• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İkinci turun namizədləri

  • 04 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukraynanın Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrini tam hesablayıb. Novator.az bildirir ki, şoumen Vladimir Zelenskinin 5 milyon 713 min 825 səslə, prezident Pyotr Poroşenkonun 3 milyon 14 min 538 səslə ikinci tura keçməsi dəqiqləşib.

İlk turda daha beş namizəd 1 milyondan çox səs yığıb. Deputat, Batkivşina Partiyasının lideri Yuliya Timoşenko 2 milyon 532 min 319 səs, deputat Yuri Boyko 2 milyon 205 min 974 səs, deputat, Vətəndaş Mövqeyi Partiyasının lideri Anatoli Qritsenko 1 milyon 306 min 411 səs, Güc və Şərəf Partiyasının lideri İqor Smeşko 1 milyon 141 min 302 səs, deputat, Radikal Partiyanın lideri Oleq Lyaşko 1 milyon 35 min 944 səs əldə ediblər.

İkinci tur aprelin 21-də keçiriləcək.

Vladimir Zelenski 1978-ci il yanvarın 25-də doğulub. Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.

1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

1965-ci il sentyabrın 26-da Ukraynanın Odessa vilayətində doğulan Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 1992-ci ildə həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.

2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.

1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.

Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

Məhkəmə fərmanı haqqında qeydlər

  • 04 Aprel 2019
  • comments

Qarabağ Komitəsi mitinq keçirməyi planlaşdırır

  • 04 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan mənfi saldoda

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistan parlamentində qüvvələr nisbəti

GLOBALS:0
comments
Xəbər

Əhalinin təbii artımı 13,2 faiz azalıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna hökuməti yenilənir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda