza atıb. Novruz Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onu Asif Hüseynov əvəzləyib. Asif Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı idi. Novruz Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı postu...
Müsavatın qurultay hazırlığı
Aprelin 5-də Novator.az Müsavat Partiyasının 9-cu qurultayına hazırlığın gedişi ilə maraqlanıb. Qurultay komitəsinin sədri, partiya başqanının müavini Gülağa Aslanlı bildirib ki, rayon təşkilatlarının ümumi yığıncaq və konfransları davam etdirilir: “30-dan çox rayon təşkilatında yarımleqal şəraitdə ...
Şuşada ölməklə Şuşasız ölməyin fərqi
Hikmət Sabiroğlu İndi nə qədər uzaqda qalmış ilıq bir yay gecəsinin söhbətidir. Ötən əsrin 91-ci ili. Gül-çiçək kolları arasında çay süfrəsi. Şuşa çayxanası! Dostlarla dərdləşirik. Söhbət eldən gedir. Uca dağlardan aşağı – heçliyə yuvarlanacağımızı ağlımıza gətirməsək də, içimizi doğrayanlar s...
Elmar Məmmədyarov: “Çətinliklərimiz də var”
Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-ü Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında çıxış edib. O deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş layihəsi üzrə planların müzakirəsinə ehtiyac var: “İnanıram ki, danışıqları yekunlaşdırmağa çox ya...
AXCP-nin dörd fəalı həbs edilib
Martın 30-da və 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının dörd fəalı həbs edilib. Bunu “Turan” agentliyinə AXCP sədrinin müavini Gözəl Bayramlı deyib. O bildirib ki, həbs edilənlər Demokratik Qüvvələrin Milli Şurasının aprelin 6-na təyin etdiyi mitinqin təşkili üçün çalışan Paşa Umudov, Ramid Nağıy...
Qarabağ Komitəsi mitinq keçirməyi planlaşdırır
Qarabağ Komitəsi aprelin 20-nə mitinq təyin edib. Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar. ...
İkinci turun namizədləri
Ukraynanın Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrini tam hesablayıb. Novator.az bildirir ki, şoumen Vladimir Zelenskinin 5 milyon 713 min 825 səslə, prezident Pyotr Poroşenkonun 3 milyon 14 min 538 səslə ikinci tura keçməsi dəqiqləşib. İlk turda daha b...
Məhkəmə fərmanı haqqında qeydlər
Ənnağı Hacıbəyli Prezident məhkəmə-hüquq sistemində islahatlar fərmanı imzalayıb. Cəmiyyətin və dövlət hakimiyyətinin bu ən ağrılı sahəsində kardinal islahatlar gərəkdir. Son vaxtlar rəsmi orqanlar və şəxslər, o sıradan ölkə başçısı bunu etiraf edib. Fərman gözlənirdi və bir çoxları düşünürdü ki, ci...
Milli Şura yeni mitinq təyin edib
Demokratik Qüvvələrin Milli Şurası aprelin 20-nə mitinq təyin edib. 2013-cü ildə yaradılmış Milli Şuraya tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun öncül şəxsləri arasında AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, Vətəndaş Həmrəyliyi Partiyasından Rafiq Manaflı, Qarabağ Uğru...
Nazirlər Kabineti yeni komissiya yaradıb
Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiya yaradıb. Komissiyanın sədri postu baş nazirin müavininə, katibi funksiyası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsin...
Məhkəmə-hüquq sistemində islahatlar fərmanı
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatlara fərman verib. Aprelin 3-də imzalanan sənəddə Ali Məhkəməyə və Baş Prokurorluğa cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə qanun layihələrini hazırlayıb üç ay müddətində dövlət başçısına təqdim etmək tö...