Siyasət
Ən qüdrətli dövlətlər
Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin və BAV Qrupunun (hər ikisi ABŞ) təhlilçiləri ən qüdrətli 80 ölkənin siyahısını yayıblar. Novator.az-ın məlumatına görə, reytinq tərtib olunarkən iqtisadi və hərbi güc, beynəlxalq arenada təsir və liderlik imkanları əsas götürülüb. Hesabata əsasən...
60 günlük həbs bitdi
AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseyn dekabrın 15-də həbsdən buraxılıb. Novator.az bildirir ki, İlham Hüseyn Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan qabaq tutularaq 60 sutkalıq inzibati həbs cəzası almışdı. Rəhbərliyində AXCP sədri Ə...
Seçki yarışının iştirakçıları artdı
2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkisinə qatılan siyasi partiyaların sayı artıb. Mərkəzi Seçki Komissiyasının 14 dekabr iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Milli İstiqlal Partiyası, Demokrat Partiyası və Böy...
Sabiq baş nazir prezident postuna keçir
Əlcəzairdə dekabrın 12-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri bilinib. Novator.az-ın məlumatına görə, 1945-ci il təvəllüdlü sabiq baş nazir Əbdülməcid Tebbunun 58%-dən çox səslə digər beş iddiaçını geridə qoyduğu bəyan olunub. 1999-cu ildən ölkəni Əbdüləziz Buteflika idarə edib. ...
Köçəryan yenə yatır
Ermənistanın sabiq prezidenti Robert Köçəryan dekabrın 12-də yenidən paytaxt Yerevandakı “İzmirlyan” Tibb Mərkəzinə yerləşdirilib. Onun təkrarən əməliyyat olunduğu haqda dəqiqləşməmiş xəbərlər var. Novator.az bildirir ki, Robert Köçəryan bu il oktyabrın 9-da “İzmirlyan” Tibb Mərkəzində xoşxassəli şi...
Gələcək Partiyası elan olundu
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu dekabrın 13-də yaratdığı siyasi təşkilatın adını açıqlayıb – Gələcək Partiyası. Novator.az bildirir ki, Əhməd Davudoğlu 1959-cu ildə Konyada doğulub. İstanbuldakı Bosfor Universitetini bitirib. İqtisadçı, politoloq və beynəlxalq münasibətlər mütəxəssisidir...
Britaniya seçkisini hakim partiya udur
Böyük Britaniya parlamentinin aşağı qanadı olan İcmalar Palatasına dekabrın 12-də keçirilmiş növbədənkənar seçkinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, hakim Mühafizəkarlar Partiyası 650 yerlik İcmalar Palatasında 363 mandata sahib olur, ana müxalifət – Leyboristlər Partiyası ...
Senatda erməni havası
ABŞ Konqresinin yuxarı palatası – Senat dekabrın 12-də qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Novator.az-ın məlumatına görə, qətnamə barədə açıqlama yayan Amerika Erməniləri Milli Komitəsi bildirir ki, bu, Senatdan keçən ilk belə sənəddir. Konqresin aşağı palatası – Nümayəndələr Pal...
Buraxılmış Məclisin 115 üzvü var
Dekabrın 5-də prezident İlham Əliyev beşinci Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib. Novator.az bildirir ki, beşinci Milli Məclisin 124 deputatı 2015-ci il noyabrın 1-də seçilib, daha 1 nəfər 2016-cı il iyunun 18-də keçirilmiş təkrar seçkidə mand...
Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (2)
“Düşüncə dəftəri” kitabından Fərid Bağırlı Yazının əvvəli İslamla Turanın bir-birinə yad olduğunu, bir-birinə dəxli olmadığını düşünənlər unutmamalıdırlar ki, türk də, ərəb də Nuhun oğulları və varisləridir. Həzrət Nuh kimi Ulu Atada birləşən sadəcə bu iki millət deyil, eyni zamanda onların mədəni i...
“Bizim üçün əsas məsələ mandat deyil”
Müsavat Məclisinin üzvü, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ednews.net saytına müsahibə verib. O, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisindən danışaraq qeyd edib ki, Müsavat Partiyası seçki institutunu xilas etmək, yaşatmaq ist...
Üç partiyanın iddiası rəsmiləşdi
Mərkəzi Seçki Komissiyasının 11 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş parlament seçkisində Yeni Azərbaycan Partiyası, Ümid Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb. Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Anca...
Paşinyan səs itirir, amma yenə birincidir
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistan ofisi əhali arasında sorğu keçirib. Novator.az-ın məlumatına görə, sorğuda “İndi parlament seçkisi keçirilsə, hansı partiyaya səs verərdiniz” sualı qoyulub. Səsvermə hüquqlu 1200 respondentin evində müsahibə yolu aparılan sorğunun nəti...
Halbuki…
Hikmət Nazim Son dövrlər telekanallara qarşı yumşalma hiss olunur. Bəlkə də cümləni belə qurmalıydıq: xalqın televiziyalara qarşı münasibətində yumşalma var. Bir neçə il, hətta ay qabağa kimi əksəriyyət yalan informasiya yayan aparıcıları tənqid etməklə məşğul idi. İndi təzəcə peyda olmuş bir-iki ve...
Əsgər niyə səs verməsin?
2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində 125 dairənin hər birindən bir deputat seçiləcək. Novator.az-ın məlumatına görə, 9 fevral seçkisinə qatılan Respublikaçı Alternativ Partiyasının üzvü, hüquqşünas Erkin Qədirli özünün “Facebook” səhifəsində yazır ki, həqiqi hərb...
Finlandiyada qadın koalisiyası
Finlandiya parlamenti dekabrın 10-da Sosial Demokrat Partiyasından Sanna Marini baş nazir postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Sanna Marin əvvəlki hökumətdə nəqliyyat və rabitə naziri olub. Bir müddət Tampere şəhərinin administrasiyasına başçılıq edən Sanna Marin...
“Xarakteri Heydər Əliyevin şöhrətindən bəhrələnməyə imkan vermirdi”
Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyev barədə məqalə yazıb. AZƏRTAC-ın dərc etdiyi məqalədə İlham Əliyevin ilk dəfə 2003-cü il oktyabrın 15-də dövlət başçısı seçildiyini xatırladan Ramiz Mehdiyev qeyd edir ki, onun hakimiyyəti dövründə prezidentlik institut...
Kralla görüş
Dekabrın 10-da Azərbaycana rəsmi səfərə gələn İordaniya kralı II Abdulla Bakıda qarşılanıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri krala, İordaniya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyev II Abdulla ilə təkbətək görüşü...
Milli Şura siyasi qüvvələrə çağırış etdi
Növbədənkənar parlament seçkisinin boykotu barədə qərar çıxaran Demokratik Qüvvələrin Milli Şurası dekabrın 10-da bəyanat qəbul edib. Bəyanatda iddia olunur ki, hakimiyyət növbədənkənar seçki nəticəsində parlamenti yenidən, daha itaətkar tərkiblə qəsb etmək niyyəti güdür, “erkən seçki qərarının gizl...
İqtisadi dəyişikliklərin olacağını hardan bilirik?
Anqoladan sonra Azərbaycan da sərmayə mühiti yarada bilər Rövşən Əliyev Bu nəyin qrafikidir? ABŞ xəzinədarlığının 10 illik bondlarının gəlirlilik faizinin. Niyə 10 illiyi götürürəm? Çünki standart onunla (daha dəqiqi: bençmarkla) müəyyən olunur. Bençmark (ingiliscə: benchmark) nədir? Ona baxıb başqa...